< 1 Chronicles 24 >

1 And the courses of the sons of Aaron [were these]. The sons of Aaron: Nadab and Abihu, Eleazar and Ithamar.
Harun nəslinin bölükləri bunlardır. Harunun oğulları: Nadav, Avihu, Eleazar və İtamar.
2 But Nadab and Abihu died before their father, and had no children: therefore Eleazar and Ithamar executed the priest’s office.
Ancaq Nadav və Avihu atalarından əvvəl öldü və oğulları da yox idi. Buna görə də Eleazar və İtamar kahin oldu.
3 And David with Zadok of the sons of Eleazar, and Ahimelech of the sons of Ithamar, divided them according to their ordering in their service.
Davud, Eleazar nəslindən Sadoq və İtamar nəslindən Aximelek onları xidmət işlərinə görə növbələrə ayırdı.
4 And there were more chief men found of the sons of Eleazar than of the sons of Ithamar; and [thus] were they divided: of the sons of Eleazar there were sixteen, heads of fathers’ houses; and of the sons of Ithamar, according to their fathers’ houses, eight.
Eleazar nəsli arasında İtamar nəslindən daha çox nəsil başçısı tapıldı. Onlar belə ayrıldı: Eleazar nəslindən nəsil başçısı on altı nəfər, İtamar nəslindən nəsil başçısı səkkiz nəfər.
5 Thus were they divided by lot, one sort with another; for there were princes of the sanctuary, and princes of God, both of the sons of Eleazar, and of the sons of Ithamar.
Beləcə onlar püşklə eyni qayda ilə ayrıldı, çünki həm Eleazar nəslindən, həm də İtamar nəslindən Müqəddəs yerdə və Allahın önündə durmaq üçün başçılar var idi.
6 And Shemaiah the son of Nethanel the scribe, who was of the Levites, wrote them in the presence of the king, and the princes, and Zadok the priest, and Ahimelech the son of Abiathar, and the heads of the fathers’ [houses] of the priests and of the Levites; one fathers’ house being taken for Eleazar, and one taken for Ithamar.
Padşahın, rəislərin, kahin Sadoqun, Evyatar oğlu Aximelekin, kahinlərin və Levililərin nəsil başçılarının önündə Levili mirzə Netanel oğlu Şemaya onları qeydə aldı. Bir nəsil Eleazar üçün, o biri İtamar üçün alındı.
7 Now the first lot came forth to Jehoiarib, the second to Jedaiah,
Birinci püşk Yehoyarivə, ikincisi Yedayaya,
8 the third to Harim, the fourth to Seorim,
üçüncüsü Xarimə, dördüncüsü Seorimə,
9 the fifth to Malchijah, the sixth to Mijamin,
beşincisi Malkiyaya, altıncısı Miyaminə,
10 the seventh to Hakkoz, the eighth to Abijah,
yeddincisi Haqqosa, səkkizincisi Aviyaya,
11 the ninth to Jeshua, the tenth to Shecaniah,
doqquzuncusu Yeşuaya, onuncusu Şekanyaya,
12 the eleventh to Eliashib, the twelfth to Jakim,
on birincisi Elyaşivə, on ikincisi Yaqimə,
13 the thirteenth to Huppah, the fourteenth to Jeshebeab,
on üçüncüsü Xuppaya, on dördüncüsü Yeşevaya,
14 the fifteenth to Bilgah, the sixteenth to Immer,
on beşincisi Bilqaya, on altıncısı İmmerə,
15 the seventeenth to Hezir, the eighteenth to Happizzez,
on yeddincisi Xezirə, on səkkizincisi Happissesə,
16 the nineteenth to Pethahiah, the twentieth to Jehezkel,
on doqquzuncusu Petahyaya, iyirmincisi Yezekelə,
17 the one and twentieth to Jachin, the two and twentieth to Gamul,
iyirmi birincisi Yakinə, iyirmi ikincisi Qamula,
18 the three and twentieth to Delaiah, the four and twentieth to Maaziah.
iyirmi üçüncüsü Delayaya, iyirmi dördüncüsü Maazyaya çıxdı.
19 This was the ordering of them in their service, to come into the house of Jehovah according to the ordinance [given] unto them by Aaron their father, as Jehovah, the God of Israel, had commanded him.
İsrailin Allahı Rəbbin əmr etdiyi kimi babaları Harunun vasitəsilə onlara verilən qaydalarına görə, Rəbbin məbədinə girmək üçün xidmət işinə görə növbələri belə idi.
20 And of the rest of the sons of Levi: of the sons of Amram, Shubael; of the sons of Shubael, Jehdeiah.
Levililərin qalan bölmələri bunlardır: Amramın nəslindən Şuvael, Şuvaelin nəslindən Yexdeya.
21 Of Rehabiah: of the sons of Rehabiah, Isshiah the chief.
Rexavyanın nəslindən ilk oğlu İşşiya.
22 Of the Izharites, Shelomoth; of the sons of Shelomoth, Jahath.
İsharın nəslindən Şelomot, Şelomotun nəslindən Yaxat.
23 And the sons [of Hebron]: Jeriah [the chief], Amariah the second, Jahaziel the third, Jekameam the fourth.
Xevronun oğulları: ilk oğlu Yeriya, ikincisi Amarya, üçüncüsü Yaxaziel, dördüncüsü Yeqameam.
24 The sons of Uzziel, Micah; of the sons of Micah, Shamir.
Uzzielin nəslindən Mikeya, Mikeyanın nəslindən Şamir.
25 The brother of Micah, Isshiah; of the sons of Isshiah, Zechariah.
Mikeyanın qardaşı İşşiya, İşşiyanın nəslindən Zəkəriyyə.
26 The sons of Merari: Mahli and Mushi; the sons of Jaaziah: Beno.
Merarinin oğulları: Maxli, Muşi, onun nəslindən Yaaziya.
27 The sons of Merari: of Jaaziah, Beno, and Shoham, and Zaccur, and Ibri.
Merari nəslindən olan Yaaziyanın oğulları: Şoham, Zakkur və İvri.
28 Of Mahli: Eleazar, who had no sons.
Maxlinin nəslindən Eleazar. Onun oğlu yox idi.
29 Of Kish; the sons of Kish: Jerahmeel.
Qişin nəslindən Yeraxmeel.
30 And the sons of Mushi: Mahli, and Eder, and Jerimoth. These were the sons of the Levites after their fathers’ houses.
Muşinin oğulları: Maxli, Eder və Yerimot. Bunlar nəsillərinə görə Levililərin bölükləridir.
31 These likewise cast lots even as their brethren the sons of Aaron in the presence of David the king, and Zadok, and Ahimelech, and the heads of the fathers’ [houses] of the priests and of the Levites; the fathers’ [houses] of the chief even as those of his younger brother.
Onlar da qohumları olan Harun nəsli kimi padşah Davudun, Sadoqun, Aximelekin, kahinlərin və Levililərin nəsil başçılarının önündə püşk atdılar. Böyük nəsil başçıları da, qohumları olan kiçik nəsil başçıları da eyni qayda ilə püşk atdılar.

< 1 Chronicles 24 >