< Judges 20 >

1 Then all the Israelites from Dan to Beersheba and from the land of Gilead came out, and the congregation assembled as one man before the LORD at Mizpah.
Bütün İsrail övladları Dandan Beer-Şevaya qədər ərazidən və Gilead torpağından Mispaya çıxdılar. İcma bir nəfər kimi Rəbbin önündə toplandı.
2 The leaders of all the people and all the tribes of Israel presented themselves in the assembly of God’s people: 400,000 men on foot, armed with swords.
Bütün xalqın, bütün İsrail qəbilələrinin başçıları Allahın xalqının toplantısında öz yerlərini tutdular. Orada qılınc daşıyan dörd yüz min piyada var idi.
3 (Meanwhile the Benjamites heard that the Israelites had gone up to Mizpah.) And the Israelites asked, “Tell us, how did this wicked thing happen?”
Binyamin övladları İsrail övladlarının Mispaya çıxdıqlarını eşitdi. Orada İsrail övladları dedilər: «Danışın görək, bu pis hadisə necə baş verdi?»
4 So the Levite, the husband of the murdered woman, answered: “I and my concubine came to Gibeah in Benjamin to spend the night.
Öldürülən qadının əri olan Levili onlara cavab verdi: «Mənimlə cariyəm gecələmək üçün Binyaminin Givea şəhərinə daxil olduq.
5 And during the night, the men of Gibeah rose up against me and surrounded the house. They intended to kill me, but they abused my concubine, and she died.
Givea kişiləri mənə qarşı qalxdılar və mənim gecələdiyim evi mühasirəyə aldılar, məni öldürmək istədilər və cariyəmi zorladılar. Bunun nəticəsində qadın öldü.
6 Then I took my concubine, cut her into pieces, and sent her throughout the land of Israel’s inheritance, because they had committed a lewd and disgraceful act in Israel.
Mən də cariyəmi götürüb parça-parça doğrayaraq hər hissəsini İsrailin irs torpaqlarının bütün bölgələrinə göndərdim, çünki İsraildə pozğunçuluq və alçaqlıq edilib.
7 Behold, all you Israelites, give your advice and verdict here and now.”
Ey İsrail övladları! Baxın hamınız burada öz fikir və məsləhətinizi verin».
8 Then all the people stood as one man and said, “Not one of us will return to his tent or to his house.
Bütün xalq bir nəfər kimi ayağa qalxıb dedi: «Bizdən heç kim çadırına getməyəcək və heç kim evinə qayıtmayacaq.
9 Now this is what we will do to Gibeah: We will go against it as the lot dictates.
İndi belə bir iş görməliyik: püşk atıb Giveaya hücum edəcəyik.
10 We will take ten men out of every hundred from all the tribes of Israel, and a hundred out of every thousand, and a thousand out of every ten thousand, to supply provisions for the army when they go to Gibeah in Benjamin to punish them for the atrocity they have committed in Israel.”
Orduya azuqə gətirmək üçün İsrailin bütün qəbilələrinin hər yüz nəfərdən onunu, min nəfərindən yüzünü, on min nəfərindən minini götürəcəyik ki, Binyaminin Givea şəhərinə gedib çatanda İsraildə etdikləri alçaq işlərin hamısının əvəzini onlara edə bilsinlər».
11 So all the men of Israel gathered as one man, united against the city.
Bütün İsraillilər bir nəfər kimi birləşib o şəhərə qarşı toplandılar.
12 And the tribes of Israel sent men throughout the tribe of Benjamin, saying, “What is this wickedness that has occurred among you?
İsrail qəbilələri Binyamin qəbiləsinin torpaqlarının hər tərəfinə qasidlər göndərib dedi: «Bu nə pislikdir, sizin aranızdan çıxıb?
13 Hand over the wicked men of Gibeah so we can put them to death and purge Israel of this evil.” But the Benjamites refused to heed the voice of their fellow Israelites.
İndi Giveada olan o yaramaz adamları bizə verin, onları öldürək və bununla İsraildən bu pisliyi təmizləyək». Lakin Binyamin övladları soydaşları olan İsrail övladlarının sözünə qulaq asmaq istəmədilər.
14 And from their cities they came together at Gibeah to go out and fight against the Israelites.
İsrail övladları ilə döyüşə çıxmaq üçün Binyamin övladları öz şəhərlərindən Giveaya toplandılar.
15 On that day the Benjamites mobilized 26,000 swordsmen from their cities, in addition to the 700 select men of Gibeah.
Həmin gün şəhərlərdən gələn Binyamin övladları Givea əhalisindən yığılmış yeddi yüz seçmə adamdan savayı, qılınc daşıyan iyirmi altı min kişi də yığdılar.
16 Among all these soldiers there were 700 select left-handers, each of whom could sling a stone at a hair without missing.
Bütün bu xalqın arasında solaxay olan yeddi yüz seçmə adam var idi ki, hər biri sərrast sapand atıb daşla başda olan bir tükü belə, vura bilirdi və atdıqları boşa çıxmırdı.
17 The Israelites, apart from Benjamin, mobilized 400,000 swordsmen, each one an experienced warrior.
Binyaminlilərdən başqa, İsraillilərdən qılınc daşıyan dörd yüz iyirmi kişini saydılar ki, bunların da hamısı döyüşçü idi.
18 The Israelites set out, went up to Bethel, and inquired of God, “Who of us shall go up first to fight against the Benjamites?” “Judah will be first,” the LORD replied.
İsrail övladları Bet-Elə çıxdılar və Allaha müraciət edib dedilər: «Binyamin övladlarına qarşı biz tərəfdən əvvəlcə kim döyüşə çıxacaq?» Rəbb dedi: «Əvvəlcə Yəhuda qəbiləsi çıxacaq».
19 The next morning the Israelites set out and camped near Gibeah.
İsrail övladları səhər tezdən qalxıb Giveaya qarşı ordugah qurdular.
20 And the men of Israel went out to fight against Benjamin and took up their battle positions at Gibeah.
İsraillilər Binyaminlilərlə döyüşə çıxıb Giveada onlara qarşı düzüldülər.
21 And the Benjamites came out of Gibeah and cut down 22,000 Israelites on the battlefield that day.
Binyamin övladları Giveadan çıxdılar və o gün İsraillilərdən iyirmi iki min kişini vurub yerə sərdilər.
22 But the Israelite army took courage and again took their battle positions in the same place where they had arrayed themselves on the first day.
Lakin İsrail ordusu cəsarətə gəlib əvvəlki gün düzüldükləri yerdə yenə də döyüşə düzüldü.
23 They went up and wept before the LORD until evening, inquiring of Him, “Should we again draw near for battle against our brothers the Benjamites?” And the LORD answered, “Go up against them.”
İsrail övladları Bet-Elə çıxıb Rəbbin önündə axşama qədər ağladılar və Rəbbə müraciət edib dedilər: «Soydaşımız olan Binyamin övladları ilə yenə döyüşə girişəkmi?» Rəbb onlara dedi: «Onların qarşısına çıxın».
24 On the second day the Israelites advanced against the Benjamites.
İkinci gün İsrail övladları Binyamin övladlarına yaxınlaşdılar.
25 That same day the Benjamites came out against them from Gibeah and cut down another 18,000 Israelites, all of them armed with swords.
Həmin gün də Binyaminlilər onların qarşısına çıxaraq İsrail övladlarından bu dəfə on səkkiz min kişini vurub yerə sərdi. Bunların hamısı qılınc daşıyan adamlar idi.
26 Then the Israelites, all the people, went up to Bethel, where they sat weeping before the LORD. That day they fasted until evening and presented burnt offerings and peace offerings to the LORD.
Bütün İsrail övladları, bütün ordu Bet-Elə çıxıb ağladı. Orada Rəbbin önündə qalıb axşama qədər oruc tutdular. Rəbbin hüzurunda yandırma və ünsiyyət qurbanları təqdim etdilər.
27 And the Israelites inquired of the LORD. (In those days the ark of the covenant of God was there,
İsrail övladları Rəbbə müraciət etdilər, çünki Allahın Əhd sandığı o günlər orada idi.
28 and Phinehas son of Eleazar, the son of Aaron, served before it.) The Israelites asked, “Should we again go out to battle against our brothers the Benjamites, or should we stop?” The LORD answered, “Fight, for tomorrow I will deliver them into your hand.”
Harun oğlu Eleazar oğlu Pinxas o dövrdə sandığın önündə dururdu. Onlar Rəbbə dedilər: «Soydaşlarımız olan Binyamin övladlarına qarşı bir daha döyüşə çıxaqmı, yoxsa bu işdən əl çəkək?» Rəbb dedi: «Çıxın, çünki sabah onları sizə təslim edəcəyəm».
29 So Israel set up an ambush around Gibeah.
İsraillilər pusquda duranları Giveanın ətrafında yerləşdirdilər.
30 On the third day the Israelites went up against the Benjamites and arrayed themselves against Gibeah as they had done before.
Üçüncü gün yenə İsrail övladları Binyamin övladlarına qarşı çıxdılar və əvvəlki kimi Giveaya qarşı düzüldülər.
31 The Benjamites came out against them and were drawn away from the city. They began to attack the people as before, killing about thirty men of Israel in the fields and on the roads, one of which led up to Bethel and the other to Gibeah.
Binyamin övladları da bu xalqa qarşı çıxdılar və şəhərdən kənara çəkildilər. Əvvəlki kimi onlar İsrailliləri qırmağa başladılar. Bet-Elə və Giveaya gedən əsas yollarda otuz nəfər İsrailli qırıldı.
32 “We are defeating them as before,” said the Benjamites. But the Israelites said, “Let us retreat and draw them away from the city onto the roads.”
Binyamin övladları dedilər: «Əvvəlki kimi onlar yenə də qarşımızda məğlub olur». İsrail övladları isə dedilər: «Qaçaq, onları şəhərdən uzağa əsas yollara çıxardaq».
33 So all the men of Israel got up from their places and arrayed themselves at Baal-tamar, and the Israelites in ambush charged from their positions west of Gibeah.
Bütün İsraillilər yerlərindən qalxıb Baal-Tamarda düzüldülər. Birdən-birə Givea yaxınlığında pusquda duran İsraillilər də yerlərindən çıxdılar.
34 Then 10,000 select men from all Israel made a frontal assault against Gibeah, and the battle was fierce. But the Benjamites did not realize that disaster was upon them.
Bütün İsraildən seçilmiş on min kişi Giveaya ön cəbhədən hücum etdi. Döyüş şiddətli idi. Amma Binyaminlilər müsibətlə qarşılaşdıqlarını bilmədilər.
35 The LORD defeated Benjamin in the presence of Israel, and on that day the Israelites slaughtered 25,100 Benjamites, all armed with swords.
Rəbb İsrailin önündə Binyaminliləri darmadağın etdi. Həmin gün İsrail övladları Binyaminlilərdən iyirmi beş min yüz kişini həlak etdi. Bunların hamısı qılınc gəzdirən adamlar idi.
36 Then the Benjamites realized they had been defeated. Now the men of Israel had retreated before Benjamin because they were relying on the ambush they had set against Gibeah.
Binyamin övladları gördülər ki, məğlub oldular. Belə oldu ki, İsraillilər Giveaya qarşı qurduqları pusquda duranlara güvəndiklərinə görə Binyaminlilərə meydan vermişdilər.
37 The men in ambush rushed suddenly against Gibeah; they advanced and put the whole city to the sword.
Pusquda duran adamlar cəld tərpənib Giveaya hücum etdilər və ətrafa yayılaraq bütün şəhəri qılıncdan keçirtdilər.
38 The men of Israel had arranged a signal with the men in ambush: When they sent up a great cloud of smoke from the city,
Şəhərdən qalxan böyük tüstü İsraillilərlə pusquda duranlar arasında təyin olunmuş işarə idi.
39 the men of Israel would turn in the battle. When the Benjamites had begun to strike them down, killing about thirty men of Israel, they said, “They are defeated before us as in the first battle.”
Bu işarəyə görə döyüş meydanındakı İsraillilər dönüb Binyaminlilərin üzərinə getməli idi. Binyaminlilər İsrailliləri qırmağa başladılar və otuz nəfərə qədər adamı öldürdülər. Ona görə də belə dedilər: «Yəqin əvvəlki döyüşdə olduğu kimi önümüzdə məğlub olurlar».
40 But when the column of smoke began to go up from the city, the Benjamites looked behind them and saw the whole city going up in smoke.
Lakin şəhərdən sütun kimi tüstü qalxmağa başlayanda Binyaminlilər arxaya baxıb bütün şəhərdən yanğının göyə yüksəldiyini gördülər.
41 Then the men of Israel turned back on them, and the men of Benjamin were terrified when they realized that disaster had come upon them.
İsraillilər dönüb onların üstünə gələndə Binyaminliləri dəhşət bürüdü, çünki fəlakətlə qarşılaşdıqlarını gördülər.
42 So they fled before the men of Israel toward the wilderness, but the battle overtook them, and the men coming out of the cities struck them down there.
Onlar İsraillilərin önündən geri çəkilib çölə tərəf qaçdılar, lakin döyüş oranı da bürüdü. Onları şəhərdən çıxanlar mühasirəyə alıb qırdılar.
43 They surrounded the Benjamites, pursued them, and easily overtook them in the vicinity of Gibeah on the east.
Binyaminliləri mühasirəyə alıb dayanmadan təqib edərək gündoğana tərəf Giveanın qarşısında onları əzdilər.
44 And 18,000 Benjamites fell, all men of valor.
Binyaminlilərdən on səkkiz min nəfər yerə sərildi. Bunların hamısı igid cəngavər idi.
45 Then the Benjamites turned and fled toward the wilderness to the rock of Rimmon, and Israel cut down 5,000 men on the roads. And they overtook them at Gidom and struck down 2,000 more.
Qalanları dönüb çölə tərəf, Rimmon qayasına qaçdılar. İsraillilər əsas yollar boyunca onlardan beş min kişini qırdılar. Sonra Gidoma qədər Binyaminlilərin ardınca düşüb daha iki minini qırdılar.
46 That day 25,000 Benjamite swordsmen fell, all men of valor.
Həmin gün qılınc gəzdirən iyirmi beş min Binyaminli qırıldı. Bunların hamısı igid cəngavər idi.
47 But 600 men turned and fled into the wilderness to the rock of Rimmon, where they stayed four months.
Altı yüz kişi isə dönüb çölə tərəf, Rimmon qayasına qaçdı və dörd ay orada qaldı.
48 And the men of Israel turned back against the other Benjamites and put to the sword all the cities, including the animals and everything else they found. And they burned down all the cities in their path.
İsraillilər Binyamin övladlarının torpaqlarına qayıdıb bütün şəhər sakinlərini və heyvanlarını, əllərinə nə keçdisə, hamısını qılıncdan keçirdilər. Sonra qarşılarına çıxan bütün şəhərlərə od vurdular.

< Judges 20 >