< Esajas 19 >

1 Et Udsagn om Ægypten. Se, HERREN farer paa letten Sky og kommer til Ægypten; Ægyptens Guder bæver for ham, Ægyptens Hjerte smelter i Brystet.
Misir barədə xəbərdarlıq: Budur, Rəbb sürətlə gedən buludun üstünə minib Misirə gəlir. Misir bütləri Onun qarşısında titrəyir, Misirlilərin ürəkləri qorxudan əriyir.
2 Jeg hidser Ægypten mod Ægypten, saa de kæmper Broder mod Broder, Ven mod Ven, By mod By, Rige mod Rige.
Rəbb deyir: «Mən Misirliləri Misirlilərə qarşı qaldıracağam, Qardaş qardaşla, qonşu qonşu ilə, Şəhər şəhərlə, ölkə ölkə ilə vuruşacaq.
3 Ægyptens Forstand staar stille, dets Raad gør jeg til intet, saa de søger Guder og Manere, Genfærd og Aander.
Misirlilərin ruhu qırılacaq, niyyətlərini boşa çıxaracağam. Onlar bütlərdən, ölü ruhlarından, cindarlardan, Ruhçağıranlardan məsləhət istəyəcək.
4 Jeg giver Ægypten hen i en haardhjertet Herres Haand, en Voldskonge bliver deres Hersker, saa lyder det fra Herren, Hærskarers HERRE.
Misirliləri qəddar bir sahibə təslim edəcəyəm, Qüvvətli padşah üzərlərində hökm sürəcək». Sahibimiz, Ordular Rəbbi belə bəyan edir.
5 Vandet i Floden svinder, Strømmen bliver sid og tør;
Nilin suları azalacaq, Çay çəkilib quruyacaq.
6 Strømmene udspreder Stank, Ægyptens Floder svinder og tørres; Rør og Siv visner hen,
Çaylar iylənəcək, Misirin arxları boşalıb quruyacaq, Qamışlar və qarğılar çürüyəcək.
7 alt Græsset ved Nilbredden dør, al Sæd ved Nilen hentørres, svinder og er ikke mere.
Nil kənarında, çayın qırağındakı qarğılar, Nil boyunca əkilmiş zəmilər quruyacaq, sovrulub yox olacaq.
8 Fiskerne sukker og sørger, alle, som meder i Nilen; de, som, sætter Garn i Vandet, gribes af Modløshed.
Balıqçılar, Nilə tilov atanların hamısı ağlayaraq yas tutacaq, Nilə tilov atanların hamısı ağlayacaq, Suya tor salanlar kədərlənəcək.
9 Til Skamme er de, som væver Linned, Heglersker og de, som væver Byssus;
İncə kətan üzərində işləyənlər, Ağ bez toxuyanlar ümidlərini itirəcək.
10 Spinderne er sønderknust, hver Daglejer sørger bittert.
Misirin sütunları qırılacaq, Bütün muzdlu işçilər ruhdan düşəcək.
11 Kun Daarer er Zoans Øverster, Faraos viseste Raadmænd saa dumt et Raad. Hvor kan I sige til Farao: »Jeg er en Ætling af Vismænd, Ætling af Fortidens Konger?«
Soan şəhərinin başçıları necə də axmaqdır! Fironun hikmətli vəzirləri ağılsız məsləhətlər verir. Onlar firona necə: «Mən müdriklərin, Qədim padşahların nəslindənəm!» deyə bilər?
12 Ja, hvor er nu dine Vismænd? Lad dem dog kundgøre dig og lade dig vide, hvad Hærskarers HERRE har for mod Ægypten!
Ey firon, sənin hikmətli vəzirlərin indi haradadır? Qoy sənə bildirsinlər Ordular Rəbbi Misirə qarşı nə hazırlayıb.
13 Zoans Fyrster blev Daarer, Fyrster i Nof blev Taaber. Ægypten er bragt til at rave af Stammernes Hjørnesten.
Soan başçıları axmaq oldu, Nof rəisləri aldandı, Misir qəbilələrinin başçıları Misiri yoldan azdırdı.
14 I dets Indre har HERREN udgydt Svimmelheds Aand; Ægypten fik de til at rave i al dets Id, som den drukne raver i sit Spy.
Rəbb onların ağlını çaşdırdı. Necə ki sərxoş adam öz qusduğunun ətrafında səndələyirsə, Misir də öz əməllərində belə dolaşır.
15 For Ægypten lykkes intet, hverken for Hoved eller Hale, Palme eller Siv.
Misirdə heç kim heç bir iş görə bilməyəcək: Nə baş, nə quyruq və nə xurma budağı, nə də qamış.
16 Paa hin Dag skal Ægypten blive som Kvinder; det skal ængstes og grue for Hærskarers HERRES svungne Haand, som han svinger imod det.
O gün Misirlilər qadına bənzəyəcək, Ordular Rəbbinin onlara qarşı qalxan əlinin önündə titrəyib dəhşətə gələcək.
17 Judas Land bliver Ægypten en Rædsel; hver Gang nogen minder dem derom, gribes de af Angst for, hvad Hærskarers HERRE har for imod det.
Yəhuda torpağı Misirliləri dəhşətə gətirəcək. Ordular Rəbbinin Misirə qarşı hazırladığı niyyətə görə Yəhudanın adını eşidən hər kəs vəlvələyə düşəcək.
18 Paa hin Dag skal fem Byer i Ægypten tale Kana'ans Tungemaal og sværge ved Hærskarers HERRE; en af dem skal kaldes Ir-Haheres.
O gün Misirdə Kənan dilində danışan və Ordular Rəbbinin adına and içən beş şəhər olacaq. Onlardan biri Həlak şəhəri adlandırılacaq.
19 Paa hin Dag skal HERREN have et Alter midt i Ægypten og en Stenstøtte ved dets Grænse.
O gün Misir ölkəsində Rəbbə qurbangah qurulacaq, sərhədində isə Ona sütun tikiləcək.
20 Det skal være Tegn og Vidne for Hærskarers HERRE i Ægypten; naar de raaber til HERREN over dem, som mishandler dem, vil han sende dem en Frelser; han skal stride og udfri dem.
Bu, Misir torpağında Ordular Rəbbinin əlaməti və şəhadəti olacaq. Onlar zülmkarlardan qurtulmaq üçün Rəbbə fəryad edəcək. O, Misirlilərə xilaskar və müdafiəçi göndərib onları qurtaracaq.
21 Da skal HERREN give sig til Kende for Ægypten, Ægypterne skal lære HERREN at kende paa hin Dag; de skal bringe Slagtoffer og Afgrødeoffer og gøre Løfter til HERREN og indfri dem.
Rəbb Özünü Misirlilərə tanıtdıracaq, onlar da o gün Rəbbi tanıyacaq. Misirlilər Rəbbə qurbanlar, təqdimlər gətirəcək, nəzir-niyaz edib yerinə yetirəcək.
22 HERREN skal slaa Ægypten, slaa og læge; og naar de omvender sig til HERREN, bønhører han dem og læger dem.
Rəbb Misirliləri vuracaq və sonra şəfa verəcək. Onlar Rəbbə tərəf dönəcək, yalvarışları qəbul olunacaq və Rəbb onlara şəfa verəcək.
23 Paa hin Dag skal der gaa en banet Vej fra Ægypten til Assyrien, og Assyrien skal komme til Ægypten og Ægypten til Assyrien, og Ægypten skal tjene Herren sammen med Assyrien.
O gün Misirdən Aşşura böyük yol olacaq. Aşşurlu Misirə, Misirli Aşşura gedib-gələcək. Misirlilərlə Aşşurlular birlikdə Rəbbə səcdə edəcək.
24 Paa hin Dag skal Israel selvtredje, sammen med Ægypten og Assyrien, være en Velsignelse midt paa Jorden,
O gün İsrail Misir və Aşşurun yanında üçüncü ölkə olacaq. Dünya bunların sayəsində xeyir-dua alacaq.
25 som Hærskarers HERRE velsigner med de Ord: »Velsignet være Ægypten, mit Folk, og Assyrien, mine Hænders Værk, og Israel, min Arvelod!«
Ordular Rəbbi onlara xeyir-dua verib deyəcək: «Xalqım Misir, yaratdığım Aşşur, irsim İsrail bərəkətli olsun».

< Esajas 19 >