< Esajas 46 >
1 I Knæ er Bel, og Nebo er bøjet, deres Billeder gives til Dyr og Fæ, de læsses som Byrde paa trætte Dyr.
«Bel allahı diz çökdü, Nevo allahı əyildi, Babilin bütləri heyvanlara, öküzlərə yükləndi, Daşınan əşyalar heyvanlara ağır yük oldu.
2 De bøjes, i Knæ er de alle, de kan ikke frelse Byrden, og selv maa de vandre i Fangenskab.
Onlar birgə əyildilər, diz çökdülər, Yük oldular, bundan qurtula bilməyib əsirliyə aparıldılar.
3 Hør mig, du Jakobs Hus, al Resten af Israels Hus, løftet fra Moders Liv, baaret fra Moders Skød.
Qulaq asın Mənə, ey Yaqub nəsli, Ey bütün İsrail nəslinin sağ qalanları! Anadan olandan sizi aparıram, Bətndən çıxandan sizi daşıyıram.
4 Til Alderdommen er jeg den samme, jeg bærer jer, til Haarene graaner; ret som jeg bar, vil jeg bære, jeg, jeg vil bære og redde.
Siz qocalanacan Mən Oyam, Saçlarınıza dən düşənəcən Mən sizi aparacağam, Sizi Mən yaratdım, Mən daşıyacağam. Bəli, Mən sizi aparacağam və xilas edəcəyəm.
5 Med hvem vil I jævnstille, ligne mig, hvem vil I gøre til min Lige?
Məni kimə bənzədəcəksiniz, kimə oxşadacaqsınız, Kiminlə müqayisə edəcəksiniz ki, biz oxşar olaq?
6 De øser Guld af Pung, Sølv faar de vejet paa Vægt, de lejer en Guldsmed, som gør det til en Gud, de bøjer sig, kaster sig ned;
Kimsə pul kisəsindən qızıl çıxarır, Tərəzidə gümüş çəkir, Bu puldan zərgərə büt düzəltdirir, Sonra önündə yerə sərilib səcdə edir!
7 de løfter den paa Skuldren og bærer den, sætter den paa Plads, og den staar, den rører sig ikke af Stedet; raaber de til den, svarer den ikke, den frelser dem ikke i Nød.
Onu çiyinlərinə yükləyib daşıyırlar, yerinə qoyurlar. Beləcə büt durur, yerindən tərpənmir. Ona yalvarırlar, o cavab vermir, Heç bir bəladan qurtarmır.
8 Kom dette i Hu, lad jer raade, I frafaldne, læg jer det paa Sinde!
Ey üsyankar insanlar, bunu xatırlayın, Mərd olun, yadınızdan çıxarmayın!
9 Kom i Hu, hvad er forudsagt før, thi Gud er jeg, ellers ingen, ja Gud, der er ingen som jeg,
Qədimdən bəri olan hadisələri xatırlayın, Çünki Allah Mənəm, başqası yoxdur, Mənəm Allah, Mənə bənzəri yoxdur!
10 der forud forkyndte Enden, tilforn, hvad der ikke var sket, som sagde: »Mit Raad staar fast, jeg fuldbyrder al min Vilje, «
Axırı əvvəldən, Baş verməmiş hadisələri əzəldən bildirən, “Niyyətim baş tutacaq, İstədiyim hər şeyi edəcəyəm” deyən Mənəm.
11 som fra Øst kalder Ørnen hid, fra det fjerne mit Raads Fuldbyrder. Jeg taled og lader det ske, udtænkte og fuldbyrder det.
Şərqdən bir yırtıcı quşu, Uzaq diyardan niyyətimi yerinə yetirən adamı çağıran Mənəm. Mən bunları dedim, Mütləq yerinə yetirəcəyəm, Mən niyyət etmişəm, bunu icra edəcəyəm.
12 Hør paa mig, I modløse, som tror, at Retten er fjern:
Ey salehlikdən uzaq olan dikbaş insanlar! Məni dinləyin!
13 Jeg bringer min Ret, den er ej fjern, min Frelse tøver ikke; jeg giver Frelse paa Zion, min Herlighed giver jeg Israel.
Salehliyiniz yaxındır, uzaq deyil, Qurtuluşum ləngiməyəcək. Siona xilası, İsrailə izzətimi bəxş edəcəyəm.