< Daniel 8 >

1 I Kong Belsazzars tredje Regeringsaar viste der sig et Syn for mig, Daniel; det kom efter det, som tidligere havde vist sig for mig.
Əvvəl mənə gələn görüntüdən sonra padşah Belşassarın hökmranlığının üçüncü ilində mən Danielə başqa bir görüntü gəldi.
2 Jeg skuede i Synet, og det var mig, som om jeg var i Borgen Susan i Landskabet Elam; og jeg saa mig i Synet staaende ved Floden Ulaj.
Görüntüdə özümü Elam vilayətinin Şuşan qalasında gördüm. Həmin görüntüdə mən Ulay kanalının kənarında dayanmışdım.
3 Da løftede jeg mine Øjne og skuede, og se, en Væder stod ved Floden; den havde to store Horn, det ene større end det andet, og det største skød op sidst.
Başımı qaldırıb gördüm ki, kanalın kənarında bir qoç durub. Onun iki buynuzu var idi. Buynuzlarının hər ikisi uzun idi, biri digərindən uzun idi və uzun olan sonradan çıxdı.
4 Jeg saa Væderen stange mod Vest, Nord og Syd; intet Dyr kunde modstaa den, ingen kunde redde af dens Vold, og den gjorde, hvad den vilde, og blev mægtig.
Mən gördüm ki, bu qoç qərbə, şimala və cənuba tərəf buynuz vurur. Heç bir heyvan onun qabağında dura bilmirdi və onun əlindən qurtaran yox idi. O istədiyini etdi və özünü yüksəltdi.
5 Videre saa jeg nøje til, og se, en Gedebuk kom fra Vest farende hen over hele Jorden, men uden at røre den; og Bukken havde et anseligt Horn i Panden.
Mən bu barədə düşünərkən qərbdən bir təkə gəldi. Onun gözləri arasında gözə çarpan bir buynuzu var idi. O, ayağı yerə toxunmadan bütün yer üzünü keçdi.
6 Den kom hen til den tvehornede Væder, som jeg havde set staa ved Floden, og løb imod den med ubændig Kraft;
O, kanalın kənarında durduğunu gördüyüm iki buynuzu olan qoçun yanına gəldi və böyük qızğınlıqla onun üstünə atıldı.
7 og jeg saa, hvorledes den, da den naaede Væderen, rasende stormede imod den, stødte til den og sønderbrød begge dens Horn; og Væderen havde ikke Kraft til at modstaa den, men Bukken kastede den til Jorden og trampede paa den, og ingen reddede Væderen af dens Vold.
Mən gördüm ki, o qeyzə gəlib qoça hücum etdi və qoçu vurub iki buynuzunu qırdı. Qoçda onun qabağında durmağa qüvvət yox idi. O, qoçu yerə yıxıb tapdaladı. Qoçu onun əlindən qurtaran olmadı.
8 Derpaa blev Gedebukken saare mægtig; men som den var allermægtigst, brødes det store Horn af, og i Stedet voksede fire andre frem mod alle fire Verdenshjørner.
Bir müddət təkə özünü çox yüksəltdi, ancaq qüvvətlənəndə böyük buynuzu qırıldı. Onun əvəzinə göylərin dörd səmtinə doğru yönəlmiş gözə çarpan dörd buynuz çıxdı.
9 Men fra det ene af dem skød et andet og lille Horn op, og det voksede umaadeligt mod Syd og Øst og mod det herlige Land;
Onların birindən başqa bir kiçik buynuz çıxıb cənuba, şərqə və Gözəl ölkəyə doğru çox uzandı.
10 og det voksede helt op til Himmelens Hær, styrtede nogle af Hæren og af Stjernerne til Jorden og trampede paa dem.
Səma ordusuna qədər uzanıb bu ordunun və ulduzların bir hissəsini yerə salaraq tapdaladı.
11 Og det hovmodede sig mod Hærens Øverste; hans daglige Offer blev ophævet, og hans Helligdoms Sted kastedes til Jorden.
Hətta bu ordunun Başçısına qədər özünü yüksəltdi. Onun daimi yandırma qurbanı dayandırıldı və Müqəddəs məkanı təhqir olundu.
12 Og paa Alteret for det daglige Offer lagdes en Misgerning; Sandheden kastedes til Jorden, og Hornet havde Lykke med, hvad det gjorde.
Qanunsuzluq üzündən bu ordu və daimi yandırma qurbanı kiçik buynuza təslim edildi. O, həqiqəti yerə vurub etdiyi hər işdə uğur qazandı.
13 Da hørte jeg en hellig tale, og en anden hellig spurgte den talende: »Hvor lang Tid gælder Synet om, at det daglige Offer ophæves, Ødelæggelsens Misgerning opstilles, og Helligdommen og Hæren nedtrampes?«
Mən bir müqəddəsin səsini eşitdim və başqa bir müqəddəs danışana sual verdi: «Daimi yandırma qurbanı və viranəlik gətirən qanunsuzluq barədəki görüntü nə vaxta qədər uzanır? Müqəddəs yerin və ordunun tapdalanmasına nə vaxta qədər icazə veriləcək?»
14 Han svarede: »2300 Aftener og Morgener; saa skal Helligdommen komme til sin Ret igen!«
Sonra mənə dedi: «İki min üç yüz axşam və səhər keçənə qədər. Ondan sonra müqəddəs yer bərpa olunacaq».
15 Medens jeg, Daniel, nu saa Synet og søgte at forstaa det, se, da stod der for mig en som en Mand at se til,
Mən Daniel bu görüntünü görəndə onun mənasını öyrənmək istədim. Bu zaman qarşımda insan simasında olan bir nəfər dayandı.
16 og jeg hørte en menneskelig Røst raabe over Ulaj: »Gabriel, udlæg ham Synet!«
Mən Ulay kanalından bir insan səsi eşitdim. O nida edib «ey Cəbrayıl, bu görüntünü ona izah et» dedi.
17 Saa kom han hen, hvor jeg stod, og ved hans Komme blev jeg overvældet af Rædsel og faldt paa mit Ansigt. Og han sagde til mig: »Se nøje til, Menneskesøn, thi Synet gælder Endens Tid!«
O dayandığım yerə yaxınlaşdı. Yanıma çatanda mən dəhşətə düşüb üzüstə yıxıldım. O mənə dedi: «Ey bəşər oğlu, bil ki, bu görüntü axır zamana aiddir».
18 Medens han talede med mig, laa jeg bedøvet med Ansigtet mod Jorden; men han rørte ved mig og fik mig paa Benene
O mənimlə danışdığı vaxt üzüstə yıxılıb dərin yuxuya getmişdim. O məni tutub ayaq üstə qaldırdı
19 og sagde: »Se, jeg vil kundgøre dig, hvad der skal ske i Vredens sidste Tid; thi Synet gælder Endens bestemte Tid.
və dedi: «Bax daha sonra Allahın qəzəb günlərində nə baş verəcəyini sənə bildirirəm, çünki görüntü axır zamanın müəyyən vaxtına aiddir.
20 Den tvehornede Væder, du saa, er Kongerne af Medien og Persien,
Gördüyün iki buynuzlu qoç Midiya və Fars padşahlarıdır.
21 den laadne Buk er Kongen af Grækenland, og det store Horn i dens Pande er den første Konge.
Tüklü təkə isə Yunan padşahıdır, onun gözləri arasında olan böyük buynuz isə birinci padşahdır.
22 At det brødes af, og at fire andre voksede frem i Stedet, betyder, at fire Riger skal fremstaa af hans Folk, dog uden hans Kraft.
Qırılan buynuzun yerinə çıxan dörd buynuz o millətdən çıxacaq dörd padşahlığı təmsil edir. Ancaq onlar birinci padşah qədər güclü olmayacaq.
23 Men i deres Herredømmes sidste Tid, naar Overtrædelserne har gjort Maalet fuldt, skal en fræk og rænkefuld Konge fremstaa.
Onların hakimiyyətinin sonunda isə qanunsuzlar azğınlıq edəndə həyasız və hiyləgərlikdə mahir bir padşah çıxacaq.
24 Hans Magt skal blive stor, dog ikke som hins; han skal tale utrolige Ting og have Lykke med, hvad han gør, og gennemføre sine Raad og ødelægge mægtige Mænd.
O çox güclənəcək, ancaq öz gücü ilə yox. Heyrətləndirici dağıntılar törədəcək, etdiyi hər işdə uğur qazanacaq, igid adamları və müqəddəs xalqı qıracaq.
25 Mod de hellige skal hans Tanke rettes; hans svigefulde Raad skal lykkes ham, og han skal sætte sig store Ting for og styrte mange i Ulykke i deres Tryghed. Mod Fyrsternes Fyrste skal han rejse sig, men saa skal han knuses, dog ikke ved Menneskehaand.
Öz hiyləgərliyi ilə məkrli işlərində uğur qazanacaq və ürəyində özünə qürrələnəcək. Əmin-amanlıqda yaşayan çoxlu adamı həlak edəcək və başçılar Başçısına qarşı çıxacaq, ancaq əl dəymədən məhv olacaq.
26 Synet om Aftenerne og Morgenerne, hvorom der var Tale, er Sandhed. Men du skal lukke for Synet; thi det gælder en fjern Fremtid.«
Axşam və səhər barədə sənə göstərilən bu görüntü həqiqətdir. Ancaq sən bu görüntünü gizli saxla, çünki o, uzaq dövrə aiddir».
27 Men jeg, Daniel, laa syg en Tid lang; saa stod jeg op og udførte min Gerning i Kongens Tjeneste. Jeg var rædselslagen over Synet og forstod det ikke.
Onda mən Daniel taqətdən düşdüm və bir neçə gün xəstə oldum. Sonra qalxıb padşahın işləri ilə məşğul olmağa başladım. Mən bu görüntüdən çaşqın hala gəlmişdim, onu anlaya bilmirdim.

< Daniel 8 >