< Salme 146 >
1 Halleluja! Pris HERREN, min Sjæl!
Rəbbə həmd edin! Ey könlüm, Rəbbə həmd et!
2 Jeg vil prise HERREN hele mit Liv, lovsynge min Gud, saa længe jeg lever.
Ömür boyu Rəbbə həmdlər söyləyəcəyəm, Allahımı nə qədər varam, tərənnüm edəcəyəm!
3 Sæt ikke eders Lid til Fyrster, til et Menneskebarn, der ikke kan hjælpe!
Əsilzadələrə, Sizi qurtara bilməyən bəşər oğluna güvənməyin.
4 Hans Aand gaar bort, han bliver til Jord igen, hans Raad er bristet samme Dag.
Onlar canı çıxan kimi torpağa düşər, Niyyətləri bircə anda yox olar.
5 Salig den, hvis Hjælp er Jakobs Gud, hvis Haab staar til HERREN hans Gud,
Nə bəxtiyardır Yaqubun Allahından kömək alan, Yalnız Allahı Rəbbə ümid bağlayan insan!
6 som skabte Himmel og Jord, Havet og alt, hvad de rummer, som evigt bevarer sin Trofasthed
Odur göyləri, yeri, dənizi, dənizdəkiləri yaradan, Odur əbədi sadiq qalan.
7 og skaffer de undertrykte Ret, som giver de sultne Brød! HERREN løser de fangne,
O, miskinlərə haqq qazandırır, O, acları azuqə ilə doydurur. Rəbb əsirləri azad edir,
8 HERREN aabner de blindes Øjne, HERREN rejser de bøjede, HERREN elsker de retfærdige,
Rəbb kor gözləri açır. Rəbb qəddi əyilənləri düzəldir, Rəbb salehləri sevir.
9 HERREN vogter de fremmede, opholder faderløse og Enker, men gudløses Vej gør han kroget.
Rəbb qəriblərə dayaq olur, Yetimi, dul qadını ayağa qaldırır, Pislərinsə yollarını dolaşdırır.
10 HERREN er Konge for evigt, din Gud, o Zion, fra Slægt til Slægt. Halleluja!
Rəbb əbədi hökmranlıq edir, Ey Sion, Allahın nəsillər boyu hökm verir! Rəbbə həmd edin!