< Isaiah 10 >
1 Woe unto them that decree unrighteous decrees, and to the writers that write iniquity;
Haqsız qaydalar çıxaranların, Ədalətsiz qanun qoyanların,
2 To turn aside the needy from judgment, and to take away the right of the poor of My people, that widows may be their spoil, and that they may make the fatherless their prey!
Yoxsullardan ədaləti əsirgəyənlərin, Xalqımın kasıblarının haqqını əlindən alanların, Dul qadınları soyanların, Yetimlərin malını ələ keçirənlərin vay halına!
3 And what will ye do in the day of visitation, and in the ruin which shall come from far? To whom will ye flee for help? And where will ye leave your glory?
Cəza günü uzaqlardan başınıza bəla gələndə nə edəcəksiniz? Kömək üçün kimin yanına qaçacaqsınız? Mal-dövlətinizi harada saxlayacaqsınız?
4 They can do nought except crouch under the captives, and fall under the slain. For all this His anger is not turned away, but His hand is stretched out still.
Dustaqlar arasında əyilməkdən Yaxud öldürülənlər arasında yıxılmaqdan Başqa bir çarə qalmayacaq. Bütün bunlara qarşı yenə də Rəbbin qəzəbi sönmədi, Əli hələ də cəzalandırmağa hazır idi.
5 O Asshur, the rod of Mine anger, in whose hand as a staff is Mine indignation!
«Vay Aşşurun halına, O Mənim qəzəb əsam, Əlindəki dəyənəksə qeyzimdir!
6 I do send him against an ungodly nation, and against the people of My wrath do I give him a charge, to take the spoil, and to take the prey, and to tread them down like the mire of the streets.
Aşşuru göndərəcəyəm allahsız millətin üstünə, Qəzəbləndiyim xalqın üzərinə hücum etməyə, Qarət etməyə, talan malı götürməyə. Onları küçələrdəki palçıq kimi Tapdalamağa əmr verəcəyəm.
7 Howbeit he meaneth not so, neither doth his heart think so; but it is in his heart to destroy, and to cut off nations not a few.
Amma Aşşur padşahı Bundan da pis niyyətlər haqda düşünür, Bir neçə millətin kökünü kəsib məhv etməyi fikirləşir.
8 For he saith: 'Are not my princes all of them kings?
O deyir: “Məgər sərkərdələrimin hamısı padşahlardan artıq deyilmi?
9 Is not Calno as Carchemish? Is not Hamath as Arpad? Is not Samaria as Damascus?
Kalnonu Karkemiş kimi ələ keçirmədimmi? Xamat və Arpad şəhərlərini süqut etdirmədimmi? Samariya ilə Dəməşq bizə təslim olmadılarmı?
10 As my hand hath reached the kingdoms of the idols, whose graven images did exceed them of Jerusalem and of Samaria;
Yerusəlimlə Samariyadakından daha çox oyma bütləri olan Bütpərəst ölkələri necə ələ keçirdimsə,
11 Shall I not, as I have done unto Samaria and her idols, so do to Jerusalem and her idols?'
Samariyaya və onun bütlərinə nə etdimsə, Yerusəlimə və onun bütlərinə də elə etmərəmmi?”»
12 Wherefore it shall come to pass, that when the Lord hath performed His whole work upon mount Zion and on Jerusalem, I will punish the fruit of the arrogant heart of the king of Assyria, and the glory of his haughty looks.
Xudavənd Sion dağında və Yerusəlimdə işini bitirəndən sonra belə deyəcək: «Aşşur padşahını qürurlu ürəyinə görə, Təkəbbürlü baxışlarına görə cəzalandıracağam.
13 For he hath said: by the strength of my hand I have done it, and by my wisdom, for I am prudent; in that I have removed the bounds of the peoples, and have robbed their treasures, and have brought down as one mighty the inhabitants;
Çünki o deyir: “Bunu mən əlimin qüvvəti ilə, hikmətim və ağlımla etdim. Xalqları ayıran sərhədləri yox etdim, xəzinələrini talan etdim, Bir güclü buğa kimi padşahları taxtlarından endirdim.
14 And my hand hath found as a nest the riches of the peoples; and as one gathereth eggs that are forsaken, have I gathered all the earth; and there was none that moved the wing, or that opened the mouth, or chirped.
Elə bil əlimi quş yuvasına uzadıb Xalqların var-dövlətini götürdüm. Elə bil yiyəsiz yumurtaları yığıb Bütün dünyanı mən beləcə zəbt etdim. Qanad çırpan, ağzını açıb səsini çıxaran belə, olmadı”».
15 Should the axe boast itself against him that heweth therewith? Should the saw magnify itself against him that moveth it? as if a rod should move them that lift it up, or as if a staff should lift up him that is not wood.
Balta onu işlədənin qarşısında öyünərmi? Mişar onu qaldıranın qarşısında qürrələnərmi? Sanki dəyənək onu götürəni işlədir, Elə bil ağacdan düzəlmiş əsa canlını hərəkət etdirir.
16 Therefore will the Lord, the LORD of hosts, send among his fat ones leanness; and under his glory there shall be kindled a burning like the burning of fire.
Buna görə Sahibimiz, Ordular Rəbbi Aşşurun güclü əsgərlərinə azar göndərəcək, Möhtəşəm orduları od tutub yanacaq.
17 And the light of Israel shall be for a fire, and his Holy One for a flame; and it shall burn and devour his thorns and his briers in one day.
İsrailin Nuru od, İsrailin Müqəddəsi alov olacaq. Aşşuru tikan və qanqal kimi bir gündə yandırıb yox edəcək.
18 And the glory of his forest and of his fruitful field, he will consume both soul and body; and it shall be as when a sick man wasteth away.
Gözəl meşələri, məhsuldar tarlaları Tamamilə xarab olacaq, Ağır xəstəliyə tutulan insanın canı kimi Həlak olacaq.
19 And the remnant of the trees of his forest shall be few, that a child may write them down.
Meşələrində qalan ağaclarsa Bir uşağın saya biləcəyi qədər az qalacaq.
20 And it shall come to pass in that day, that the remnant of Israel, and they that are escaped of the house of Jacob, shall no more again stay upon him that smote them; but shall stay upon the LORD, the Holy One of Israel, in truth.
O gün İsrailin sağ qalanları, Yaqubun nəslindən xilas olub sağ qalanlar Onları həlak edənlərə artıq bel bağlamayacaq. Lakin, həqiqətən, Rəbbə – İsrailin Müqəddəsinə arxalanacaq.
21 A remnant shall return, even the remnant of Jacob, unto God the Mighty.
Sağ qalanlar, Yaqub nəslindən sağ qalanlar Qüdrətli Allaha tərəf dönəcək,
22 For though thy people, O Israel, be as the sand of the sea, only a remnant of them shall return; an extermination is determined, overflowing with righteousness.
Ey İsrail, xalqın dəniz qumu qədər çox olsa belə, Onlar arasından ancaq sağ qalanlar Allaha tərəf dönəcək. Tükənməz ədalətlə dağıdılma hökmü verilib.
23 For an extermination wholly determined shall the Lord, the GOD of hosts, make in the midst of all the earth.
Xudavənd, Ordular Rəbbi dağıdılma hökmünü Bütün dünyada yerinə yetirəcək.
24 Therefore thus saith the Lord, the GOD of hosts: O My people that dwellest in Zion, be not afraid of Asshur, though he smite thee with the rod, and lift up his staff against thee, after the manner of Egypt.
Buna görə də Xudavənd, Ordular Rəbbi belə deyir: «Ey Sionda yaşayan xalqım, Misirlilərin sənə etdiyi kimi Səni dəyənəklə vuran, Üzərinə çomaq qaldıran Aşşurlulardan qorxma.
25 For yet a very little while, and the indignation shall be accomplished, and Mine anger shall be to their destruction.
Çünki bu yaxında qəzəbim sönəcək, Hiddətim Aşşurluların məhvinə səbəb olacaq».
26 And the LORD of hosts shall stir up against him a scourge, as in the slaughter of Midian at the Rock of Oreb; and as His rod was over the sea, so shall He lift it up after the manner of Egypt.
Mən Ordular Rəbbi, Midyanlıları Orev qayasında vurduğum kimi Onları da qırmancla vuracağam, Dəyənəyimi Misirlilərə qarşı nə cür dənizin üzərinə uzatdımsa, İndi də elə edəcəyəm.
27 And it shall come to pass in that day, that his burden shall depart from off thy shoulder, and his yoke from off thy neck, and the yoke shall be destroyed by reason of fatness.
O gün Aşşurun yükü çiyninizdən, Boyunduruğu boynunuzdan götürüləcək. Dirçəldiyinizə görə boyunduruq qırılacaq.
28 He is come to Aiath, he is passed through Migron; at Michmas he layeth up his baggage;
Ayat şəhərini alıb Miqrondan keçdilər, Mikmasda yüklərini boşaltdılar.
29 They are gone over the pass; they have taken up their lodging at Geba; Ramah trembleth; Gibeath-shaul is fled.
Onlar keçidi keçdi, Gevada gecələdi, Rama şəhəri lərzəyə gəldi, Şaulun şəhəri Giveada yaşayanlar qaçdı.
30 Cry thou with a shrill voice, O daughter of Gallim! Hearken, O Laish! O thou poor Anathoth!
Ey Qallim əhli, səsini ucalt! Ey Layşa, dinlə, Ey zavallı Anatot!
31 Madmenah is in mad flight; the inhabitants of Gebim flee to cover.
Madmena sakinləri qaçır, Gevim sakinləri sığınacaq axtarır.
32 This very day shall he halt at Nob, shaking his hand at the mount of the daughter of Zion, the hill of Jerusalem.
Bu gün işğalçılar Novda qalacaq, Sion şəhərinin qurulduğu dağa – Yerusəlim təpəsinə yumruq göstərəcək.
33 Behold, the Lord, the LORD of hosts, shall lop the boughs with terror; and the high ones of stature shall be hewn down, and the lofty shall be laid low.
Budur, Sahibimiz, Ordular Rəbbi Düşməni dəhşətli gücü ilə budaqlar kimi kəsəcək. Ən hündür ağaclar qırılacaq, Qürurlular alçaldılacaq.
34 And He shall cut down the thickets of the forest with iron, and Lebanon shall fall by a mighty one.
Meşədəki kolluqları balta kimi Kəsib yerə sərəcək. Livan Qüdrətli Olanın önündə diz çökəcək.