< Job 24 >
1 Hvorfor har ej den Almægtige opsparet Tider, hvi får de, som kender ham, ikke hans Dage at se?
Niyə Külli-İxtiyar hökm üçün zaman təyin etmir? Niyə Onu tanıyanlar hökm günlərini görmür?
2 De onde flytter Markskel, ranede Hjorde har de på Græs.
İnsanlar sərhəd daşlarını qaldırır, Sürüləri oğurlayıb otarır.
3 faderløses Æsel fører de bort, tager Enkens Okse som Borgen:
Yetimlərin eşşəyini əlindən alır, Dul qadının öküzünü girov götürür.
4 de trænger de fattige af Vejen. Landets arme må alle skjule sig.
Yoxsulları yoldan çıxarır, Ölkədəki fəqirlərin hamısı gizlənməyə məcbur olur.
5 Som vilde Æsler i Ørkenen går de ud til deres Gerning søgende efter Næring; Steppen er Brød for Børnene.
Baxın kasıblar vəhşi eşşəklər kimi Yemək tapmaq üçün ertədən işə çıxır, Övladları üçün çöldə çörək axtarır.
6 De høster på Marken om Natten, i Rigmandens Vingård sanker de efter.
Zəmilərdən yem yığırlar, Pislərin üzüm bağından üzüm qalıqlarını toplayırlar.
7 Om Natten ligger de nøgne, uden Klæder, uden Tæppe i Hulden.
Gecə paltarsız, çılpaq qalırlar, Soyuqda üstlərini örtməyə bir şey tapmırlar.
8 De vædes af Bjergenes Regnskyl, klamrer sig af Mangel på Ly til Klippen.
Dağlara yağan yağışdan islanırlar, Daldalanacaqları olmadığı üçün qayalara qısılırlar,
9 - Man river den faderløse fra Brystet, tager den armes Barn som Borgen.
Yetim uşağı döşdən ayırırlar, Fəqirin körpəsini girov alırlar.
10 Nøgne vandrer de, uden Klæder, sultne bærer de Neg;
Bu yazıqlar paltarsız, çılpaq dolanır, Qarınları acdır, amma taxıl dərzləri daşıyır.
11 mellem Murene presser de Olie. de træder Persen og tørster.
Pislərin çəpərləri arasında yağ üçün zeytun sıxırlar, Şərab üçün üzüm sıxırlar, Amma özləri susuzluqdan yanırlar.
12 De drives fra By og Hus, og Børnenes Hunger skriger. Men Gud, han ænser ej vrangt.
Şəhərlərdən insan nalələri ucalır, Canı yaralı olanlar fəryad qoparır, Amma Allah dualarını nəzərə almır.
13 Andre hører til Lysets Fjender, de kender ikke hans Veje og holder sig ej på hans Stier:
Elə insanlar var ki, işığa üsyan edir, Nurlu yolu tanımır, Onun dalınca getmir.
14 Før det lysner, står Morderen op, han myrder arm og fattig; om Natten sniger Tyven sig om;
Qatil gün batanda qalxır, Fəqiri, yoxsulu öldürür, Gecə oğrusuna bənzəyir.
15 Horkarlens Øje lurer på Skumring, han tænker: "Intet Øje kan se mig!" og skjuler sit Ansigt under en Maske.
Zinakarın gözü alaqaranlıqdadır, “Kimsə məni görməz” deyə düşünür, Üz-gözünü gizlədir.
16 I Mørke bryder de ind i Huse, de lukker sig inde om Dagen, thi ingen af dem vil vide af Lys.
Oğrular evləri qaranlıqda yarır, Gündüz gizlənir, işıq nədir, bilmir.
17 For dem er Mørket Morgen, thide er kendt med Mørkets Rædsler.
Çünki onların sabahı qatı qaranlıqdır, Zülmətin dəhşəti onların aşnasıdır.
18 Over Vandfladen jages han hen, hans Arvelod i Landet forbandes, han færdes ikke på Vejen til Vingården.
Amma onlar su üzərində köpüyə bənzər, Torpaqdan lənət payı alar, Üzüm bağlarına qayıtmazlar.
19 Som Tørke og Hede tager Snevand, så Dødsriget dem, der har syndet. (Sheol )
Necə ki quraqlıq və istilik qarı əridib udar, Ölülər diyarı da günahkarları elə götürüb aparar. (Sheol )
20 Han er glemt på sin Hjemstavns Torv, hans Storhed kommes ej mer i Hu, Uretten knækkes som Træet.
Onları ana bətni unudar, Qurdlar üçün ləziz yem olar, Bir də onları heç kim yada salmaz, Haqsızlıq bir ağac kimi sınar.
21 Han var ond mod den golde, der ikke fødte, mod Enken gjorde han ikke vel;
Çünki sonsuz qadınlara yamanlıq edərlər, Dul qadınlara yaxşılıq etməzlər.
22 dem, det gik skævt, rev han bort i sin Vælde. Han står op og er ikke tryg på sit Liv,
Allah isə qüdrəti ilə bu güclüləri dartıb yerə vurar, Onlar qalxsa belə, həyatlarından əmin olmazlar.
23 han styrtes uden Håb og Støtte, og på hans Veje er idel Nød.
Allah onlara izin verir ki, əmin-amanlıqda yaşasınlar, Amma onlar gedən yollara göz qoyur.
24 Hans Storhed er stakket, så er han ej mer, han bøjes og skrumper ind som Melde og skæres af som Aksenes Top.
Qısa müddətə ucalır, sonra da yox olurlar. Yıxılırlar, lap əvvəlkilər kimi götürülüb aparılırlar, Sünbül kimi dərilib yığılırlar.
25 Og hvis ikke - hvo gør mig til Løgner, hvo gør mine Ord til intet?
Əgər belə deyilsə, Yalançı olduğumu kim sübut edə bilər? Sözlərimin dəyərsiz olduğunu kim deyə bilər?»