< 1 Samuel 11 >
1 Nahash ja-Amon nodhi malo momonjo Jabesh Gilead. Eka joma chwo man Jabesh Gilead nowachone niya, “Tim winjruok kodwa to wabiro bedo wasumbini magi.”
Ammonlu Naxaş gəlib Yaveş-Gileada qarşı ordugah qurdu. Bütün Yaveş əhalisi Naxaşa dedi: «Bizimlə saziş bağla, biz də sənə qulluq edək».
2 To Nahash ja-Amon nodwoko niya, “Abiro timo winjruok kodu mana ka uyie ni agolo wengeu ma korachwich kuom ngʼato ka ngʼato mondo akuodgo wi Israel duto.”
Ammonlu Naxaş isə onlara dedi: «Bu şərtlə sizinlə razılığa gələrəm ki, hər birinizin sağ gözünü çıxarıb bütün İsraili rüsvay edim».
3 Eka jodong Jabesh nowachone niya, “Miwa ndalo abiriyo mondo waor joote e piny Israel duto kaonge ngʼama oyie biro konyowa to wabiro chiwore e lweti.”
Yaveş ağsaqqalları ona dedilər: «Bizə yeddi gün möhlət ver ki, İsrailin bütün ərazisinə qasidlər göndərək və əgər bizi heç kim xilas edə bilməsə, sənə təslim olarıq».
4 Kane joote otundo Gibea dalagi Saulo mi ginyiso ji wechego, giduto ne giywak matek.
Qasidlər Şaulun Givea şəhərinə gəldilər və xalq arasında bu sözləri car çəkdilər. Bütün xalq da şivən qoparıb ağladı.
5 E sechego noyudo Saulo duogo koa e puodho ka owuotho bangʼ rwethe eka nopenjo ni, Angʼo marach gi ji? Angʼo momiyo giywak? Eka negiwachone kendo weche mane jo-jabesh owacho.
Bu vaxt Şaul öküzlərin arxasınca tarladan gəlirdi. O dedi: «Xalqa nə olub ki, ağlayır?» Ona Yaveşlilərin sözünü çatdırdılar.
6 Kane Saulo owinjo wechegi, Roho mar Nyasaye nobiro kuome gi teko, mi iye nowangʼ ahinya.
Həmin sözləri eşidən zaman Allahın Ruhu Şaulun üstünə qüvvə ilə endi, qəzəbindən od tutub yandı.
7 Ne okawo rwedhi ariyo mag pur mi oyangʼo mi opogo ringʼo lemo lemo, eka nooro joote gi ringʼogi e piny Israel duto, kowacho niya, “Ma e gima ibiro timne rweth ngʼat modagi luwo bangʼ Saulo gi Samuel.” Eka luoro mar Jehova Nyasaye ne omako ji mine giwuok gi chuny achiel.
O, bir cüt öküzünü götürüb parça-parça doğradı və onları qasidlərin əli ilə bütün İsrail ərazisinə göndərib dedi: «Kim Şaulun və Şamuelin ardınca getməsə, bax öküzləri bu kökə salınacaq». Xalqın arasına Rəbbin xofu düşdü və hamı bir nəfər kimi ayağa qalxdı.
8 Kane Saulo okwanogi Bezek, jo-Israel ne oromo alufu mia adek to jo-Juda ne oromo alufu piero adek.
Şaul onları Bezeqdə saydı: İsrail övladları üç yüz min və Yəhuda adamları isə otuz min nəfər oldu.
9 Neginyiso joote mane obiro niya, “Wachneuru jo-Jabesh Gilead ni, ‘E sa ma chiengʼ oore, enoresu.’” Kane joote odwoko ne jo-Jabesh wachni negimor.
Gələn qasidlərə dedilər: «Yaveş-Gileadlılara belə deyərsiniz: “Sabah gün qızınca sizə qurtuluş olacaq”». Qasidlər gedib bunu Yaveşlilərə bildirdilər və onlar da sevindilər.
10 Eka neginyiso jo-Amon niya, “Kiny wanachiwre e lwetu kendo unutimnwa gima uneno ni bernu.”
Yaveşlilər Ammonlulara dedilər: «Sabah təslim olacağıq və bizimlə gözünüzdə xoş görünən kimi rəftar edin».
11 Kinyne Saulo nopogo joge e migepe adek; kane ochopo kogwen eka negidonjo e kambi mar jo-Amon mi ginegogi nyaka chiengʼ obet makech. Jogo mane otony ne oke maonge ji ariyo mane owe kawuotho kaachiel.
Ertəsi gün Şaul xalqı üç bölməyə ayırdı və səhər qarovulunda düşmən ordugahının içinə girərək gün qızana qədər Ammonluları qırdı. Qalanlar isə elə dağıldılar ki, onlardan iki nəfər bir yerdə qalmadı.
12 Eka ji nowachone Samuel niya, “Ngʼa gini mane penjo ni, ‘Bende Saulo dibed ruodhwa?’ Kelnwagi mondo waneg-gi.”
Xalq Şamuelə dedi: «“Şaulmu üzərimizdə padşah olacaq?” deyənlər kimlərdir? O adamları verin öldürək».
13 To Saulo nowacho niya, “Onge ngʼama inego kawuono nikech kawuono Jehova Nyasaye osereso Israel.”
Şaul isə dedi: «Bu gün heç kəs öldürülməyəcək, çünki Rəbb bu gün İsrailə qurtuluş verdi».
14 Eka Samuel ne owacho ne ji niya, “Biuru wadhi Gilgal kendo kuno wadhi guro loch Saulo.”
Şamuel xalqa dedi: «Gəlin Qilqala gedək və orada padşahlığı yenidən təsdiq edək».
15 Omiyo ji duto nodhi Gilgal kendo negiguro Saulo kaka ruoth e nyim Jehova Nyasaye. Kuno ne gichiwoe misengini mag lalruok e nyim Jehova Nyasaye, kendo Saulo kod Israel noloso budho malich ahinya.
Bütün xalq Qilqala getdi. Orada – Qilqalda Şaulu Rəbbin önündə padşah olaraq qəbul etdilər və sonra Rəbbin önündə ünsiyyət qurbanları kəsdilər. Bütün İsraillilər Şaulla birgə böyük bayram etdilər.