< Psalms 136 >
1 Praise the Lord, for he is good: for his mercy endureth for ever.
Rəbbə şükür edin, ona görə ki yaxşıdır, Çünki məhəbbəti əbədidir!
2 Praise ye the God of gods: for his mercy endureth for ever.
Allahların Allahına şükür edin, Çünki məhəbbəti əbədidir!
3 Praise ye the Lord of lords: for his mercy endureth for ever.
Hökmranların Hökmranına şükür edin, Çünki məhəbbəti əbədidir!
4 Who alone doth great wonders: for his mercy endureth for ever.
Yalnız Odur böyük xariqələr yaradan, Çünki məhəbbəti əbədidir!
5 Who made the heavens in understanding: for his mercy endureth for ever.
Odur göyləri hikməti ilə quran, Çünki məhəbbəti əbədidir!
6 Who established the earth above the waters: for his mercy endureth for ever.
Odur yerin təməlini sular üstündə qoyan, Çünki məhəbbəti əbədidir!
7 Who made the great lights: for his mercy endureth for ever.
Odur böyük işıqları yaradan, Çünki məhəbbəti əbədidir!
8 The sun to rule over the day: for his mercy endureth for ever.
Gündüzü günəşin hökmü altına saldı, Çünki məhəbbəti əbədidir!
9 The moon and the stars to rule the night: for his mercy endureth for ever.
Gecə ay-ulduzların hökmü altında oldu, Çünki məhəbbəti əbədidir!
10 Who smote Egypt with their firstborn: for his mercy endureth for ever.
O, Misirlilərin ilk oğullarını qırdı, Çünki məhəbbəti əbədidir!
11 Who brought Israel from among them: for his mercy endureth for ever.
İsrail nəslini Misirlilərin arasından çıxartdı, Çünki məhəbbəti əbədidir!
12 With a mighty hand and a stretched out arm: for his mercy endureth for ever.
İsrailliləri qüdrətli əli, uzanan qolu ilə apardı, Çünki məhəbbəti əbədidir!
13 Who divided the Red Sea into parts: for his mercy endureth for ever.
Qırmızı dənizi iki yerə yardı, Çünki məhəbbəti əbədidir!
14 And brought out Israel through the midst thereof: for his mercy endureth for ever.
İsrailliləri dənizin ortasından keçirtdi, Çünki məhəbbəti əbədidir!
15 And overthrew Pharao and his host in the Red Sea: for his mercy endureth for ever.
Fironla ordusunu Qırmızı dənizdə batırdı, Çünki məhəbbəti əbədidir!
16 Who led his people through the desert: for his mercy endureth for ever.
O, xalqını səhrada apardı, Çünki məhəbbəti əbədidir!
17 Who smote great kings: for his mercy endureth for ever.
O, böyük padşahları vurdu, Çünki məhəbbəti əbədidir!
18 And slew strong kings: for his mercy endureth for ever.
O, güclü padşahları qırdı, Çünki məhəbbəti əbədidir!
19 Sehon king of the Amorrhites: for his mercy endureth for ever.
Emor padşahı Sixonu vurdu, Çünki məhəbbəti əbədidir!
20 And Og king of Basan: for his mercy endureth for ever.
Başan padşahı Oqu öldürdü, Çünki məhəbbəti əbədidir!
21 And he gave their land for an inheritance: for his mercy endureth for ever.
Onların torpaqlarını irs olaraq verdi, Çünki məhəbbəti əbədidir!
22 For an inheritance to his servant Israel: for his mercy endureth for ever.
Bu yerləri qulu İsrail nəslinin mülkü etdi, Çünki məhəbbəti əbədidir!
23 For he was mindful of us in our affliction: for his mercy endureth for ever.
O, miskin halımızda bizi yaddan çıxarmadı, Çünki məhəbbəti əbədidir!
24 And he redeemed us from our enemies: for his mercy endureth for ever.
Bizi düşmən əlindən qurtardı, Çünki məhəbbəti əbədidir!
25 Who giveth food to all flesh: for his mercy endureth for ever.
O, bəşəriyyətə ruzi verir, Çünki məhəbbəti əbədidir!
26 Give glory to the God of heaven: for his mercy endureth for ever.
Göylərin Allahına şükür edin, Çünki məhəbbəti əbədidir!