< Genesis 23 >

1 And the life of Sarah was a hundred and twenty-seven years: [these were] the years of the life of Sarah.
Sara yüz iyirmi yeddi il yaşadı; o bu qədər ömür sürdü.
2 And Sarah died in Kirjath-Arba: that is Hebron, in the land of Canaan. And Abraham came to mourn for Sarah, and to weep for her.
Sara Kənan torpağında olan Qiryat-Arbada, yəni Xevronda öldü. İbrahim yas tutub ağlamaqdan ötrü Saranın cəsədinin yanına getdi.
3 And Abraham rose up from before his dead, and spoke to the sons of Heth, saying,
İbrahim cəsədin yanından gedib Xetlilərə dedi:
4 I am a stranger and a sojourner with you; give me a possession of a sepulchre with you, that I may bury my dead from before me.
«Mən sizin aranızda qərib və qonağam. Yanınızda qəbir düzəltmək üçün mənə torpaq sahəsi satın ki, öz ölümü götürüb orada basdırım».
5 And the sons of Heth answered Abraham, saying to him,
Xetlilər İbrahimə cavab verdilər:
6 Hear us, my lord: thou art a prince of God among us: in the choicest of our sepulchres bury thy dead: none of us shall withhold from thee his sepulchre for burying thy dead.
«Ey ağamız, bizə qulaq as: sən aramızda Allahın qoyduğu bir başçısan, öz ölünü də qəbirlərimizin ən yaxşısında basdır; ölünü basdırmaq üçün bizdən heç kəs qəbrini səndən əsirgəməz».
7 And Abraham rose up, and bowed down to the people of the land, to the sons of Heth,
İbrahim qalxıb o ölkənin xalqı olan Xetlilərə təzim etdi.
8 and spoke to them, saying, If it be your will that I should bury my dead from before me, hear me, and entreat for me Ephron the son of Zohar,
Sonra onlarla danışıb dedi: «Əgər siz mənim ölümü basdırmağa razısınızsa, mənə qulaq asın: mənim üçün Sohar oğlu Efrondan xahiş edin ki,
9 that he may give me the cave of Machpelah, which is his, which is at the end of his field; for the full money let him give it to me amongst you for a possession of a sepulchre.
tarlasının qurtaracağında ona məxsus olan Maxpela mağarasını mənə satsın, yanınızda qəbir düzəltmək üçün onu tam dəyəri ilə mənə versin».
10 And Ephron was dwelling among the sons of Heth. And Ephron the Hittite answered Abraham, in the ears of the sons of Heth, [even] of all that went in at the gate of his city, saying,
Efron Xetlilərin arasında oturmuşdu. Xetli Efron şəhər darvazasının yanına yığılan bütün Xetlilərin önündə İbrahimə belə cavab verdi:
11 No, my lord: hear me. The field give I thee; and the cave that is in it, to thee I give it; before the eyes of the sons of my people give I it thee: bury thy dead.
«Yox, ağam, mənə qulaq as: mən tarlanı və orada olan mağaranı sənə verirəm, öz xalqımın adamları önündə onu sənə verirəm; get ölünü basdır».
12 And Abraham bowed down before the people of the land;
İbrahim o ölkənin xalqına təzim etdi.
13 and he spoke to Ephron, in the ears of the people of the land, saying, But if only thou wouldst listen to me, I give the money for the field: take [it] of me, and I will bury my dead there.
Sonra o ölkənin xalqının yanında Efrona belə dedi: «Xahiş edirəm, mənə qulaq as: tarlanın dəyərini verirəm, onu məndən götür, qoy mən də öz ölümü orada basdırım».
14 And Ephron answered Abraham, saying to him,
Efron İbrahimə cavab verdi:
15 My lord, hearken to me. A field of four hundred shekels of silver, what is that between me and thee? bury therefore thy dead.
«Ay ağam, mənə qulaq as: torpağın qiyməti dörd yüz şekel gümüşdür; mənimlə sənin aranda bu nədir? Ölünü basdır».
16 And Abraham hearkened to Ephron; and Abraham weighed to Ephron the money that he had named in the ears of the sons of Heth — four hundred shekels of silver, current with the merchant.
İbrahim Efronun sözünü qəbul edib Xetlilərin yanında Efronun dediyi kimi tacirlərin tərəzi daşları ilə dörd yüz şekel gümüş çəkdi.
17 So the field of Ephron, which was at Machpelah, which was before Mamre, the field, and the cave that was in it, and all the trees that were in the field, that were in all its borders round about,
Beləcə Mamre qarşısındakı Maxpelada olan Efronun tarlası, oradakı mağara, tarlada və onun ərazisində olan bütün ağaclar
18 were assured to Abraham for a possession before the eyes of the sons of Heth, before all who went in at the gate of his city.
Xetlilərin gözü önündə – şəhər darvazasında yığılanların qarşısında İbrahimin mülkü oldu.
19 And after this, Abraham buried Sarah his wife in the cave of the field at Machpelah, opposite to Mamre: that is Hebron, in the land of Canaan.
Bundan sonra İbrahim arvadı Saranı Kənan torpağında olan Mamre, yəni Xevron qarşısındakı Maxpela tarlasının mağarasında basdırdı.
20 And the field and the cave that was in it were assured to Abraham for a possession of a sepulchre by the sons of Heth.
Beləcə Xetlilər tarlanı və orada olan mağaranı qəbir düzəltmək üçün İbrahimə mülk verdilər.

< Genesis 23 >