< Judges 4 >
1 And the children of Israel again did evil in the sight of Jehovah; now Ehud was dead.
Ehud öləndən sonra İsrail övladları yenə də Rəbbin gözündə pis olan işlər gördülər.
2 And Jehovah sold them into the hand of Jabin king of Canaan, who reigned in Hazor; and the captain of his army was Sisera, who dwelt in Harosheth-Goim.
Buna görə də Rəbb onları Xasorda padşahlıq edən Kənan padşahı Yavinə təslim etdi. Yavinin ordu başçısı Sisra idi. O, Xaroşet-Haqqoyimdə yaşayırdı.
3 And the children of Israel cried to Jehovah; for he had nine hundred chariots of iron, and he mightily oppressed the children of Israel twenty years.
İsrail övladları Rəbbə fəryad etdilər, çünki doqquz yüz dəmir döyüş arabasına malik olan Yavin iyirmi il idi ki, İsrail övladlarına zülm edib əziyyət verirdi.
4 And Deborah, a prophetess, the wife of Lapidoth, judged Israel at that time.
O vaxtlar Lappidotun arvadı peyğəmbər Devora İsraildə hakimlik edirdi.
5 And she dwelt under the palm-tree of Deborah between Ramah and Bethel in mount Ephraim; and the children of Israel came up to her for judgment.
Bu qadın Efrayimin dağlıq bölgəsində Rama ilə Bet-El arasında olan Devoranın xurma ağacı altında yaşayırdı. İsrail övladları da hökm çıxarmaq üçün onun yanına qalxırdılar.
6 And she sent and called Barak the son of Abinoam out of Kedesh-Naphtali, and said to him, Hath not Jehovah the God of Israel commanded? Go and draw towards mount Tabor, and take with thee ten thousand men of the children of Naphtali and of the children of Zebulun,
Devora adam göndərib Naftali bölgəsində Qedeş şəhərindən Avinoam oğlu Baraqı çağırıb dedi: «İsrailin Allahı Rəbb sənə əmr etdi ki, yanına Naftali və Zevulun övladlarından on min nəfər kişini alıb Tavor dağına aparasan.
7 and I will draw unto thee, to the torrent Kishon, Sisera, the captain of Jabin's army, and his chariots and his multitude, and I will give him into thy hand.
Mən də Yavinin ordu başçısı Sisranı və onun döyüş arabaları ilə əsgərlərini yolundan döndərib Qişon çayına – sənin yanına gətirəcəyəm və sənə təslim edəcəyəm».
8 And Barak said to her, If thou goest with me, then I will go, but if thou goest not with me, I will not go.
Baraq Devoraya dedi: «Əgər sən mənimlə bərabər getsən, mən də gedəcəyəm, yox, əgər mənimlə bir getməsən, mən də getməyəcəyəm».
9 And she said, I will by all means go with thee, only that it will not be to thine honour upon the way which thou goest, for Jehovah will sell Sisera into the hand of a woman. And Deborah arose, and went with Barak to Kedesh.
Devora dedi: «Mən mütləq səninlə bir gedəcəyəm, amma bunu da bil ki, getdiyin yolun şöhrəti sənin olmayacaq, çünki Rəbb Sisranı bir qadına təslim edəcək». Devora ayağa qalxdı və Baraqla birgə Qedeşə getdi.
10 And Barak called together Zebulun and Naphtali to Kedesh; and there went up at his feet ten thousand men; and Deborah went up with him.
Baraq Zevulun və Naftali övladlarını Qedeşə topladı və on min nəfər kişi onun ardınca getdi. Devora da Baraqla birgə yola düşdü.
11 (Now Heber the Kenite had severed himself from the Kenites, from the children of Hobab the father-in-law of Moses, and had pitched his tent as far as the oak of Zaannaim, which is by Kedesh.)
Qenli Xever, Musanın qaynı Xovavın nəslindən olan o biri Qenlilərdən ayrılmışdı. O, Qedeş yaxınlığında, Saanayimdəki palıd ağacının yanında öz çadırını qurmuşdu.
12 And they told Sisera that Barak the son of Abinoam had gone up to mount Tabor.
Sisraya xəbər çatdı ki, Avinoam oğlu Baraq Tavor dağına çıxıb.
13 Then Sisera gathered together all his chariots, nine hundred chariots of iron, and all the people that were with him, from Harosheth-Goim to the torrent Kishon.
Sisra doqquz yüz dəmir arabadan ibarət bütün döyüş arabalarını və yanındakı bütün xalqı Xaroşet-Haqqoyimdən Qişon çayına topladı.
14 And Deborah said to Barak, Up; for this is the day in which Jehovah hath given Sisera into thy hand! Is not Jehovah gone out before thee? And Barak went down from mount Tabor, and ten thousand men after him.
Devora Baraqa dedi: «Qalx, çünki Rəbbin Sisranı təslim etdiyi gün bu gündür. Sənin qarşında gedən Rəbb deyilmi?» Baraq da arxasınca gələn on min nəfər kişi ilə birgə Tavor dağından endi.
15 And Jehovah discomfited Sisera, and all the chariots, and all the army, with the edge of the sword before Barak; and Sisera got down from [his] chariot, and fled on foot.
Rəbb Sisranı və bütün döyüş arabaları ilə ordusunu Baraqın qarşısında qılıncdan keçirərək məğlub etdi. Sisra isə öz döyüş arabasından düşüb qaçdı.
16 And Barak pursued after the chariots, and after the army, to Harosheth-Goim; and all the army of Sisera fell by the edge of the sword; not one was left.
Baraq Xaroşet-Haqqoyimə qədər onların döyüş arabaları ilə ordusunu qovdu. Sisranın bütün ordusu qılıncdan keçirildi və heç kim sağ qalmadı.
17 And Sisera fled on foot to the tent of Jael the wife of Heber the Kenite; for there was peace between Jabin the king of Hazor and the house of Heber the Kenite.
Sisra Qenli Xeverin arvadı Yaelin çadırına qaçdı, çünki Xasor padşahı Yavinlə Qenli Xever arasında sülh var idi.
18 And Jael went out to meet Sisera, and said to him, Turn in, my lord, turn in to me; fear not. And he turned in to her, into the tent, and she covered him with the quilt.
Yael Sisranı qarşılamaq üçün bayıra çıxıb dedi: «Gəl içəri, ağam, qorxma, bizə gəl». Sisra onun çadırına girdi və qadın onun üstünü kilimlə örtdü.
19 And he said to her, Give me, I pray thee, a little water to drink, for I am thirsty. And she opened the flask of milk, and gave him drink, and covered him.
Sisra qadına dedi: «Susamışam, rica edirəm, mənə bir içim su ver». Qadın süd tuluğunu açıb ona süd içirtdi və üstünü örtdü.
20 And he said to her, Stand in the door of the tent, and it shall be if any one come and inquire of thee, and say, Is there any man here? that thou shalt say, No.
Sisra qadına dedi: «Çadırın qapısında dayan, əgər bir adam gəlib səndən “Burada kimsə varmı?” deyə soruşsa, deyərsən ki, yox».
21 And Jael Heber's wife took a tent-pin, and took the hammer in her hand, and went softly to him, and smote the pin into his temples, and it penetrated into the ground; for he had fallen into a deep sleep and was faint; and he died.
Lakin Xeverin arvadı Yael əlinə bir çadır payası və bir də toxmaq götürüb yavaş-yavaş ona yaxınlaşdı. Sisra isə çox yorulduğundan dərin yuxuya getmişdi. Yael çadır payasını onun gicgahına zərblə elə vurdu ki, paya onun başından keçib yerə girdi və Sisra belə öldürüldü.
22 And behold, as Barak pursued Sisera, Jael went out to meet him, and said to him, Come, and I will shew thee the man whom thou seekest. And he went into her [tent], and behold, Sisera lay dead, and the pin was in his temples.
Bu vaxt Baraq Sisranın izinə düşmüşdü. Yael onun qarşısına çıxıb dedi: «Gəl, axtardığın adamı sənə göstərim». O, Yaellə birgə çadıra girəndə gördü ki, Sisra gicgahında paya ölüb yerə sərilmişdir.
23 So God subdued on that day Jabin king of Canaan before the children of Israel.
Beləcə o gün Allah Kənan padşahı Yavini İsrail övladlarına tabe etdi.
24 And the hand of the children of Israel ever advanced, and prevailed against Jabin king of Canaan, until they had cut off Jabin king of Canaan.
İsrail övladlarının əli Kənan padşahı Yavinə qarşı get-gedə qüvvətləndi və axırda Kənan padşahı Yavini məhv etdi.