< 2 Kings 18 >

1 Hezekiah, son of Ahaz, became king of Judah in the third year of the reign of Hoshea, son of Elah, king of Israel.
İsrail padşahı Ela oğlu Huşənin padşahlığının üçüncü ilində Axaz oğlu Xizqiya Yəhuda üzərində padşah oldu.
2 He was twenty-five when he became king, and he reigned in Jerusalem for twenty-nine years. His mother's name was Abi, daughter of Zechariah.
O, padşah olduğu vaxt iyirmi beş yaşında idi və Yerusəlimdə iyirmi doqquz il padşahlıq etdi. Anası Zəkəriyyə qızı Avi idi.
3 He did what was right in the Lord's sight, following all that his forefather David had done.
Xizqiya babası Davudun etdiyi kimi Rəbbin gözündə doğru olan işlər etdi.
4 He removed the high places, smashed the stone idols, and cut down the Asherah poles. He ground to pieces the bronze snake Moses had made, because up to then the Israelites had been sacrificing offerings to it. It was called Nehushtan.
O, səcdəgahları aradan qaldırdı, sütunları parça-parça etdi və Aşera bütünü kəsdi. Musanın düzəltdiyi tunc ilanı əzib parçaladı, çünki İsraillilər onun adını Nexuştan qoyub o vaxta qədər ona buxur yandırırdılar.
5 Hezekiah put his trust in the Lord, the God of Israel. Among the kings of Judah there was no one like him, neither before him nor after him.
Xizqiya İsrailin Allahı Rəbbə güvəndi. Özündən əvvəl və sonra olan bütün Yəhuda padşahları arasında onun kimisi olmadı.
6 He stayed faithful to the Lord and did not give up following him. He kept the commandments that the Lord had given Moses.
O, Rəbdən yapışıb Onun yolundan dönmədi və Rəbbin Musaya verdiyi əmrlərinə əməl etdi.
7 The Lord was with him; he was successful in everything he did. He defied the king of Assyria and refused to submit to him.
Rəbb də onunla idi və hara gedirdisə, uğur qazanırdı. Xizqiya Aşşur padşahına qulluq etməkdən boyun qaçırdı.
8 He defeated the Philistines all the way to Gaza and the surrounding area, from watchtower to fortified town.
Qəzzədə və onun sərhədləri boyu, keşikçi qülləsindən qalalı şəhərə qədər hər yerdə yaşayan Filiştliləri qırdı.
9 In the fourth year of Hezekiah's reign, equivalent to the seventh year of the reign of Hoshea, son of Elah, king of Israel, Shalmaneser, king of Assyria, attacked Samaria, besieging it.
Xizqiyanın padşahlığının dördüncü ilində, yəni İsrail padşahı Ela oğlu Huşənin padşahlığının yeddinci ilində Aşşur padşahı Şalmaneser Samariya üzərinə hücum edib oranı mühasirəyə aldı.
10 The Assyrians conquered it after three years. This was during the sixth year of Hezekiah, equivalent to the ninth year of Hoshea, king of Israel.
Üç ildən sonra şəhəri aldılar. Xizqiyanın padşahlığının altıncı ilində, yəni İsrail padşahı Huşənin padşahlığının doqquzuncu ilində Samariya alındı.
11 The king of Assyria deported the Israelites to Assyria. He settled them in Halah, in Gozan on the Habor River, and in the towns of the Medes.
Aşşur padşahı İsrailliləri Aşşur torpağına sürgün etdi və onları Xalahda, Qozan çayı sahilindəki Xavorda və Midiya şəhərlərində yerləşdirdi.
12 This happened because they refused to listen to the Lord their God and broke his agreement—all that Moses, the Lord's servant, had commanded. They refused to listen and did not obey.
Bu iş ona görə onların başına gəldi ki, özlərinin Allahı Rəbbin sözünə qulaq asmamışdılar və Onun əhdini, Rəbbin qulu Musanın əmr etdiyi hər şeyi pozmuşdular. Onlar buna nə qulaq asmış, nə də əməl etmişdilər.
13 Sennacherib, king of Assyria, attacked and conquered all the fortified towns of Judah in the fourteenth year of the reign of Hezekiah.
Xizqiyanın padşahlığının on dördüncü ilində Aşşur padşahı Sanxeriv Yəhudanın bütün qalalı şəhərlərinə hücum edib onları aldı.
14 So Hezekiah, king of Judah, sent a message to the king of Assyria who was at Lachish, saying, “I've made a terrible mistake! Please retreat and leave me alone, and I'll pay you whatever you want!” The king of Assyria demanded Hezekiah, king of Judah, pay three hundred talents of silver and thirty talents of gold.
Yəhuda padşahı Xizqiya Lakişə, Aşşur padşahına xəbər göndərib dedi: «Təqsirkaram, üzərimdən geri çəkil, məndən nə qədər xərac tələb etsən, verərəm». Aşşur padşahı Yəhuda padşahı Xizqiyadan xərac olaraq otuz talant qızıl və üç yüz talant gümüş tələb etdi.
15 Hezekiah paid him using all the silver from the Lord's Temple and the treasuries of the royal palace.
Xizqiya Rəbbin məbədində və sarayın xəzinələrində tapılan gümüşün hamısını verdi.
16 He even stripped the gold he had used to overlay the doors and doorposts of the Lord's Temple and gave everything to the king of Assyria.
O vaxt Yəhuda padşahı Xizqiya Rəbbin məbədinin qapılarının və sütunlarının üstünə özünün örtdüyü qızılı çıxartdı və onu Aşşur padşahına verdi.
17 Even so, the king of Assyria sent his commander in chief, his head officer, and his army general, along with a large army, from Lachish to King Hezekiah at Jerusalem. They approached Jerusalem and made camp beside the aqueduct of the upper pool, on the road to where laundry is washed.
Aşşur padşahı öz ordu başçısını, baş məmuru və baş vəzirini böyük qoşunla Lakişdən Yerusəlimə, padşah Xizqiyanın yanına göndərdi. Onlar çıxıb Yerusəlimə gəldilər və Mahudbasan tarlası yoluna, yuxarı hovuzun su kəmərinin yanına qalxıb orada dayandılar.
18 They called for the king. Eliakim, son of Hilkiah, the palace manager, Shebnah the scribe, and Joah, son of Asaph, the record-keeper, went out to speak with them.
Onlar padşahı çağırdılar. Saray rəisi Xilqiya oğlu Elyaqim, mirzə Şevna və salnaməçi Asəf oğlu Yoah onların qabağına çıxdı.
19 The Assyrian army general said to them, “Tell Hezekiah this is what the great king, the king of Assyria, says: What are you trusting in that gives you such confidence?
Baş vəzir onlara dedi: «İndi Xizqiyaya söyləyin ki, böyük padşah – Aşşur padşahı belə deyir: “Nəyə güvənirsən?
20 You say you have a strategy and are ready for war, but these are empty words. Who are you relying on, now that you have rebelled against me?
Sən yalnız boş sözlər deyirsən, müharibə üçün tədbir və güc lazımdır. İndi sən kimə güvənirsən ki, mənə qarşı çıxırsan?
21 Now look! You're trusting in Egypt, a walking stick that's like a broken reed that will cut the hand of anyone leaning on it. That's what Pharaoh, king of Egypt, is like to everyone who trusts in him.
Yəqin sən əzilmiş qamış çubuğuna – Misirə güvənirsən. Bil ki, kim ona söykənsə, əlinə batıb deşər. Misir padşahı firon ona güvənənlərin hamısı üçün belədir.
22 If you tell me, ‘We're trusting in the Lord our God,’ well didn't Hezekiah remove his high places and his altars, telling Judah and Jerusalem: ‘You have to worship at this altar in Jerusalem’?
Bəlkə mənə ‹biz Allahımız Rəbbə güvənirik› söyləyəsiniz. Məgər bu həmin Allah deyildi ki, Xizqiya Onun səcdəgahlarını və qurbangahlarını aradan qaldırdı? O, Yəhudalılara və Yerusəlimlilərə də ‹yalnız Yerusəlimdəki bu qurbangahın önündə səcdə edin› demədimi?
23 Why don't you accept a challenge from my master, the king of Assyria? He says, I'll give you two thousand horses, if you can find enough riders for them!
İndi ağam Aşşur padşahı ilə mərcə gəl: əgər sən iki min süvari tapa bilsən, mən sənə o qədər at verərəm.
24 How could you defeat even a single officer in charge of the weakest of my master's men when you're trusting in Egypt for chariots and horsemen?
Görək sən ağamın kiçik qulu olan bir başçını necə məğlub edəcəksən. Sən hələ döyüş arabaları və süvarilər almaq üçün Misirə güvənirsən!
25 More than that—would I have come to attack this pace without the Lord's encouragement? It was the Lord himself who told me, ‘Go and attack this land and destroy it.’”
Məgər indi mən bu yeri viran etməyə Rəbbin istəyi ilə gəlmədimmi? Rəbb mənə ‹bu ölkəyə hücum edib onu viran et› dedi”».
26 Eliakim, son of Hilkiah, together with Shebnah and Joah, said to the army general, “Please speak to us, your servants, in Aramaic, for we understand it. Don't speak to us in Hebrew while the people on the wall are listening.”
Xilqiya oğlu Elyaqim, Şevna və Yoah baş vəzirə dedi: «Xahiş edirik, bu qullarınla Arami dilində danış, biz bu dili başa düşürük, amma divar üzərindəki xalqın eşitdiyi yerdə bizimlə Yəhudi dilində danışma».
27 But the army general replied, “Did my master only send me to say these things to your master and to you, and not to the people sitting on the wall? They too, just like you, are going to have to eat their own excrement and drink their own urine!”
Baş vəzir onlara dedi: «Məgər ağam məni göndərib ki, bu sözləri təkcə sənin ağana və sənə söyləyim, yoxsa divar üzərində oturan bu adamlara? Axı onlar da sizinlə birgə nəcislərini yeyib sidiklərini içəcəklər».
28 Then the army general shouted out in Hebrew, “Listen to this from the great king, the king of Assyria!
Onda baş vəzir durub Yəhudi dilində uca səslə bağıraraq dedi: «Böyük padşahın – Aşşur padşahının sözünü eşidin!
29 This is what the king says: Don't let Hezekiah trick you! He can't save you from me!
Padşah belə deyir: “Xizqiya sizi aldatmasın, sizi mənim əlimdən qurtara bilməyəcək.
30 Don't believe Hezekiah when he tells you to trust in the Lord, saying, ‘I'm certain the Lord will save us. This city will never fall into the hands of the king of Assyria.’
Qoy Xizqiya sizə ‹Rəbb bizi hökmən qurtaracaq və bu şəhər Aşşur padşahına təslim edilməyəcək› deyib Rəbbə arxayın etməsin”.
31 Don't listen to Hezekiah. This is what the king says: Make a peace treaty with me and surrender to me. That way everyone will eat from their own vine and their own fig tree, and drink water from their own well!
Ona qulaq asmayın! Çünki Aşşur padşahı belə deyir: “Mənimlə sülh bağlayın və yanıma gəlin. Mən gələnə qədər hər kəs öz üzüm meynəsinin və əncir ağacının bəhrəsindən yeyib öz quyusunun suyundan içəcək.
32 I will come and take you to a land that's like your own, a land of grain and new wine, a land of bread and vineyards, a land of olive trees and honey. Then you will live and not die. But don't listen to Hezekiah, for he's tricking you when he says, ‘The Lord will deliver us.’
Sonra mən gəlib sizi ölkənizə bənzər bir ölkəyə – buğda, şərab, çörək, üzüm bağları, zeytun yağı və bal olan bir torpağa aparacağam. Beləcə ölməyib sağ qalarsınız. ‹Rəbb bizi qurtaracaq› deyib sizi azdıran Xizqiyaya qulaq asmayın.
33 Have any of the gods of any nation ever saved their land from the power of the king of Assyria?
Millətlərin allahlarından biri öz ölkəsini Aşşur padşahının əlindən qurtardımı?
34 Where were the gods of Hamath and Arpad? Where were the gods of Sepharvaim, Hena, and Ivvah? Were they able to save Samaria from me?
Hanı Xamatın və Arpadın allahları? Hanı Sefarvayimin, Henanın və Avvanın allahları? Onlar Samariyanı mənim əlimdən qurtardılarmı?
35 Which one of all the gods of these countries has saved their land from me? How then could the Lord save Jerusalem from me?”
Bütün bu allahlardan hansı öz ölkəsini mənim əlimdən qurtardı? Bəs Rəbb necə Yerusəlimi mənim əlimdən qurtara bilər?”»
36 But the people remained silent and didn't say anything, for Hezekiah had given the order, “Don't answer him.”
Xalq susdu və onun cavabında heç nə demədi. Çünki padşah «ona cavab verməyin» deyə əmr etmişdi.
37 Then Eliakim, son of Hilkiah, the palace manager, Shebna the scribe, and Joah, son of Asaph, the record-keeper, went to Hezekiah with their clothes torn, and they told him what the Assyrian army general had said.
Saray rəisi Xilqiya oğlu Elyaqim, mirzə Şevna və salnaməçi Asəf oğlu Yoah cırılmış paltarlarda Xizqiyanın yanına gəlib baş vəzirin sözlərini ona çatdırdılar.

< 2 Kings 18 >