< 1 Mosebog 14 >
1 Dengang Amrafel var Konge i Sinear, Arjok i Ellasar, Kedorlaomer i Elam og Tid'al i Gojim,
Bu zaman Şinar padşahı Amrafel, Ellasar padşahı Aryok, Elam padşahı Kedorlaomer və Qoyim padşahı Tidal
2 laa de i Krig med Kong Bera af Sodoma, Kong Birsja af Gomorra, Kong Sjin'ab af Adma, Kong Sjem'eber af Zebojim og Kongen i Bela, det et Zoar.
Sodom padşahı Beraya, Homorra padşahı Birşaya, Adma padşahı Şinava, Sevoyim padşahı Şemeverə, Bela, yəni Soar padşahına qarşı müharibəyə başladı.
3 Alle disse havde slaaet sig sammen og var rykket frem til Siddims Dal, det er Salthavet.
Bu son beş padşah indi Duz dənizi adlanan Siddim vadisində öz qoşunlarını birləşdirdi.
4 I tolv Aar havde de staaet under Kedorlaomer, men i det trettende faldt de fra;
Onlar on iki il Kedorlaomerin əsarəti altında qalmış, on üçüncü il isə üsyan etmişdilər.
5 og i det fjortende Aar kom Kedorlaomer og de Konger, som fulgte ham. Først slog de Refaiterne i Asjtarot-Karnajim, Zuziterne i Ham, Emiterne i Sjave-Kirjatajim
On dördüncü il Kedorlaomer və onunla birgə olan padşahlar gəlib Aşterot-Qarnayimdə Rafalıları, Hamda Zuzluları, Şave-Qiryatayimdə Emliləri,
6 og Horiterne i Se'irs Bjerge hen ad El-Paran til ved Ørkenens Rand;
çöl kənarındakı El-Parana qədər uzanan Seir dağlarında Xorluları qırdılar.
7 saa vendte de om og drog til Misjpatkilden, det er Kadesj, og slog Amalekiterne i hele deres Omraade og ligesaa de Amoriter, der boede i Hazazon-Tamar.
Sonra geri qayıdıb En-Mişpata, yəni Qadeşə getdilər. Bütün Amaleq torpağının əhalisini və Xaseson-Tamarda yaşayan Emorluları qırdılar.
8 Da drog Sodomas, Gomorras, Admas, Zebojims og Belas, det er Zoars, Konger ud og indlod sig i Siddims Dal i Kamp
Sodom padşahı, Homorra padşahı, Adma padşahı, Sevoyim padşahı, Bela, yəni Soar padşahı Siddim vadisinə gəlib,
9 med Kong Kedorlaomer af Elam, Kong Tid'al af Gojim, Kong Amrafel af Sinear og Kong Arjok af Ellasar, fire Konger mod fem.
Elam padşahı Kedorlaomerlə, Qoyim padşahı Tidalla, Şinar padşahı Amrafellə, Ellasar padşahı Aryokla döyüşə girdilər: dörd padşah beş padşaha qarşı idi.
10 Men Siddims Dal var fuld af Jordbeggruber; og da Sodomas og Gomorras Konger blev slaaet paa Flugt, styrtede de i dem, medens de, der blev tilbage, flyede op i Bjergene.
Siddim vadisində qatranla dolu çoxlu çuxur var idi. Sodom və Homorra padşahları döyüşdən qaçanda oraya yıxıldılar, sağ qalanlar isə dağlara qaçdılar.
11 Saa tog Fjenden alt Godset i Sodoma og Gomorra og alle Levnedsmidlerne og drog bort;
Qaliblər Sodom və Homorranın bütün əmlakını və azuqəsini götürüb getdilər.
12 ligeledes tog de, da de drog bort, Abrams Brodersøn Lot og alt hans Gods med sig; thi han boede i Sodoma.
İbramın qardaşı oğlu Lutu və onun əmlakını özləri ilə apardılar, çünki o da Sodomda yaşayırdı.
13 Men en Flygtning kom og meldte det til Hebræeren Abram, der boede ved den Lund, som tilhørte Amoriten Mamre, en Broder til Esjkol og Aner, der ligesom han var Abrams Pagtsfæller.
Döyüşdən sağ qurtaran bir nəfər gəlib İbrani İbrama bunu xəbər verdi. O, Eşkolun və Anerin qardaşı Emorlu Mamrenin palıdının yanında yaşayırdı. Onlar İbramın müttəfiqləri idi.
14 Da nu Abram hørte, at hans Frænde var taget til Fange, mønstrede han sine Husfolk, de hjemmefødte Trælle, 318 Mand, og satte efter Fjenden til Dan;
İbram qohumu Lutun əsir alındığını eşidəndə evində doğulmuş, döyüş təlimi keçmiş üç yüz on səkkiz nökərini götürüb düşmənləri Dana qədər təqib etdi.
15 der faldt han og hans Trælle over dem om Natten, slog dem paa Flugt og forfulgte dem op til Hoba norden for Damaskus.
Özü və nökərləri gecə vaxtı dəstələrə bölünüb, onları qırdılar və sağ qalanları Dəməşqin şimal tərəfində olan Xovaya qədər təqib etdilər.
16 Derefter bragte han alt Godset tilbage; ogsaa sin Frænde Lot og hans Gods førte han tilbage og ligeledes Kvinderne og Folket.
İbram qarət olunmuş bütün əmlakı, qardaşı oğlu Lutu və onun əmlakını, həmçinin qadınları və xalqı geri qaytardı.
17 Da han nu kom tilbage fra Sejren over Kedorlaomer og de Konger, der fulgte ham, gik Sodomas Konge ham i Møde i Sjavedalen, det er Kongedalen.
İbram Kedorlaomer və onunla olan padşahları məğlub edib qayıdanda Sodom padşahı «Padşah vadisi» adlanan Şave vadisində onun pişvazına çıxdı.
18 Men Salems Konge Melkizedek, Gud den Allerhøjestes Præst, bragte Brød og Vin
Onda Salem padşahı Melkisedeq çörək və şərab gətirdi. O, Allah-Taalanın kahini idi.
19 og velsignede ham med de Ord: »Priset være Abram for Gud den Allerhøjeste, Himmelens og Jordens Skaber,
Melkisedeq İbrama xeyir-dua verib dedi: «Göy və yeri yaradan Allah-Taala İbrama xeyir-dua versin.
20 og priset være Gud den Allerhøjeste, der gav dine Fjender i din Haand!« Og Abram gav ham Tiende af alt.
Düşmənlərini sənə təslim edən Allah-Taalaya alqış olsun». İbram bütün qənimətin onda birini Melkisedeqə verdi.
21 Sodomas Konge sagde derpaa til Abram: »Giv mig Menneskene og behold selv Godset!«
Sodom padşahı İbrama dedi: «Adamlarımı mənə ver, əmlak isə sənə qalsın».
22 Men Abram svarede Sodomas Konge: »Til HERREN, Gud den Allerhøjeste, Himmelens og Jordens Skaber, løfter jeg min Haand paa,
Ancaq İbram Sodom padşahına dedi: «Göy və yeri yaradan Allah-Taala Rəbbin dərgahına and üçün əlimi qaldırıram ki,
23 at jeg ikke vil tage saa meget som en Traad eller en Sandalrem eller overhovedet noget som helst af din Ejendom; du skal ikke sige, at du har gjort Abram rig!
sənin nə bir ipini, nə də bir çarıq bağını götürürəm, ta deməyəsən ki, mən İbramı varlandırdım.
24 Jeg vil intet have — kun hvad de unge Mænd har fortæret, og mine Ledsagere, Aner, Esjkol og Mamres Del, lad dem faa deres Del!«
Nökərlərin yediklərindən başqa, hər şey sənin olsun. Üstəlik mənimlə gedən adamlar – Aner, Eşkol və Mamre öz paylarını götürsün».