< Psalms 54 >
1 Save me, O Elohim, by thy name, and judge me by thy strength.
Musiqi rəhbəri üçün. Davudun simli alətlərin müşayiəti ilə oxunan maskili. Ziflilər Şaulun yanına gəlib «yəqin ki Davud bizim aramızda gizlənib» deyəndə. Ey Allah, isminlə məni qurtar, Qüvvənlə mənə bəraət ver.
2 Hear my prayer, O Elohim; give ear to the words of my mouth.
Ey Allah, mənim duamı dinlə, Dilimdən çıxan sözlərə qulaq as.
3 For strangers are risen up against me, and oppressors seek after my soul: they have not set Elohim before them. (Selah)
Yadellilər əleyhimə qalxıblar, Zalımlar canımı almaq üçün məni axtarırlar, Heç Allaha baxmırlar. (Sela)
4 Behold, Elohim is mine helper: YHWH is with them that uphold my soul.
Budur, Allah mənə kömək edir, Xudavənd ömrümə dayaq olur.
5 He shall reward evil unto mine enemies: cut them off in thy truth.
O bu şəri düşmənlərimə tərəf döndərəcək. Mənim sadiq Allahım, düşmənləri yox et!
6 I will freely sacrifice unto thee: I will praise thy name, O YHWH; for it is good.
Sənə könüllü qurban kəsəcəyəm, Ya Rəbb, gözəl isminə şükür edəcəyəm!
7 For he hath delivered me out of all trouble: and mine eye hath seen his desire upon mine enemies.
Məni hər darlıqdan xilas etdin, Gözüm düşmənlərimin məhvini gördü.