< 1 Kings 21 >

1 And it came to pass after these things, that Naboth the Jezreelite had a vineyard, which was in Jezreel, near by the palace of Ahab king of Samaria.
İzreeldə, Samariya padşahı Axavın sarayının yanında İzreelli Navotun bir üzüm bağı var idi.
2 And Ahab spoke to Naboth, saying, Give me thy vineyard that I may have it for a garden of herbs because it is near to my house. And I will give thee for it a better vineyard than it, or, if it seem good to thee, I will give thee the worth of it in money.
Bir müddət sonra Axav Navota dedi: «Üzüm bağını mənə ver ki, oranı özüm üçün bostan edim, çünki evimə yaxındır. Mən onun əvəzinə sənə daha yaxşı bağ verərəm ya da istəsən, onun dəyərini sənə pulla ödəyərəm».
3 And Naboth said to Ahab, Jehovah forbid it of me that I should give the inheritance of my fathers to thee.
Navot Axava dedi: «Qoy atalarımın mirasını sənə verməyi Rəbb məndən uzaq etsin!»
4 And Ahab came into his house heavy and displeased because of the word which Naboth the Jezreelite had spoken to him, for he had said, I will not give thee the inheritance of my fathers. And he laid himself down upon his bed, and turned away his face, and would eat no bread.
Axav evinə qaşqabaqlı və dilxor halda qayıtdı, çünki İzreelli Navot ona «atalarımın mirasını sənə vermərəm» demişdi. O, yatağı üzərinə uzanıb üzünü çevirdi və yemək yemədi.
5 But Jezebel his wife came to him, and said to him, Why is thy spirit so sad that thou eat no bread?
Arvadı İzevel yanına gəlib ona dedi: «Niyə qanın qaradır, heç yemək də yemirsən?»
6 And he said to her, Because I spoke to Naboth the Jezreelite, and said to him, Give me thy vineyard for money, or else, if it please thee, I will give thee another vineyard for it. And he answered, I will not give thee my vineyard.
O dedi: «Mən İzreelli Navota “üzüm bağını pulla mənə sat ya da istəsən, onun əvəzində sənə başqa üzüm bağı verərəm” söylədim, o isə dedi: “Üzüm bağımı sənə vermərəm”».
7 And Jezebel his wife said to him, Do thou now govern the kingdom of Israel? Arise, and eat bread, and let thy heart be merry. I will give thee the vineyard of Naboth the Jezreelite.
Arvadı İzevel ona dedi: «İndi İsrail üzərində padşahlıq edən sənsən ya yox? Qalx yemək ye, ürəyini sıxma. İzreelli Navotun üzüm bağını mən sənə verərəm».
8 So she wrote letters in Ahab's name, and sealed them with his seal, and sent the letters to the elders and to the nobles who were in his city, and who dwelt with Naboth.
O, Axavın adından məktublar yazdı və onları Axavın möhürü ilə möhürlədi. Navotun şəhərində onunla birgə yaşayan ağsaqqallara və əyanlara məktublar göndərdi.
9 And she wrote in the letters, saying, Proclaim a fast, and set Naboth on high among the people.
İzevel məktublarda belə yazdı: «Oruc elan edin və Navotu xalqın arasında yuxarı başda əyləşdirin.
10 And set two men, base fellows, before him, and let them bear witness against him, saying, Thou cursed God and the king. And then carry him out, and stone him to death.
İki nəfər yaramaz adamı onun qarşısında oturdun və onlar şahidlik edərək desinlər: “Sən Allahı və padşahı lənətlədin”. Sonra onu bayıra çıxarın və ölənə qədər daşqalaq edin».
11 And the men of his city, even the elders and the nobles who dwelt in his city, did as Jezebel had sent to them, according as it was written in the letters which she had sent to them.
Navotun yaşadığı şəhərin adamları – orada yaşayan ağsaqqallar və əyanlar İzevelin onlara göndərdiyi məktublarda yazdığı kimi etdilər.
12 They proclaimed a fast, and set Naboth on high among the people.
Onlar oruc elan etdilər və Navotu xalqın arasında yuxarı başda əyləşdirdilər.
13 And the two men, the base fellows, came in and sat before him. And the base fellows bore witness against him, even against Naboth, in the presence of the people, saying, Naboth cursed God and the king. Then they carried him forth out of the city, and stoned him to death with stones.
İki nəfər yaramaz adam gəlib onun qarşısında oturdu. Onlar xalqın önündə Navota qarşı «Navot Allahı və padşahı lənətlədi» deyə şahidlik etdilər. Sonra onu şəhərin kənarına çıxartdılar və daşqalaq edib öldürdülər.
14 Then they sent to Jezebel, saying, Naboth is stoned, and is dead.
Onlar İzevelə xəbər göndərib dedilər: «Navot daşqalaq olunaraq öldü».
15 And it came to pass, when Jezebel heard that Naboth was stoned, and was dead, that Jezebel said to Ahab, Arise, take possession of the vineyard of Naboth the Jezreelite, which he refused to give thee for money, for Naboth is not alive, but dead.
İzevel Navotun daşqalaq olunaraq öldüyünü eşidəndə Axava dedi: «Qalx İzreelli Navotun sənə pulla vermək istəmədiyi üzüm bağını özünə mülk götür, çünki Navot sağ deyil, ölüb».
16 And it came to pass, when Ahab heard that Naboth was dead, that Ahab rose up to go down to the vineyard of Naboth the Jezreelite to take possession of it.
Axav İzreelli Navotun öldüyünü eşidəndə onun üzüm bağını özünə mülk götürmək üçün oraya yollandı.
17 And the word of Jehovah came to Elijah the Tishbite, saying,
Tişbeli İlyasa Rəbbin bu sözü nazil oldu:
18 Arise, go down to meet Ahab king of Israel, who dwells in Samaria. Behold, he is in the vineyard of Naboth where he has gone down to take possession of it.
«Qalx Samariyada İsrailə padşahlıq edən Axavı qarşılamağa get. O, Navotun üzüm bağındadır. Axav onu mülk etmək üçün oraya yollandı.
19 And thou shall speak to him, saying, Thus says Jehovah, Have thou killed and also taken possession? And thou shall speak to him, saying, Thus says Jehovah, In the place where dogs licked the blood of Naboth shall dogs lick thy blood, even thine.
Sən ona söylə ki, Rəbb belə deyir: “Qatillik etdin, hələ özünə mülk də götürürsən?” Sonra ona söylə ki, Rəbb belə deyir: “Navotun qanını köpəklərin yaladıqları yerdə sənin də qanını köpəklər yalayacaq”».
20 And Ahab said to Elijah, Have thou found me, O my enemy? And he answered, I have found thee because thou have sold thyself to do that which is evil in the sight of Jehovah.
Axav İlyasa dedi: «Ey düşmənim, axır məni də tapdın». O dedi: «Bəli, səni də tapdım. Sən Rəbbin gözündə pis olan işlər etməyə özünü təslim etdin.
21 Behold, I will bring evil upon thee, and will utterly sweep thee away and will cut off from Ahab every man-child, and he who is shut up and he who is left at large in Israel.
“Budur, sənin üzərinə bəla gətirəcəyəm, səni yandırıb məhv edəcəyəm. İsraildə Axavın nəslindən divar isladan hər kəsi – bütün kişiləri, istər kölə olsun, istər azad, kəsib atacağam.
22 And I will make thy house like the house of Jeroboam the son of Nebat, and like the house of Baasha the son of Ahijah for the provocation with which thou have provoked me to anger, and have made Israel to sin.
Mən sənin evini Nevat oğlu Yarovamın evi kimi, Axiya oğlu Baaşanın evi kimi edəcəyəm. Çünki sən İsrailə günah etdirərək Məni qəzəbləndirdin”.
23 And Jehovah spoke also of Jezebel, saying, The dogs shall eat Jezebel by the rampart of Jezreel.
Rəbb İzevel barədə dedi: “İzreel divarının içərisində İzeveli köpəklər yeyəcək”.
24 He who dies of Ahab in the city the dogs shall eat, and he who dies in the field shall the birds of the heavens eat.
Axavın nəslindən şəhərdə öləni köpəklər, çöldə öləni isə quşlar yeyəcək».
25 (But there was none like Ahab, who sold himself to do that which was evil in the sight of Jehovah, whom Jezebel his wife stirred up.
Həqiqətən, Axav kimi Rəbbin gözündə pis olan işlər etməyə özünü təslim edən hələ olmamışdı. Arvadı İzevel onu buna təhrik edirdi.
26 And he did very abominably in following idols, according to all that the Amorites did whom Jehovah cast out before the sons of Israel.)
Axav İsrail övladlarının önündən Rəbbin qovduğu Emorlular kimi bütlərə xidmət edərək çox iyrənc işlər etdi.
27 And it came to pass, when Ahab heard those words, that he tore his clothes, and put sackcloth upon his flesh, and fasted, and lay in sackcloth, and went softly.
Axav bu sözləri eşidəndə libasını cırıb əyninə çul geydi. O, oruc tutub çulda yatdı və qüssəyə batdı.
28 And the word of Jehovah came to Elijah the Tishbite, saying,
Tişbeli İlyasa Rəbbin bu sözü nazil oldu:
29 See thou how Ahab humbles himself before me? Because he humbles himself before me, I will not bring the evil in his days, but in his son's days will I bring the evil upon his house.
«Gördünmü Axav Mənim önümdə özünü necə aşağı tutdu? Önümdə özünü aşağı tutduğu üçün Mən bu bəlanı onun dövründə göndərməyəcəyəm, oğlunun dövründə bu bəlanı onun evinə göndərəcəyəm».

< 1 Kings 21 >