< Kings III 9 >
1 And it came to pass when Solomon had finished building the house of the Lord, and the king's house, and all the work of Solomon, whatever he wished to perform,
Süleyman Rəbbin məbədini, padşah sarayını və tikmək istədiyi bütün şeyləri tamamlayıb qurtarandan sonra
2 that the Lord appeared to Solomon a second time, as he appeared in Gabaon.
Rəbb Giveonda göründüyü kimi ikinci dəfə ona göründü.
3 And the Lord said to him, I have heard the voice of your prayer, and your supplication which you made before me: I have done for you according to all your prayer: I have hallowed this house which you have built to put my name there for ever, and mine eyes and my heart shall be there always.
Rəbb Süleymana dedi: «Mən önümdə etdiyin dua və yalvarışını eşitdim. Adımı əbədilik oraya qoymaq üçün tikdiyin bu məbədi təqdis etdim. Mənim nəzərim və ürəyim daim orada olacaq.
4 And if you will walk before me as David your father walked, in holiness of heart and uprightness, and so as to do according to all that I commanded him, and shall keep my ordinances and my commandments:
Əgər Mənim sənə əmr etdiklərimi yerinə yetirərək atan Davud kimi ürək bütövlüyü və düzlüklə yolumla getsən, Mənim qanunlarıma və hökmlərimə əməl etsən,
5 then will I establish the throne of your kingdom in Israel for ever, as I spoke to David your father, saying, There shall not fail you a man to rule in Israel.
sənin padşahlıq taxtını İsrail üzərində əbədi ucaldacağam. Bunu atan Davuda “İsrail taxtında sənin nəslindən bir kişi əskik olmayacaq” deyə vəd etmişdim.
6 But if you or your children do in any wise revolt from me, and do not keep my commandments and my ordinances, which Moses set before you, and you go and serve other gods, and worship them:
Ancaq siz və övladlarınız ardımca getməkdən dönüb qarşınıza qoyduğum əmrlərimə və qaydalarıma əməl etməsəniz, gedib başqa allahlara qulluq edərək onlara səcdə etsəniz,
7 then will I cut off Israel from the land which I have given them, and this house which I have consecrated to my name I will cast out of my sight; and Israel shall be a desolation and a byword to all nations.
Mən İsrailliləri onlara verdiyim torpaqdan silib atacağam və Öz adıma təqdis etdiyim bu məbədi hüzurumdan rədd edəcəyəm. Onda İsrail barədə bütün xalqlar arasında məsəl və kinayə söyləniləcək.
8 And this house, which is high, shall be [so that] every one that passes by it shall be amazed, and shall hiss; and they shall say, Therefore has the Lord done thus to this land, and to this house?
Bu məbədin qalaqları elə uca olacaq ki, yanından keçən hər kəs dəhşətə gələrək deyəcək: “Nə üçün Rəbb bu torpağı və bu məbədi bu cür rədd etdi?”
9 And [men] shall say, Because they forsook the Lord their God, who brought out their fathers from Egypt, out of the house of bondage, and they attached themselves to strange gods, and worshipped them, and served them: therefore the Lord has brought this evil upon them. Then Solomon brought up the daughter of Pharao out of the city of David into his house which he built for himself in those days.
Onlara deyəcəklər: “Ona görə ki bu xalq atalarını Misir torpağından çıxaran özlərinin Allahı Rəbbi tərk etdi və başqa allahlardan yapışdı, onlara səcdə və qulluq etdi. Buna görə də Rəbb bütün bu bəlanı onların üzərinə göndərdi”».
10 [During] twenty years in which Solomon was building the two houses, the house of the Lord, and the house of the king,
Süleyman iki evi – Rəbbin məbədini və padşah sarayını iyirmi ilə tikib qurtardıqdan sonra
11 Chiram king of Tyre helped Solomon with cedar wood, and fir wood, and with gold, and all that he wished for: then the king gave Chiram twenty cities in the land of Galilee.
Sur padşahı Xirama Qalileya diyarında iyirmi şəhər verdi, çünki Xiram Süleymana onun arzusuna görə sidr, şam ağacları və qızıl göndərmişdi.
12 So Chiram departed from Tyre, and went into Galilee to see the cities which Solomon gave to him; and they pleased him not. And he said,
Xiram Surdan çıxdı ki, Süleymanın ona verdiyi şəhərlərə baxsın. Onlar Xiramın xoşuna gəlmədi.
13 What [are] these cities which you have given me, brother? And he called them Boundary until this day.
O dedi: «Qardaşım, bu nə şəhərlərdir, mənə vermisən?» Onları Kavul torpağı adlandırdı və bu günə qədər onlar belə adlanır.
14 And Chiram brought to Solomon a hundred and twenty talents of gold,
Xiram padşaha yüz iyirmi talant qızıl göndərdi.
Padşah Süleyman əmək mükəlləfiyyəti qoyub bu işləri gördü: Rəbbin məbədini, öz sarayını, qala yamacını, Yerusəlim divarını, Xasoru, Megiddonu və Gezeri tikdi.
Misir padşahı firon gəlib Gezeri tutmuşdu və oranı yandırmışdı. Şəhərdə yaşayan Kənanlıları qırmışdı və bu şəhəri öz qızına – Süleymanın arvadına cehiz vermişdi.
Süleyman yenidən Gezeri tikdi. O həmçinin Aşağı Bet-Xoronu,
Baalatı, ölkədəki səhralıqda olan Tadmoru,
özünün bütün anbar şəhərlərini, döyüş arabalarının olduğu şəhərləri, süvarilərin olduğu şəhərləri, Yerusəlimdə, Livanda və onun hökmranlığı altında olan bütün yerlərdə tikmək istədiyi hər şeyi tikdi.
Ölkədə İsrail övladlarından olmayan başqa xalqlar – Emorlular, Xetlilər, Perizlilər, Xivlilər və Yevuslular qalmışdı,
çünki İsraillilər onların atalarını tamamilə məhv edə bilməmişdilər. Süleyman onları mükəlləfiyyətçi qul etdi və bu indiyə qədər belədir.
İsrail övladlarını isə qul etmədi, ancaq onlar Süleymanın əsgərləri, əyanları, rəisləri və sərkərdələri, döyüş arabalarının və süvarilərinin başçıları idi.
Süleymanın işlərinə nəzarət edən rəislər də İsraillilərdən idi. İş görən xalqa rəislik edən bu adamlar beş yüz əlli nəfər idi.
Fironun qızı Davudun şəhərindən Süleymanın onun üçün tikdiyi evinə köçdü. Sonra Süleyman qala yamacını tikdi.
Süleyman Rəbbə tikdiyi qurbangahın üzərində ildə üç dəfə yandırma qurbanları və ünsiyyət qurbanları gətirirdi, bununla bərabər Rəbbin önündə buxur yandırırdı. Beləcə o, məbədin işini görürdü.
26 even that for which king Solomon built a ship in Gasion Gaber near Aelath on the shore of the extremity of the sea in the land of Edom.
Padşah Süleyman həmçinin Edom ölkəsində, Qırmızı dənizin körfəzində, Elatın yanında olan Esyon-Gever limanında donanma düzəltdi.
27 And Chiram sent in the ship together with the servants of Solomon servants of his own, mariners to row, men acquainted with the sea.
Xiram öz təbəəsi olan dənizə bələd gəmiçiləri Süleymanın adamları ilə birgə donanmaya göndərdi.
28 And they came to Sophira, and took thence a hundred and twenty talents of gold, and brought them to king Solomon.
Onlar Ofirə gəldilər və oradan dörd yüz iyirmi talant qızıl götürüb padşah Süleymana gətirdilər.