< Hebrews 5 >

1 For every chief priest taken out of men is set in things [pertaining] to God in behalf of men, that he may offer both gifts and sacrifices for sins,
İnsanlar arasından seçilən hər baş kahin günahlardan ötrü təqdim və qurbanlar vermək, Allahla bağlı olan işlərdə insanları təmsil etmək üçün təyin edilir.
2 being able to be gentle to those being ignorant and going astray, since he is also surrounded with weakness;
Cahillərlə və yolunu azmışlarla həlim davrana bilir, çünki özü də zəifliyə məruzdur.
3 and because of this [weakness] he ought, just as for the people, so also for himself, to bring forward [sacrifices] for sins;
Buna görə o, xalqın günahları üçün olduğu kimi öz günahları üçün də qurbanlar təqdim etməlidir.
4 and no one takes the honor to himself, but he who is called by God, as also Aaron.
Heç kəs bu şərəfə öz-özünə nail olmur, ancaq Harun kimi Allah tərəfindən çağırılanda nail olur.
5 So also the Christ did not glorify Himself to become Chief Priest, but He who spoke to Him: “You are My Son, today I have begotten You”;
Eləcə də Məsih də Baş Kahin olmaq üçün Öz-Özünü izzətləndirmədi, Ona «Sən Mənim Oğlumsan, Mən bu gün Sənə Ata oldum» deyən Allah Onu izzətləndirdi.
6 just as He also says in another [place], “You [are] a priest throughout the age, according to the order of Melchizedek”; (aiōn g165)
Digər yerdə isə O belə deyir: «Sən Melkisedeq vəzifəli əbədi bir Kahinsən». (aiōn g165)
7 who in the days of His flesh having offered up both prayers and supplications with strong crying and tears to Him who was able to save Him from death, and having been heard in respect to that which He feared,
Məsih yer üzündə cisimdə olduğu günlərdə Onu ölümdən qurtarmağa qadir olan Allaha böyük fəryad və göz yaşları ilə dua edib yalvardı və möminliyinə görə eşidildi.
8 though being a Son, [He] learned obedience by the things which He suffered,
O, Oğul olduğu halda çəkdiyi əzablarla itaətli olmağı öyrəndi.
9 and having been made perfect, He became the cause of continuous salvation to all those obeying Him, (aiōnios g166)
Kamilliyə çatandan sonra Ona itaət edənlərin hamısı üçün əbədi xilas qaynağı oldu (aiōnios g166)
10 having been called by God a Chief Priest according to the order of Melchizedek,
və Allah tərəfindən Melkisedeq vəzifəli Baş Kahin təyin edildi.
11 concerning the Word, of whom we have much [to speak], and of hard explanation to say, since you have become dull of hearing,
Bu mövzuda deyiləsi sözümüz çoxdur, amma bunları izah etmək çətindir. Çünki sizin qulağınız ağır eşidir.
12 for even owing to be teachers, because of the time, again you have need that one teach you what [are] the elements of the beginning of the oracles of God, and you have become having need of milk, and not of strong food,
Siz artıq müəllim olmalı idiniz; amma kimsənin sizə təkrarən Allahın kəlamının ibtidai təlimlərini öyrətməsinə hələ də möhtacsınız. Siz bərk yeməyə yox, südə möhtac olmusunuz.
13 for everyone who is partaking of milk [is] unskilled in the word of righteousness—for he is an infant,
Südlə bəslənən hər kəs körpə olduğu üçün salehlik barəsində olan kəlamda təcrübəsizdir.
14 and the strong food is of perfect men, who because of the use are having the senses exercised, to both the discernment of good and of evil.
Bərk yemək isə yetkinlər, yəni duyğularını xeyirlə şəri ayırd etməkdən ötrü həssas edənlər üçündür.

< Hebrews 5 >