< Jonas 3 >
1 Men HERRENS Ord kom for anden Gang til Jonas saaledes:
Rəbbin sözü Yunusa ikinci dəfə nazil oldu:
2 »Staa op og gaa til Nineve, den store Stad, og udraab over den, hvad jeg tilsiger dig!«
«Qalx, Ninevaya – o böyük şəhərə get və sənə söyləyəcəyim sözləri onlara car çək».
3 Saa stod Jonas op og gik til Nineve efter HERRENS Ord. Men Nineve var selv for Gud en stor By, tre Dagsrejser stor.
Yunus Rəbbin sözünə görə qalxıb Ninevaya getdi. Nineva Allahın nəzərində böyük şəhər idi. Oranı üç günə gəzib-dolaşmaq olardı.
4 Da nu Jonas var gaaet den første Dagsrejse ind i Byen, raabte han: »Om fyrretyve Dage skal Nineve styrtes i Grus!«
Yunus şəhəri gəzməyə başlayıb bir günlük yol getdi və car çəkərək dedi: «Qırx gündən sonra Nineva dağılacaq!»
5 Da troede Folkene i Nineve paa Gud, og de udraabte en Faste og klædte sig i Sæk, baade store og smaa;
Ninevalılar Allaha inandılar, oruc elan edərək böyükdən kiçiyə qədər hamı çul geyindi.
6 og da Sagen kom Nineves Konge for Øre, stod han op fra sin Trone, tog Kappen af, klædte sig i Sæk og satte sig i Støvet,
Bu xəbər Nineva padşahına çatanda o, taxtından qalxaraq şahlıq libasını əynindən çıxartdı və çul geyinib külün üstündə oturdu.
7 og han lod udraabe i Nineve: »Kongen og hans Stormænd gør vitterligt: Hverken Folk eller Fæ, Hornkvæg eller Smaakvæg, maa nyde noget, græsse eller drikke Vand;
Padşah özünün və əyanlarının adından buyurdu ki, Ninevada elan edib desinlər: «Nə insanlar, nə heyvanlar, nə mal-qara, nə də ki qoyun-keçi heç nə yeməsin, otlağa getməsin və su içməsin.
8 men Folk og Fæ skal klædes i Sæk og opløfte et vældigt Skrig til Gud og omvende sig, hver fra sin onde Vej og den Uret, som hænger ved deres Hænder.
İnsanlar da, heyvanlar da çul geyinsin və var gücləri ilə Allaha fəryad etsin. Hər kəs öz pis yolundan və əllərinin zorakılığından dönsün.
9 Maaske vil Gud da angre og holde sin glødende Vrede tilbage, saa vi ikke omkommer.«
Kim bilir, bəlkə Allah rəhmə gəlib, qızğın qəzəbini bizdən döndərər və biz məhv olmarıq».
10 Da Gud saa, hvad de gjorde, hvorledes de omvendte sig fra deres onde Vej, angrede han den Ulykke, han havde truet med at føre over dem, og gjorde ikke Alvor deraf.
Allah onların işlərini, pis yoldan döndüklərini gördü. Ona görə də rəhm edib əvvəlcə onların üstünə göndərmək istədiyi bəlanı göndərmədi.