< Dommer 12 >

1 Derpaa stævnedes Efraimiterne sammen, og de drog nordpaa; og de sagde til Jefta: »Hvorfor drog du i Kamp mod Ammoniterne uden at opfordre os til at gaa med? Nu brænder vi Huset af over Hovedet paa dig!«
Efrayimlilər yığılaraq Safona gedib İftaha dedilər: «Sən nəyə görə Ammon övladları ilə döyüşə çıxıb bizi özünlə getməyə çağırmadın? Buna görə biz səni də, evini də yandıracağıq».
2 Men Jefta svarede dem: »Jeg og mit Folk var i Krig, og Ammoniterne trængte os haardt; da sendte jeg Bud efter eder, men I hjalp mig ikke imod dem;
İftah onlara dedi: «Mən və xalqım Ammon övladları ilə ağır döyüşdə olan vaxt sizi köməyə çağırdım, lakin siz gəlib məni onların əlindən qurtarmadınız.
3 og da jeg saa, at ingen kom mig til Hjælp, vovede jeg Livet og drog mod Ammoniterne, og HERREN gav dem i min Haand. Hvorfor drager I da nu i Kamp imod mig?«
Mən də gördüm ki, siz məni qurtarmırsınız, onda həyatımı təhlükəyə atıb Ammon övladlarına qarşı özüm hücuma keçdim və Rəbb onları mənə təslim etdi. Nə üçün bu gün mənimlə davaya çıxmısınız?»
4 Derpaa samlede Jefta alle Gileads Mænd og angreb Efraimiterne; og Gileads Mænd slog Efraimiterne.
İftah bütün Gileadlıları toplayıb Efrayimlilərlə döyüşdü və Gileadlılar Efrayimliləri qırdılar, çünki Efrayimlilər belə demişdilər: «Ey Efrayimlə Menaşşe arasında yaşayan Gileadlılar, siz Efrayimdən qaçan fərarilərsiniz!»
5 Og Gileaditerne afskar Efraimiterne fra Jordans Vadesteder. Hver Gang saa en af de efraimitiske Flygtninge sagde: »Lad mig komme over!« spurgte Gileads Mænd: »Er du Efraimit?« Og naar han svarede: »Nej!«
Gileadlılar Efrayimin qarşısındakı İordan çayının keçidlərini tutdular. Əgər qaçıb qurtulmaq istəyən Efrayimlilərdən biri gəlib «qoy çayı keçim» deyərdisə, Gileadlılar ondan «sən Efrayimlisənmi?» deyə soruşardılar. O «xeyr» desəydi,
6 sagde de til ham: »Sig Sjibbolet!« Og naar han da sagde Sibbolet, fordi han ikke kunde udtale Ordet rigtigt, greb de ham og huggede ham ned ved Jordans Vadesteder. Ved den Lejlighed faldt 42 000 Efraimiter.
o zaman ona «bir “şibbolet” de görək» deyərdilər. O da kəlməni doğru söyləyə bilməyib «sibbolet» deyərdi. Onda Gileadlılar onu tutub İordan çayının keçidlərində öldürərdi. Həmin dövrdə Efrayimlilərdən qırx iki min nəfər qırıldı.
7 Jefta var Dommer i Israel i seks Aar. Saa døde Gileaditen Jefta og blev jordet i sin By i Gilead.
İftah altı il İsraildə hakimlik etdi. Sonra Gileadlı İftah öldü və Gileadın bir şəhərində dəfn olundu.
8 Efter ham var Ibzan fra Betlehem Dommer i Israel.
Ondan sonra Bet-Lexemli İvsan İsraildə hakimlik etdi.
9 Han havde tredive Sønner; tredive Døtre giftede han bort, og tredive Svigerdøtre hjemførte han til sine Sønner.
Onun otuz oğlu və otuz qızı var idi. Qızlarını başqa nəsillərə ərə vermiş, oğullarına isə başqa nəsillərdən otuz gəlin gətirmişdi. İvsan İsraildə yeddi il hakimlik etdi.
10 Han var Dommer i Israel i syv Aar. Saa døde Ibzan og blev jordet i Betlehem.
Sonra İvsan öldü və Bet-Lexemdə dəfn olundu.
11 Efter ham var Zebuloniten Elon Dommer i Israel. Han var Dommer i Israel i ti Aar.
Ondan sonra Zevulunlu Elon on il İsraildə hakimlik etdi.
12 Saa døde Zebuloniten Elon og blev jordet i Ajjalon i Zebulons Land.
Zevulunlu Elon da öldü və Zevulun torpağında, Ayyalonda dəfn olundu.
13 Efter ham var Abdon, Hillels Søn, fra Pir'aton Dommer i Israel.
Ondan sonra Piratonlu Hillel oğlu Avdon İsraildə hakimlik etdi.
14 Han havde fyrretyve Sønner og tredive Sønnesønner, som red paa halvfjerdsindstyve Æsler. Han var Dommer i Israel i otte Aar.
Onun yetmiş sıpaya minən qırx oğlu ilə otuz nəvəsi var idi və o, səkkiz il İsraildə hakimlik etdi.
15 Saa døde Abdon, Hillels Søn, fra Pir'aton og blev jordet i Pir'aton i Efraims Land paa Amalekiterbjerget.
Piratonlu Hillel oğlu Avdon da öldü və Amaleqlilərin dağlıq bölgəsindəki Efrayim torpağında – Piratonda dəfn olundu.

< Dommer 12 >