< Ezekiel 37 >

1 The hand of the LORD was upon me, and He brought me out by His Spirit and set me down in the middle of the valley, and it was full of bones.
Rəbbin əli üzərimdə idi. Rəbb Öz Ruhu ilə məni bayıra çıxarıb vadinin ortasına qoydu. Vadi sümüklərlə dolu idi.
2 He led me all around among them, and I saw a great many bones on the floor of the valley, and indeed, they were very dry.
O məni onların üstündə gəzdirib hər tərəfə apardı. Gördüm ki, vadinin üstündə saysız-hesabsız sümük var. Onlar bərk qurumuşdu.
3 Then He asked me, “Son of man, can these bones come to life?” “O Lord GOD,” I replied, “only You know.”
Rəbb mənə dedi: «Ey bəşər oğlu, bu sümüklər dirilə bilərmi?» Mən cavab verdim: «Ey Xudavənd Rəbb, bunu Sən bilirsən».
4 And He said to me, “Prophesy concerning these bones and tell them, ‘Dry bones, hear the word of the LORD!
O mənə dedi: «Bu sümüklər üçün peyğəmbərlik edib onlara söylə ki, ey quru sümüklər, Rəbbin sözünü eşidin.
5 This is what the Lord GOD says to these bones: I will cause breath to enter you, and you will come to life.
Xudavənd Rəbb bu sümüklərə belə deyir: “Mən sizin daxilinizə ruh qoyacağam və siz diriləcəksiniz.
6 I will attach tendons to you and make flesh grow upon you and cover you with skin. I will put breath within you so that you will come to life. Then you will know that I am the LORD.’”
Üstünüzə vətərlər qoyacaq, ət bitirəcək, sizi dəri ilə örtəcəyəm, daxilinizə ruh qoyacağam və siz diriləcəksiniz. Onda biləcəksiniz ki, Rəbb Mənəm”».
7 So I prophesied as I had been commanded. And as I prophesied, there was suddenly a noise, a rattling, and the bones came together, bone to bone.
Mənə əmr olunduğu kimi peyğəmbərlik etdim. Mən peyğəmbərlik edərkən bir gurultu qopdu, bir taqqıltı eşidildi. Sümüklər yaxınlaşdı, sümük sümüyə bitişdi.
8 As I looked on, tendons appeared on them, flesh grew, and skin covered them; but there was no breath in them.
Mən baxıb gördüm ki, onların üstünə vətərlər gəldi, ət bitdi, bunları isə dəri örtdü. Ancaq onlarda nəfəs yox idi.
9 Then He said to me, “Prophesy to the breath; prophesy, son of man, and tell the breath that this is what the Lord GOD says: Come from the four winds, O breath, and breathe into these slain, so that they may live!”
Rəbb mənə dedi: «Ey bəşər oğlu, nəfəs üçün peyğəmbərlik et, peyğəmbərlik edib nəfəsə söylə ki, Xudavənd Rəbb belə deyir: “Ey nəfəs, küləyin əsdiyi dörd səmtdən gəl, bu öldürülən adamların üzərinə üfür ki, dirilsinlər”».
10 So I prophesied as He had commanded me, and the breath entered them, and they came to life and stood on their feet—a vast army.
Mənə əmr olunduğu kimi peyğəmbərlik etdim. Nəfəs onların daxilinə girdi və onlar dirilib ayaq üstə qalxdı. Çox böyük bir kütlə yarandı.
11 Then He said to me, “Son of man, these bones are the whole house of Israel. Look, they are saying, ‘Our bones are dried up, and our hope has perished; we are cut off.’
Rəbb mənə dedi: «Ey bəşər oğlu, bu sümüklər bütün İsrail nəslinin rəmzidir. Onlar belə deyir: “Sümüklərimiz qurudu, ümidimiz yox oldu, işimiz bitdi”.
12 Therefore prophesy and tell them that this is what the Lord GOD says: ‘O My people, I will open your graves and bring you up from them, and I will bring you back to the land of Israel.
Buna görə də peyğəmbərlik edib onlara söylə ki, Xudavənd Rəbb belə deyir: “Ey xalqım, Mən qəbirlərinizi açıb sizi oradan çıxaracaq və İsrail torpağına gətirəcəyəm.
13 Then you, My people, will know that I am the LORD, when I open your graves and bring you up from them.
Ey xalqım, Mən qəbirlərinizi açanda, sizi qəbirlərinizdən çıxaranda biləcəksiniz ki, Rəbb Mənəm.
14 I will put My Spirit in you and you will live, and I will settle you in your own land. Then you will know that I, the LORD, have spoken, and I will do it, declares the LORD.’”
Mən daxilinizə Öz Ruhumu qoyacağam və siz diriləcəksiniz. Sizi öz torpağınıza yerləşdirəcəyəm. Onda biləcəksiniz ki, Mən Rəbb bunu söylədim və hökmən yerinə yetirəcəyəm” Rəbb belə bəyan edir».
15 Again the word of the LORD came to me, saying,
Mənə Rəbbin bu sözü nazil oldu:
16 “And you, son of man, take a single stick and write on it: ‘Belonging to Judah and to the Israelites associated with him.’ Then take another stick and write on it: ‘Belonging to Joseph—the stick of Ephraim—and to all the house of Israel associated with him.’
«Sən ey bəşər oğlu, əlinə bir əsa götür və onun üstünə “Yəhuda və müttəfiqləri olan İsrail övladları” sözlərini yaz. Sonra başqa bir əsa götür və onun üstünə “Yusif və müttəfiqləri olan bütün İsrail nəsli” sözlərini yaz. Bu, Efrayimin əsasıdır.
17 Then join them together into one stick, so that they become one in your hand.
Bu əsaları bir-birinin üstünə qoyaraq öz əlində birləşdir. Elə et ki, əlində bir əsa olsun.
18 When your people ask you, ‘Won’t you explain to us what you mean by these?’
Əgər sənin xalqına mənsub olanlar “Etdiklərinin mənası nədir, bizə bildirməzsən?” deyə soruşsa,
19 you are to tell them that this is what the Lord GOD says: ‘I will take the stick of Joseph, which is in the hand of Ephraim, and the tribes of Israel associated with him, and I will put them together with the stick of Judah. I will make them into a single stick, and they will become one in My hand.’
onlara söylə ki, Xudavənd Rəbb belə deyir: “Efrayimin əlindəki əsanı – Yusif və onun müttəfiqləri olan İsrail qəbilələrinin əsasını götürərək Yəhudanın əsası ilə birləşdirib bir əsa edəcəyəm. Onlar əlimdə bir olacaq.
20 When the sticks on which you write are in your hand and in full view of the people,
Üstünə yazı yazdığın əsaları onların görə biləcəyi şəkildə əlində tut.
21 you are to tell them that this is what the Lord GOD says: ‘I will take the Israelites out of the nations to which they have gone, and I will gather them from all around and bring them into their own land.
Sonra onlara söylə ki, Xudavənd Rəbb belə deyir: İsrail övladlarını yanlarına getdikləri millətlərin arasından götürəcək, onları hər yerdən toplayıb öz torpaqlarına qaytaracağam.
22 I will make them one nation in the land, on the mountains of Israel, and one king will rule over all of them. Then they will no longer be two nations and will never again be divided into two kingdoms.
Onları ölkədə, İsrail dağları üzərində vahid bir millət edəcəyəm. Hamısının vahid padşahı olacaq. Daha iki ayrı millət olmayacaq, iki padşahlığa bölünməyəcəklər.
23 They will no longer defile themselves with their idols or detestable images, or with any of their transgressions. I will save them from all their apostasies by which they sinned, and I will cleanse them. Then they will be My people, and I will be their God.
Artıq bütləri, iyrənc şeyləri və üsyanları ilə özlərini murdar etməyəcəklər. Onları yaşadıqları və içində günah etdikləri yerlərdən qurtarıb pak edəcəyəm. Onlar Mənim xalqım, Mən də onların Allahı olacağam.
24 My servant David will be king over them, and there will be one shepherd for all of them. They will follow My ordinances and keep and observe My statutes.
Qulum Davud onların padşahı olacaq, onların hamısına vahid çoban olacaq. Onlar Mənim hökmlərimə görə rəftar edəcək, qaydalarımı saxlayıb yerinə yetirəcək.
25 They will live in the land that I gave to My servant Jacob, where your fathers lived. They will live there forever with their children and grandchildren, and My servant David will be their prince forever.
Qulum Yaquba verdiyim, atalarının yaşadıqları ölkədə yaşayacaqlar, özləri, oğulları və nəvələri əbədi olaraq orada yaşayacaq. Qulum Davud da əbədi olaraq onların rəhbəri olacaq.
26 And I will make a covenant of peace with them; it will be an everlasting covenant. I will establish them and multiply them, and I will set My sanctuary among them forever.
Mən onlarla sülh əhdi bağlayacağam. Bu onlarla əbədi bir əhd olacaq. Onları orada yerləşdirəcək və saylarını çoxaldacağam. Müqəddəs məkanımı əbədi olaraq onların arasında quracağam.
27 My dwelling place will be with them; I will be their God, and they will be My people.
Mənim məskənim onların arasında olacaq. Mən onların Allahı, onlar da Mənim xalqım olacaq.
28 Then the nations will know that I the LORD sanctify Israel, when My sanctuary is among them forever.’”
Müqəddəs məkanım əbədi olaraq onların arasında yerləşəndə millətlər biləcək ki, İsraili təqdis edən Mən Rəbbəm”».

< Ezekiel 37 >