< 2 Chronicles 32 >
1 After these things and this truth, Sennacherib king of Asshur has come, indeed, he comes to Judah, and encamps against the cities of the bulwarks, and says to break into them himself.
Bu sədaqətli işlərdən sonra Aşşur padşahı Sanxeriv gəlib Yəhudaya girdi. O, qalalı şəhərlərə qarşı ordugah qurdu və onları ələ keçirmək istədi.
2 And Hezekiah sees that Sennacherib has come, and his face [is] to the battle against Jerusalem,
Xizqiya Sanxerivin Yerusəlim üzərinə döyüşmək üçün gəldiyini gördükdə
3 and he takes counsel with his heads and his mighty ones, to stop the waters of the fountains that [are] at the outside of the city—and they help him,
şəhərdən kənarda olan su mənbələrini kəsmək üçün öz rəisləri və sərkərdələri ilə məsləhətləşdi və onlar Xizqiyaya kömək etdi.
4 and many people are gathered, and they stop all the fountains and the brook that is rushing into the midst of the land, saying, “Why do the kings of Asshur come, and have found much water?”
Çoxlu xalq yığıldı və «Aşşur padşahları nə üçün gəlib çoxlu su tapsınlar?» deyib bütün su mənbələrinin və ölkədən axan çayların yollarını kəsdilər.
5 And he strengthens himself, and builds the whole of the wall that is broken, and causes [it] to ascend to the towers, and at the outside of the wall [builds] another, and strengthens Millo [in] the City of David, and makes darts in abundance, and shields.
Xizqiya cəsarətləndi, divarın bütün uçmuş yerlərini tikdi və onun üstündə qüllələr düzəltdi. Bayır tərəfdən başqa bir divar da tikdi, Davudun şəhərində olan qala yamacını da möhkəmləndirdi. Çoxlu silah və qalxan düzəltdi.
6 And he puts heads of war over the people, and gathers them to him, to the broad place of a gate of the city, and speaks to their heart, saying,
O, xalqın üzərinə sərkərdələr qoydu, onları şəhər darvazası meydanında yanına topladı və onları ürəkləndirib dedi:
7 “Be strong and courageous, do not be afraid, nor be cast down from the face of the king of Asshur, and from the face of all the multitude that [is] with him, for with us [are] more than with him.
«Möhkəm və cəsarətli olun. Aşşur padşahından və onun yanında olan çoxlu qoşundan qorxmayın, ruhdan düşməyin, çünki bizimlə olan onunla olandan böyükdür.
8 With him [is] an arm of flesh, but with us [is] our God YHWH to help us and to fight our battles”; and the people are supported by the words of Hezekiah king of Judah.
Onunla olan insan gücüdür, ancaq bizimlə olan Allahımız Rəbdir ki, bizə kömək edir və müharibələrimizdə vuruşur». Xalq Yəhuda padşahı Xizqiyanın sözlərindən ürəkləndi.
9 After this Sennacherib king of Asshur has sent his servants to Jerusalem—and he [is] by Lachish, and all his power with him—against Hezekiah king of Judah and against all Judah who [are] in Jerusalem, saying,
Bundan sonra Aşşur padşahı Sanxeriv yanında olan bütün qərargahı ilə Lakişin qarşısında dayanarkən Yerusəlimə, Yəhuda padşahı Xizqiyanın və Yerusəlimdə olan bütün Yəhudalıların yanına adamlarını göndərdi və onlar dedi:
10 “Thus said Sennacherib king of Asshur: On what are you trusting and abiding in the bulwark in Jerusalem?
«Aşşur padşahı Sanxeriv belə deyir: “Siz nəyə güvənirsiniz ki, Yerusəlimdə mühasirəyə oturursunuz?
11 Is Hezekiah not persuading you to give you up to die by famine and by thirst, saying, Our God YHWH delivers us from the hand of the king of Asshur?
‹Allahımız Rəbb bizi Aşşur padşahının əlindən qurtaracaq› deyən Xizqiya sizi aclıqla və susuzluqla ölümə vermək üçün azdırmırmı?
12 Has Hezekiah himself not turned aside His high places and His altars, and speaks to Judah and to Jerusalem, saying, You bow yourselves before one altar and you make incense on it?
O həmin Allahın səcdəgahlarını və qurbangahlarını aradan qaldıran, Yəhudaya və Yerusəlimə ‹bir qurbangahın önündə səcdə edəcəksiniz və onun üzərində buxur yandıracaqsınız› deyə əmr edən Xizqiyanın özü deyildimi?
13 Do you not know what I have done—I and my fathers—to all peoples of the lands? Were the gods of the nations of the lands at all able to deliver their land out of my hand?
Bütün ölkələrin xalqlarına mənim və atalarımın nə etdiyini bilmirsinizmi? O ölkələrin millətlərinin allahları öz torpaqlarını mənim əlimdən qurtara bildilərmi?
14 Who among all the gods of these nations whom my fathers have devoted to destruction [is] he who has been able to deliver his people out of my hand, that your God is able to deliver you out of my hand?
Atalarımın tamamilə məhv etdikləri o millətlərin bütün allahları arasında hansı biri öz xalqını əlimdən qurtara bildi ki, Allahınız sizi mənim əlimdən qurtara bilsin?
15 And now, do not let Hezekiah lift you up, nor persuade you thus, nor give credence to him, for no god of any nation and kingdom is able to deliver his people from my hand and from the hand of my fathers: also, surely your God does not deliver you from my hand!”
Qoy indi Xizqiya sizi aldatmasın və bu cür azdırmasın, ona inanmayın. Çünki heç bir millətin və heç bir ölkənin allahlarından heç biri öz xalqını mənim və atalarımın əlindən qurtara bilmədi. Sizin Allahınız da sizi mənim əlimdən qurtara bilməyəcək!”»
16 And again his servants have spoken against YHWH God and against His servant Hezekiah,
Sanxerivin adamları Rəbb Allaha və Onun qulu Xizqiyaya qarşı hələ çox şeylər söylədi.
17 and he has written letters to give reproach to YHWH, God of Israel, and to speak against Him, saying, “As the gods of the nations of the lands that have not delivered their people from my hand, so the God of Hezekiah does not deliver His people from my hand.”
O özü də İsrailin Allahı Rəbbi təhqir etmək üçün yazdığı məktublarda Ona qarşı belə dedi: «Ölkələrin millətlərinin allahları öz xalqlarını necə əlimdən qurtara bilmədilərsə, Xizqiyanın Allahı da xalqını mənim əlimdən qurtara bilməyəcək».
18 And they call with a great voice [in] Jewish against the people of Jerusalem who [are] on the wall, to frighten them and to trouble them, that they may capture the city,
Onun adamları şəhəri almaq üçün divar üzərində olan Yerusəlim xalqını qorxudub dəhşətə salsınlar deyə onlara tərəf uca səslə Yəhudi dilində bağırdılar.
19 and they speak against the God of Jerusalem as against the gods of the peoples of the land—work of the hands of man.
Yer üzü xalqlarının insan əllərinin işi olan allahlarına qarşı dedikləri sözləri Yerusəlimin Allahına qarşı da söylədilər.
20 And Hezekiah the king prays, and Isaiah son of Amoz the prophet, concerning this, and they cry to the heavens,
Bundan ötrü padşah Xizqiya və peyğəmbər Amots oğlu Yeşaya dua edib göyə fəryad etdilər.
21 and YHWH sends a messenger and cuts off every mighty man of valor—both leader and head—in the camp of the king of Asshur, and he turns back with shame of face to his land and enters the house of his god, and those coming out of his bowels have caused him to fall there by the sword.
Rəbb bir mələk göndərdi və o, Aşşur padşahının ordugahında olan bütün igid döyüşçüləri, sərkərdələri və rəisləri məhv etdi. Aşşur padşahı biabırçılıqla öz ölkəsinə qayıtdı. O öz allahının məbədinə girdi və orada öz doğma oğullarından bəzisi onu qılıncla öldürdü.
22 And YHWH saves Hezekiah and the inhabitants of Jerusalem from the hand of Sennacherib king of Asshur and from the hand of all, and He leads them around;
Beləcə Rəbb Xizqiyanı və Yerusəlimdə yaşayanları Aşşur padşahı Sanxerivin və bütün başqalarının əlindən qurtardı və onları hər tərəfdən qorudu.
23 and many are bringing in an offering to YHWH, to Jerusalem, and precious things to Hezekiah king of Judah, and he is lifted up before the eyes of all the nations after this.
Onda çoxlu adam Yerusəlimə, Rəbbə hədiyyələr və Yəhuda padşahı Xizqiyaya dəyərli şeylər gətirdi. Bundan sonra Xizqiya bütün millətlərin gözündə ucaldı.
24 In those days Hezekiah has been sick even to death, and he prays to YHWH, and He speaks to him and has appointed a wonder for him;
O günlərdə Xizqiya ölümcül xəstələndi. O, Rəbbə dua etdi, Rəbb də ona cavab verdi və ona bir əlamət göstərdi.
25 and Hezekiah has not returned according to the deed [done] to him, for his heart has been lofty, and there is wrath on him and on Judah and Jerusalem;
Ancaq Xizqiya ona edilən yaxşılığın əvəzini ödəmədi. Çünki ürəyi qürurlanmışdı, buna görə də özünün, Yəhudanın və Yerusəlimin üzərinə Allahın qəzəbi gəldi.
26 and Hezekiah is humbled for the loftiness of his heart, he and the inhabitants of Jerusalem, and the wrath of YHWH has not come on them in the days of Hezekiah.
Amma Xizqiya ürəyinin qürurundan əl çəkib özünü aşağı tutdu, Yerusəlimdə yaşayanlar da belə etdi. Buna görə də Xizqiyanın dövründə onların üzərinə Rəbbin qəzəbi gəlmədi.
27 And Hezekiah has very much riches and honor, and he has made treasures for himself of silver, and of gold, and of precious stone, and of spices, and of shields, and of all [kinds] of desirable vessels,
Xizqiyanın olduqca çoxlu sərvəti və şöhrəti vardı. O özünə qızıl-gümüş, qiymətli daşlar, ətriyyat, qalxanlar və hər cür qiymətli əşya üçün xəzinələr tikdi.
28 and storehouses for the increase of grain, and new wine, and oil, and stalls for all kinds of livestock, and herds for stalls;
Buğda, təzə şərab və yağ məhsulları üçün anbarlar, hər cür heyvan üçün axurlar və sürülər üçün ağıllar tikdi.
29 and he has made cities for himself, and possessions of flocks and herds in abundance, for God has given very much substance to him.
O özü üçün şəhərlər də tikdi. Onun çoxlu qoyun-keçisi və mal-qarası vardı. Çünki Allah ona lap çox mal-dövlət vermişdi.
30 And Hezekiah himself has stopped the upper source of the waters of Gihon, and directs them beneath to the west of the City of David, and Hezekiah prospers in all his work;
Həmin Xizqiya Gixon sularının yuxarı mənbəyini bağladı və onları yer altından qərbə doğru, Davudun şəhərinə keçirdi. Xizqiya bütün işlərində uğur qazandı.
31 and so with the ambassadors of the heads of Babylon, those sending to him to inquire of the wonder that has been in the land, God has left him to try him, to know all in his heart.
Ancaq Babil hökmdarlarının ölkədə baş verən əlamət barədə soruşmaq üçün göndərdiyi elçilər gəldiyi zaman bu işdə Allah sınağa çəkib ürəyində olan hər şeyi bilmək üçün onu tərk etdi.
32 And the rest of the matters of Hezekiah and his kind acts, behold, they are written in the vision of Isaiah son of Amoz the prophet, on the scroll of the kings of Judah and Israel.
Xizqiyanın qalan işləri və sədaqətli əməlləri barədə peyğəmbər Amots oğlu Yeşayanın peyğəmbərliklərində, Yəhuda və İsrail padşahlarının kitabında yazılmışdır.
33 And Hezekiah lies with his fathers, and they bury him in the highest of the graves of the sons of David, and all Judah and the inhabitants of Jerusalem have done honor to him at his death, and his son Manasseh reigns in his stead.
Xizqiya ataları ilə uyudu və onu Davud sülaləsinin qəbirlərinin yuxarısında basdırdılar. Öldüyü zaman bütün Yəhudalılar və Yerusəlimdə yaşayanlar ona ehtiram göstərdilər. Onun yerinə oğlu Menaşşe padşah oldu.