< Jeremias 35 >
1 Det Ord, som kom til Jeremias fra HERREN i Josias's Søn Kong Jojakim af Judas Dage:
Yəhuda padşahı Yoşiya oğlu Yehoyaqimin dövründə Rəbdən Yeremyaya bu söz nazil oldu:
2 »Gaa hen til Rekabiternes Hus og tal dem til, bring dem til et af Kamrene i HERRENS Hus og giv dem Vin at drikke!«
«Rekavlıların evinə gedib onlarla danış. Onları Rəbbin məbədinin otaqlarından birinə aparıb içməyə şərab ver».
3 Saa hentede jeg Ja'azanja, en Søn af Jirmeja, Habazzinjas Søn, og hans Brødre og alle hans Sønner og hele Rekabiternes Hus
Bunun üçün Xavassinya oğlu Yeremya oğlu Yaazanyanı, onun qardaşlarını, bütün övladlarını və Rekav ailəsinin o biri üzvlərini yanıma alıb
4 og bragte dem til HERRENS Hus, til den Guds Mand Hanans, Jigdaljahus Søns, Sønners Kammer ved Siden af Fyrsternes Kammer oven over Dørvogteren Ma'asejas, Sjallums Søns, Kammer.
Allah adamı İqdalya oğlu Xananın oğullarının Rəbbin məbədindəki otağına apardım. Bu otaq astana keşikçisi Şallum oğlu Maaseyanın otağı üzərindəki başçılar otağının yanında idi.
5 Og jeg satte Krukker, som var fulde af Vin, og Bægre for dem og sagde: »Drik!«
Mən Rekav ailəsinin üzvlərinin qabağına şərab dolu camlar və kasalar qoyaraq «buyurun, şərab için» dedim.
6 Men de svarede: »Vi drikker ikke Vin, thi vor Fader Jonadab, Rekabs Søn, gav os det Bud: I og eders Børn maa aldrig drikke Vin,
Lakin onlar dedi: «Biz şərab içmirik. Çünki atamız Rekav oğlu Yehonadav bizə belə əmr etdi: “Siz və nəsliniz heç vaxt şərab içməyin!
7 ej heller bygge Huse eller saa Korn eller plante eller eje Vingaarde, men I skal bo i Telte hele eders Liv, for at I maa leve længe i det Land, I bor i som fremmede.
Özünüz üçün ev tikməyin, toxum əkməyin, bağ salmayın. Bu şeyləri almayın, etməyin, ömrünüz boyu çadırlarda yaşayın. Belə etsəniz, köç etdiyiniz torpaqlarda uzun müddət yaşayarsınız”.
8 Og vi har adlydt vor Fader Jonadab, Rekabs Søn, i alt, hvad han bød os, idet baade vi, vore Kvinder, Sønner og Døtre hele vort Liv afholder os fra at drikke Vin,
Atamız Rekav oğlu Yehonadavın bizə əmr etdiyi hər şeyə qulaq asdıq. Nə biz, nə arvadlarımız, nə də oğul-qızlarımız heç vaxt şərab içmədik.
9 bygge Huse at bo i og eje Vingaarde, Marker eller Sæd,
İçində yaşamaq üçün evlər tikmədik, bağlar, tarlalar və əkinlər salmadıq.
10 men bor i Telte; vi har adlydt og nøje gjort, som vor Fader Jonadab bød os.
Çadırlarda yaşadıq. Atamız Yehonadav nə əmr etdisə, hamısına qulaq asıb əməl etdik.
11 Men da Kong Nebukadrezar af Babel faldt ind i Landet, sagde vi: Kom, lad os ty til Jerusalem for Kaldæernes og Aramæernes Hære! Og vi slog os ned i Jerusalem.«
Amma Babil padşahı Navuxodonosor bu ölkəyə hücum edən zaman “gəlin Xaldey və Aram ordusundan qaçmaq üçün Yerusəlimə gedək” dedik. Buna görə də Yerusəlimdə qalırıq».
12 Da kom HERRENS Ord til mig saaledes:
Bundan sonra Yeremyaya Rəbbin bu sözü nazil oldu:
13 Saa siger Hærskarers HERRE, Israels Gud: Gaa hen og sig til Judas Mænd og Jerusalems Borgere: Vil I ikke tage ved Lære og høre mine Ord? lyder det fra HERREN.
«İsrailin Allahı olan Ordular Rəbbi deyir ki, get Yəhuda adamlarına və Yerusəlimdə yaşayanlara bunları söylə: “Siz heç bir dərs almayacaq, sözlərimə qulaq asmayacaqsınız?” Rəbb belə bəyan edir.
14 Jonadabs, Rekabs Søns, Bud er blevet overholdt; thi han forbød sine Sønner at drikke Vin, og de har ikke drukket Vin til den Dag i Dag, men adlydt deres Faders Bud; men jeg har talet til eder aarle og silde, uden at I vilde høre mig.
“Rekav oğlu Yehonadav öz nəslinə şərab içməmələrini əmr etdi, nəsli də onun əmrinə əməl etdi və bu günə qədər də şərab içmirlər. Çünki atalarının əmrinə qulaq asdılar. Mən isə sizinlə dəfələrlə danışdığım halda Mənə qulaq asmadınız.
15 Jeg sendte alle mine Tjenere Profeterne til eder aarle og silde, for at de skulde sige: »Omvend eder hver fra sin onde Vej, gør gode Gerninger og hold eder ikke til andre Guder, saa I dyrker dem; saa skal I bo i det Land, jeg gav eder og eders Fædre.« Men I bøjede ikke eders Øre og hørte mig ikke.
Öz qullarım olan peyğəmbərləri dəfələrlə sizin yanınıza göndərdim. Onlar sizə dedi: ‹İndi hər biriniz öz pis yolunuzdan dönün, əməllərinizi islah edin, başqa allahların tərəfdarı olaraq onlara qulluq etməyin. Onda sizə və atalarınıza verdiyim ölkədə yaşayacaqsınız›. Amma Məni eşitməyib qulaq asmadınız.
16 Fordi Jonadabs, Rekabs Søns, Sønner overholdt deres Faders Bud, medens dette Folk ikke vilde høre mig,
Rekav oğlu Yehonadavın övladları atalarının əmr etdiyinə əməl etdi, amma bu xalq Mənə qulaq asmadı”.
17 derfor, saa siger HERREN, Hærskarers Gud, Israels Gud: Se, jeg bringer over Juda og Jerusalems Borgere al den Ulykke, jeg har truet dem med, fordi de ikke hørte, da jeg talede, og ikke svarede, da jeg kaldte ad dem.
Buna görə də İsrailin Allahı olan Ordular Allahı Rəbb belə deyir: “Mən söylədiyim bütün fəlakətləri Yəhuda və Yerusəlimdə yaşayan hər kəsin başına gətirəcəyəm. Çünki onlara xəbərdarlıq etdim, qulaq asmadılar, onları çağırdım, cavab vermədilər”».
18 Men til Rekabiternes Hus sagde Jeremias: Saa siger Hærskarers HERRE, Israels Gud: Fordi I har adlydt eders Fader Jonadabs Bud og overholdt alle hans Bud og gjort alt, hvad han bød eder,
Yeremya Rekav nəslinə dedi: «İsrailin Allahı olan Ordular Rəbbi belə deyir: “Siz atanız Yehonadavın əmrinə qulaq asdınız, onun bütün əmrlərinə əməl etdiniz, sizə əmr etdiyi hər şeyi yerinə yetirdiniz”.
19 derfor, saa siger Hærskarers HERRE, Israels Gud: Ingen Sinde skal Jonadab, Rekabs Søn, fattes en Mand til at staa for mit Aasyn.
Buna görə də İsrailin Allahı olan Ordular Rəbbi belə deyir: “Rekav oğlu Yehonadavın nəslindən Mənə xidmət edən bir adam heç vaxt əskik olmayacaq”».