< Ezekiel 28 >

1 The word of Jehovah came again to me, saying,
Mənə Rəbbin bu sözü nazil oldu:
2 Son of man, say to the ruler of Tyre, Thus says the lord Jehovah: Because thy heart is lifted up, and thou have said, I am a god. I sit in the seat of God, in the midst of the seas. Yet thou are man, and not God, though thou did set thy heart as the heart of God.
«Ey bəşər oğlu, Sur hökmdarına söylə ki, Xudavənd Rəbb belə deyir: “Sən qürurlandın və belə söylədin: ‹Mən Allaham, Dənizlərin qoynunda, Allahın taxtında otururam›. Ürəyində özünü Allah sandın, Ancaq sən Allah deyil, insansan.
3 Behold, thou are wiser than Daniel. There is no secret that is hidden from thee.
Bax sən Danieldən daha müdriksən, Heç kəs öz sirrini səndən gizlədə bilməz.
4 By thy wisdom and by thine understanding thou have gotten thee riches, and have gotten gold and silver into thy treasures.
Müdrikliyin və ağlınla özünə sərvət yığdın, Xəzinələrinə qızıl-gümüş topladın.
5 By thy great wisdom and by thy traffic thou have increased thy riches. And thy heart is lifted up because of thy riches.
Ticarətdə çox bacarıqlı olduğun üçün Öz sərvətini artırdın. Var-dövlətin çoxalanda Özünə qürrələndin”.
6 Therefore thus says the lord Jehovah: Because thou have set thy heart as the heart of God,
Buna görə də Xudavənd Rəbb belə deyir: “İndi ki ürəyində özünü Allah sandın,
7 therefore, behold, I will bring strangers upon thee, the terrible of the nations, and they shall draw their swords against the beauty of thy wisdom, and they shall defile thy brightness.
Mən də yadelliləri, ən rəhmsiz millətləri Üstünə göndərəcəyəm. Onlar sənin müdrikliyinin gözəlliyinə Qılınc çəkib Əzəmətini murdarlayacaq.
8 They shall bring thee down to the pit, and thou shall die the death of those who are slain, in the heart of the seas.
Səni məzara endirəcəklər. Sən dənizlərin qoynunda Dəhşətli bir ölümlə məhv olacaqsan.
9 Will thou yet say before him who slays thee, I am God? But thou are man, and not God, in the hand of him who wounds thee.
Səni öldürənlərə də ‹Mən Allaham› deyəcəksənmi? Səni öldürənlərin əlində Sən Allah deyil, insansan.
10 Thou shall die the death of the uncircumcised by the hand of strangers. For I have spoken it, says the lord Jehovah.
Yadellilərin əlində Sünnətsizlərin ölümü ilə öləcəksən”. Çünki Mən bunu söylədim, Xudavənd Rəbb belə bəyan edir».
11 Moreover the word of Jehovah came to me, saying,
Mənə yenə Xudavənd Rəbbin sözü nazil oldu: «Ey bəşər oğlu, Sur padşahı üçün mərsiyə oxuyub söylə ki, Xudavənd Rəbb belə deyir:
12 Son of man, take up a lamentation over the king of Tyre, and say to him, Thus says the lord Jehovah: Thou seal up the sum, full of wisdom, and perfect in beauty.
“Sən kamilliyin möhürüsən, Müdrikliyin bütöv, Gözəlliyin qüsursuz idi.
13 Thou were in Eden, the garden of God. Every precious stone was thy covering, the sardius, the topaz, and the diamond, the beryl, the onyx, and the jasper, the sapphire, the emerald, and the carbuncle, and gold. The workmanship of thy tambourine and of thy pipes was in thee. In the day that thou were created they were prepared.
Sən Allahın bağçası olan Eden bağında idin. Cürbəcür qiymətli daşlarla – Yaqut, topaz, almaz, Sarı yaqut, damarlı əqiq, yəşəm daşı, Göy yaqut, firuzə və zümrüdlə bəzənmişdin. Qaxma və oyma işlərin qızıldan idi. Bunlar yaradıldığın gün hazırlanmışdı.
14 Thou were the anointed cherub who covers. And I set thee, so that thou were upon the holy mountain of God. Thou have walked up and down in the midst of the stones of fire.
Sən məsh edilmiş, qoruyucu bir keruv idin. Səni bunun üçün qoymuşdum. Allahın müqəddəs dağının üstündə idin, Odlu daşlar arasında gəzirdin.
15 Thou were perfect in thy ways from the day that thou were created, till unrighteousness was found in thee.
Yaradıldığın gündən Səndə pislik tapılana qədər Yollarında qüsursuz idin.
16 By the abundance of thy commerce they filled the midst of thee with violence, and thou have sinned. Therefore I have cast thee out of the mountain of God as profane, and I have destroyed thee, O covering cherub, from the midst of the stones of fire.
Bol ticarətindən ötrü İçin zorakılıqla doldu, Sən günah etdin. Buna görə də səni murdar bir şey kimi Allahın dağından atdım, Odlu daşların arasından qovdum, Ey qoruyucu keruv!
17 Thy heart was lifted up because of thy beauty. Thou have corrupted thy wisdom because of thy brightness. I have cast thee to the ground. I have laid thee before kings, that they may behold thee.
Gözəl olduğun üçün ürəyin qürurlandı, Əzəmətinə görə müdrikliyini korladın. Beləcə səni yerə atdım, Padşahların önündə tamaşaya çevirdim.
18 By the multitude of thine iniquities, in the unrighteousness of thy commerce, thou have profaned thy sanctuaries. Therefore I have brought forth a fire from the midst of thee. It has devoured thee, and I have turned thee to ashes upon the earth in the sight of all those who behold thee.
Çoxlu təqsir etdiyin üçün, Ticarətdə əliəyriliyinə görə Müqəddəs məkanlarını murdarladın. Mən içindən bir od çıxardım ki, Səni yandırıb məhv etsin. Bütün seyr edənlərin gözü önündə Səni torpaq üstündə külə çevirdim.
19 All those who know thee among the peoples shall be astonished at thee. Thou have become a horror, and thou shall nevermore have any being.
Xalqlar arasında səni tanıyanlar Fəlakətinə heyrət etdi. Aqibətin dəhşətli oldu, Artıq salamat qalmayacaqsan”».
20 And the word of Jehovah came to me, saying,
Mənə Rəbbin bu sözü nazil oldu:
21 Son of man, set thy face toward Sidon, and prophesy against it,
«Ey bəşər oğlu, üzünü Sidona tərəf çevirib onun əleyhinə peyğəmbərlik edərək söylə ki,
22 and say, Thus says the lord Jehovah: Behold, I am against thee, O Sidon. And I will be glorified in the midst of thee. And they shall know that I am Jehovah, when I shall have executed judgments in her, and shall be sanctified in her.
Xudavənd Rəbb belə deyir: “Ey Sidon, Mən sənin əleyhinəyəm, Sənin içində izzət qazanacağam. Mən sakinlərini cəzalandırıb Onların arasında müqəddəs tutulanda Biləcəklər ki, Rəbb Mənəm.
23 For I will send pestilence into her, and blood into her streets. And the wounded shall fall in the midst of her, with the sword upon her on every side. And they shall know that I am Jehovah.
Əhalinin içinə vəba, Küçələrinə qan göndərəcəyəm. Hər tərəfdən onların üstünə gələn qılıncla Vurulub həlak olacaqlar. Onda biləcəklər ki, Rəbb Mənəm.
24 And there shall no more be a pricking brier to the house of Israel, nor a hurting thorn of any who are round about them, who did spite to them. And they shall know that I am the lord Jehovah.
İsrail nəslinin ətrafında olub onları təhqir edən heç bir xalq bir daha İsrail üçün batan tikan, sancan qanqal olmayacaq. Onda biləcəklər ki, Rəbb Mənəm”.
25 Thus says the lord Jehovah: When I shall have gathered the house of Israel from the peoples among whom they are scattered, and shall be sanctified in them in the sight of the nations, then they shall dwell in their own land which I gave to my servant Jacob.
Xudavənd Rəbb belə deyir: “İsrail xalqını aralarına səpələdiyim xalqların içindən yığanda, millətlərin gözü önündə müqəddəs tutulanda onlar qulum Yaquba verdiyim torpaqlarında sakin olacaq.
26 And they shall dwell securely therein. Yea, they shall build houses, and plant vineyards, and shall dwell securely, when I have executed judgments upon all those who do them spite round about them. And they shall know that I am Jehovah their God.
Orada asayiş içində yaşayacaq, evlər tikəcək və bağlar salacaqlar. Onları təhqir edən bütün ətraf xalqları cəzalandırdığım zaman asayiş içində yaşayacaqlar. Onda biləcəklər ki, Rəbb Mənəm”».

< Ezekiel 28 >