< Ezekiel 34 >

1 And there is a word of YHWH to me, saying,
Mənə Rəbbin bu sözü nazil oldu:
2 “Son of man, prophesy concerning shepherds of Israel, prophesy, and you have said to them, Thus said Lord YHWH to the shepherds: Woe [to] the shepherds of Israel, Who have been feeding themselves! Do the shepherds not feed the flock?
«Ey bəşər oğlu, peyğəmbərlik et, İsrailin çobanlarına qarşı peyğəmbərlik edib onlara söylə ki, Xudavənd Rəbb belə deyir: “Yalnız özlərini bəsləyən İsrail çobanlarının vay halına! Çobanlar sürünü bəsləməli deyilmi?
3 You eat the fat, and you put on the wool, You slaughter the fed one, You do not feed the flock.
Yağdan yeyir, yundan paltar geyir, bəslənmiş qoyun-keçini kəsirsiniz, ancaq sürünün qayğısına qalmırsınız.
4 You have not strengthened the weak, And you have not healed the sick one, And you have not bound up the broken, And have not brought back the driven away, And you have not sought the lost, And you have ruled them with might and with rigor.
Zəiflərə qüvvət vermədiniz, xəstə olanı sağaltmadınız, yaralanana sarğı qoymadınız, azanı geri qaytarmadınız, itəni axtarmadınız. Ancaq zor və qəddarlıqla onlara ağalıq etdiniz.
5 And they are scattered from want of a shepherd, And are for food to every beast of the field, Indeed, they are scattered.
Onlar da çoban olmadığı üçün dağılışdı və vəhşi heyvanlara yem oldu.
6 My flock goes astray on all the mountains, And on every high hill, And My flock has been scattered on [the] whole face of the earth, And there is none inquiring, and none seeking.
Mənim sürüm bütün dağları və yüksək təpələri avara dolaşdı. Onlar bütün yer üzünə dağılışdı. Bir soruşan, bir axtaran yox”.
7 Therefore, shepherds, hear a word of YHWH:
Buna görə də, ey çobanlar, Rəbbin sözünə qulaq asın.
8 [As] I live—a declaration of Lord YHWH, If not, because of My flock being for a prey, Indeed, My flock is for food to every beast of the field, Because there is no shepherd, And My shepherds have not sought My flock, And the shepherds feed themselves, And they have not fed My flock.
Xudavənd Rəbb bəyan edir: “Varlığıma and olsun, indi ki çoban olmadığı üçün sürüm qarət edildi, bütün vəhşi heyvanlara yem oldu, çobanlarım da sürümü axtarmadı və bəsləmədi, ancaq öz-özlərini bəslədi –
9 Therefore, O shepherds, hear a word of YHWH!
bütün bunlara görə, ey çobanlar, Rəbbin sözünə qulaq asın.
10 Thus said Lord YHWH: Behold, I [am] against the shepherds, And have required My flock from their hand, And caused them to cease from feeding the flock, And the shepherds feed themselves no more, And I have delivered My flock from their mouth, And they are not for food to them.
Xudavənd Rəbb belə deyir: ‹Mən bu çobanların əleyhinəyəm. Sürüm üçün hesab vermələrini tələb edəcəyəm. Sürünü otarmaq işini bir daha onlara həvalə etməyəcəyəm. Artıq çobanlar özlərini bəsləməyəcək. Sürümü onların dişlərindən qurtaracağam, bir daha onlara yem olmayacaqlar›”.
11 For thus said Lord YHWH: Behold, I—even I, have required My flock, And I have sought it out.
Çünki Xudavənd Rəbb belə deyir: “Mən Özüm qoyunlarımı soruşub axtaracağam.
12 As a shepherd’s searching of his drove, In the day of his being in the midst of his scattered flock, so I seek My flock, And have delivered them out of all places, To where they have been scattered, In a day of cloud and thick darkness.
Dağılışmış qoyunlarının arasında olan bir çoban sürüsünü necə yoxlayırsa, Mən də qoyunlarımı eləcə yoxlayacağam. Buludlu və qaranlıq bir gündə ətrafa səpələndikləri hər yerdən onları qurtaracağam.
13 And I have brought them out from the peoples, And have gathered them from the lands, And brought them to their own ground, And have fed them on mountains of Israel, By streams, and by all dwellings of the land.
Onları xalqların arasından çıxaracağam, ölkələrdən toplayıb öz torpaqlarına gətirəcəyəm. İsrail dağlarında, vadilərdə, ölkənin bütün məskuni yerlərində onları otaracağam.
14 I feed them with good pasture, And their habitation is on mountains of the high place of Israel, There they lie down in a good habitation, And they enjoy fat pastures on mountains of Israel.
Onları gözəl bir otlaqda otaracağam. Yaylaqları İsrailin uca dağları üzərində olacaq. Orada gözəl bir yaylaqda yatacaqlar. İsrail dağları üzərində olan sıx otlaqda otlayacaqlar.
15 I feed My flock, and cause them to lie down, A declaration of Lord YHWH.
Sürümü Mən Özüm otaracağam, onları Mən Özüm yatıracağam” Xudavənd Rəbb belə bəyan edir.
16 I seek the lost, and bring back the driven away, And I bind up the broken, and I strengthen the sick, And I destroy the fat and the strong, I feed it with judgment.
“İtəni axtaracaq, azanı geri qaytaracaq, yaralı olana sarğı qoyacaq, xəstə olana qüvvət verəcək, ancaq harınlayanları və güclü olanları həlak edəcəyəm. Mən qoyunlarımı ədalətlə otaracağam”.
17 And you, My flock, thus said Lord YHWH: Behold, I am judging between sheep and sheep, Between rams and male goats.
Siz ey Mənim sürüm, Xudavənd Rəbb belə deyir: “Qoyunla qoyun arasında, qoçlarla təkələr arasında Mən hökm edəcəyəm.
18 Is it a little thing for you—[that] you enjoy the good pasture, And tread down the remnant of your pasture with your feet, And drink a depth of waters, And trample the remainder with your feet,
Gözəl otlaqda otlamağınız sizə az idi ki, otlaqlarınızın qalanını da ayaqlarınız altında tapdalayırsınız? Duru su içməyiniz sizə az idi ki, artığını da ayaqlarınızla bulandırırsınız?
19 And My flock consumes the trodden thing of your feet, And drinks the trampled thing of your feet?
Mənim qoyunlarım isə sizin ayaqlarınızla tapdaladıqlarınızı yeyir, ayaqlarınızla bulandırdıqlarınızı içir”.
20 Therefore, thus said Lord YHWH to them: Behold, I—even I, have judged between fat sheep and lean sheep.
Buna görə də Xudavənd Rəbb onlara belə deyir: “Mən bəslənmiş qoyunla zəif qoyun arasında hökm edəcəyəm.
21 Because you thrust away with side and with shoulder, And push all the diseased with your horns, Until you have scattered them to the out-place,
Siz bütün zəif qoyunları böyrünüzlə və çiyninizlə itələyir, kənara çıxarmaq üçün buynuzlarınızla vurursunuz.
22 Therefore I have given safety to My flock, And they are not for prey anymore, And I have judged between sheep and sheep.
Buna görə də Mən sürümü xilas edəcəyəm. Onlar daha qarət malı olmayacaq və qoyunla qoyun arasında Mən hökm edəcəyəm.
23 And have raised up one shepherd over them, And he has fed them—My servant David, He feeds them, and he is their shepherd,
Başlarına onları otaran yeganə çoban olaraq qulum Davudu qoyacağam. Onları o otaracaq, çobanları da o olacaq.
24 And I, YHWH, I am their God, And My servant David [is] prince in their midst, I, YHWH, have spoken.
Mən Rəbb onların Allahı olacağam, qulum Davud da onların içində rəhbər olacaq” Mən Rəbb bunu söylədim.
25 And I have made a covenant of peace with them, And caused evil beasts to cease out of the land, And they have dwelt confidently in a wilderness, And they have slept in forests.
“Onlarla bir sülh əhdi bağlayacağam, ölkədən zərərli heyvanları qovacağam ki, onlar çöldə asayiş içində yaşayıb meşələrdə yatsın.
26 And I have given them, and the outskirts of My hill, a blessing, And caused the shower to come down in its season, They are showers of blessing.
Onların özlərinə də, təpəmin ətrafındakı yerlərə də bərəkət verəcəyəm. Yağışı vaxtında yağdıracağam, bərəkətli yağışlar olacaq.
27 And the tree of the field has given its fruit, And the land gives her increase, And they have been confident on their land, And they have known that I [am] YHWH, In My breaking the bands of their yoke, And I have delivered them from the hand of those laying service on them.
Çöldəki ağaclar meyvə yetirəcək, torpaq məhsul verəcək. Xalq öz torpağında asayiş içində yaşayacaq. Boyunduruq iplərini qırıb onları qul edənlərin əlindən qurtardığım zaman biləcəklər ki, Rəbb Mənəm.
28 And they are no longer a prey to nations, And the beast of the earth does not devour them, And they have dwelt confidently, And there is none troubling.
Artıq millətlərin qarət malı olmayacaqlar, vəhşi heyvanlar da onları yeməyəcəklər. Asayiş içində yaşayacaqlar, onları qorxudan olmayacaq.
29 And I have raised a plantation of renown for them, And they are no longer consumed by hunger in the land, And they no longer bear the shame of the nations.
Onlar üçün şöhrətli bir şitillik yetişdirəcəyəm. Daha ölkədə aclıqdan tələf olmayacaq, millətlərin təhqirlərinə məruz qalmayacaqlar.
30 And they have known that I, YHWH, their God, [am] with them, And they—the house of Israel—My people, A declaration of Lord YHWH.
Onda biləcəklər ki, Mən – özlərinin Allahı Rəbb onlarlayam, onlar – İsrail nəsli də Mənim xalqımdır” Xudavənd Rəbb belə bəyan edir.
31 And you, My flock, the flock of My pasture, You [are] men [and] I [am] your God, A declaration of Lord YHWH!”
“Mənim qoyunlarım, otlağımın qoyunları siz insanlarsınız, Mən də sizin Allahınızam” Xudavənd Rəbb belə bəyan edir».

< Ezekiel 34 >