< Psalms 6 >

1 O YHWH, rebuke me not in thine anger, neither chasten me in thy hot displeasure.
Musiqi rəhbəri üçün. Davudun səkkiz simli alətlərin müşayiəti ilə oxunan məzmuru. Ya Rəbb, qəzəblənib məni töhmətləndirmə, Hiddətlənib məni tənbeh etmə.
2 Have mercy upon me, O YHWH; for I am weak: O YHWH, heal me; for my bones are vexed.
Ya Rəbb, mənə rəhm et, Çünki taqətim qalmayıb. Mənə şəfa ver, ya Rəbb, Sümüklərim sızlayır.
3 My soul is also sore vexed: but thou, O YHWH, how long?
Canıma vəlvələ düşüb. Ya Rəbb, bu nə vaxtadək olacaq?
4 Return, O YHWH, deliver my soul: oh save me for thy mercies' sake.
Ya Rəbb, gəl, mənə kömək et, Məhəbbətin naminə məni xilas et!
5 For in death there is no remembrance of thee: in the grave who shall give thee thanks? (Sheol h7585)
Ölüb-gedən insan Səni xatırlamaz. Axı ölülər diyarından kim Sənə şükür edəcək? (Sheol h7585)
6 I am weary with my groaning; all the night make I my bed to swim; I water my couch with my tears.
Öz ah-naləmdən bezmişəm, Hər gecə ağlamaqdan döşəyim islanır, Göz yaşlarımdan yatağım yaş olur.
7 Mine eye is consumed because of grief; it waxeth old because of all mine enemies.
Qəmdən gözümün nuru sönüb, Gözlərim düşmənləri görməkdən zəifləyib.
8 Depart from me, all ye workers of iniquity; for YHWH hath heard the voice of my weeping.
Siz ey şər iş görənlər, məndən uzaq durun! Çünki Rəbb hönkürtümü eşitdi,
9 YHWH hath heard my supplication; YHWH will receive my prayer.
O, yalvarışımı dinlədi, Rəbb duamı qəbul etdi!
10 Let all mine enemies be ashamed and sore vexed: let them return and be ashamed suddenly.
Bütün düşmənlərim rüsvay olacaq, Canlarına vəlvələ salınacaq, Xəcalət içində bir andaca geri qayıdacaq.

< Psalms 6 >