< Første Krønikebog 27 >
1 Israeliterne efter deres Tal: Fædrenehusenes Overhoveder, Tusind— og Hundredførerne og deres Fogeder, som tjente Kongen i alle Sager vedrørende Skifterne, de, der skiftevis traadte til og fra hver Maaned hele Aaret rundt, hvert Skifte paa 24 000 Mand:
İlin hər ayında bir bölmə növbə çəkirdi. Hər bölmədə iyirmi dörd min nəfər var idi. Bu bölmələrin bütün işlərində padşaha xidmət edən İsraillilərin nəsil başçılarının, minbaşıların, yüzbaşıların və məmurların siyahısı budur:
2 Over det første Skifte, den første Maaneds Skifte stod Isjba'al, Zabdiels Søn — til hans Skifte hørte 24 000 Mand —
birinci ay üçün birinci bölməyə Zavdiel oğlu Yaşoveam başçılıq edirdi. Onun bölməsində iyirmi dörd min nəfər var idi.
3 af Perez's Efterkommere, Overhoved for alle Hærførerne; det var den første Maaned.
O, Peres nəslindən idi və birinci ay üçün bütün ordu başçılarının böyüyü idi.
4 Over den anden Maaneds Skifte stod Ahohiten El'azar, Dodajs Søn; til hans Skifte hørte 24 000 Mand.
İkinci ayın bölməsinə Axoahlı Doday başçılıq edirdi. Miqlot onun köməkçisi idi və onun bölməsində iyirmi dörd min nəfər var idi.
5 Den tredje Hærfører, ham i den tredje Maaned, var Benaja, Ypperstepræsten Jojadas Søn; til hans Skifte hørte 24 000 Mand.
Üçüncü ay üçün üçüncü qoşun başçısı kahin Yehoyadanın oğlu Benaya idi. Onun bölməsində iyirmi dörd min nəfər var idi.
6 Denne Benaja var Helten blandt de tredive og stod i Spidsen for de tredive, og ved hans Skifte var hans Søn Ammizabad.
«Otuz igid»dən biri və «otuz igid»in başçısı olan Benaya budur. Oğlu Ammizavad onun köməkçisi idi.
7 Den fjerde, ham i den fjerde Maaned, var Joabs Broder Asa'el og efter ham hans Søn Zebadja; til hans Skifte hørte 24 000 Mand.
Dördüncü ay üçün dördüncü başçı Yoavın qardaşı Asahel idi, ondan sonra oğlu Zevadya idi. Onun bölməsində iyirmi dörd min nəfər var idi.
8 Den femte, ham i den femte Maaned, var Hærføreren Zeraiten Sjamhut; til hans Skifte hørte 24 000 Mand.
Beşinci ay üçün beşinci başçı İzrahlı Şamhut idi. Onun bölməsində iyirmi dörd min nəfər var idi.
9 Den sjette, ham i den sjette Maaned, var Ira, Ikkesj's Søn, fra Tekoa; til hans Skifte hørte 24 000 Mand.
Altıncı ay üçün altıncı başçı Teqoalı İqqeşin oğlu İra idi. Onun bölməsində iyirmi dörd min nəfər var idi.
10 Den syvende, ham i den syvende Maaned, var Peloniten Helez af Efraimiterne; til hans Skifte hørte 24 000 Mand.
Yeddinci ay üçün yeddinci başçı Efrayimlilərdən Pelonlu Xeles idi. Onun bölməsində iyirmi dörd min nəfər var idi.
11 Den ottende, ham i den ottende Maaned, var Husjatiten Sibbekaj af Zeras Slægt; til hans Skifte hørte 24 000 Mand.
Səkkizinci ay üçün səkkizinci başçı Zerah nəslindən Xuşalı Sibbekay idi. Onun bölməsində iyirmi dörd min nəfər var idi.
12 Den niende, ham i den niende Maaned, var Abiezer fra Anatot at Benjaminiterne; til hans Skifte hørte 24 000 Mand.
Doqquzuncu ay üçün doqquzuncu başçı Binyaminlilərdən Anatotlu Aviezer idi. Onun bölməsində iyirmi dörd min nəfər var idi.
13 Den tiende, ham i den tiende Maaned, var Maharaj fra Netofa af Zeras Slægt, til hans Skifte hørte 24 000 Mand.
Onuncu ay üçün onuncu başçı Zerah nəslindən Netofalı Mahray idi. Onun bölməsində iyirmi dörd min nəfər var idi.
14 Den ellevte, ham i den ellevte Maaned, var Benaja fra Pir'aton af Efraimiterne; til hans Skifte hørte 24 000 Mand.
On birinci ay üçün on birinci başçı Efrayimlilərdən Piratonlu Benaya idi. Onun bölməsində iyirmi dörd min nəfər var idi.
15 Den tolvte, ham i den tolvte Maaned, var Heldaj fra Netofa af Otniels Slægt; til hans Skifte hørte 24 000 Mand.
On ikinci ay üçün on ikinci başçı Otnielin nəslindən Netofalı Xelday idi. Onun bölməsində iyirmi dörd min nəfər var idi.
16 I Spidsen for Israels Stammer stod: Som Fyrste for Rubeniterne Eliezer, Zikris Søn; for Simeoniterne Sjefatja, Ma'akas Søn;
İsrail qəbilələri üzərində olan başçılar bunlardır: Ruvenlilərin başçısı Zikri oğlu Eliezer; Şimeonluların başçısı Maaka oğlu Şefatya;
17 for Levi Hasjabja, Kemuels Søn, for Aron Zadok;
Levililərin başçısı Qemuel oğlu Xaşavya, Harun nəslinin başçısı Sadoq;
18 for Juda Eliab, en af Davids Brødre; for Issakar Omri, Mikaels Søn;
Yəhudalıların başçısı Davudun qardaşlarından biri Elihu; İssakarlıların başçısı Mikael oğlu Omri;
19 for Zebulon Jisjmaja, Obadjas Søn; for Naftali Jerimot, Azriels Søn;
Zevulunluların başçısı Avdiya oğlu İşmaya; Naftalililərin başçısı Azriel oğlu Yerimot;
20 for Efraimiterne Hosea, Azazjas Søn; for Manasses halve Stamme Joel, Pedajas Søn;
Efrayimlilərin başçısı Azazya oğlu Huşə; Menaşşelilərin yarısının başçısı Pedaya oğlu Yoel;
21 for Manasses anden Halvdel i Gilead Jiddo, Zekarjas Søn; for Benjamin Ja'asiel, Abners Søn;
Gileadda olan Menaşşelilərin yarısının başçısı Zəkəriyyə oğlu İddo; Binyaminlilərin başçısı Avner oğlu Yaasiel;
22 for Dan Azar'el, Jerobams Søn. Det var Israels Stammers Øverster.
Danlıların başçısı Yeroxam oğlu Azarel. Bunlar İsrail qəbilələrinin başçılarıdır.
23 David tog ikke Tal paa dem, der var under tyve Aar, thi HERREN havde forjættet at ville gøre Israel talrigt som Himmelens Stjerner.
Davud iyirmi yaşında və bundan aşağı yaşda olanları hesaba almadı, çünki Rəbb İsraili göydəki ulduzlar qədər çoxaldacağını vəd etmişdi.
24 Joab, Zerujas Søn, begyndte at tælle dem, men fuldførte det ikke; thi for den Sags Skyld ramtes Israel af Vrede, og Tallet indførtes ikke i Kong Davids Krønike.
Seruya oğlu Yoav siyahıya almağa başladı, ancaq bunu başa çatdırmadı. Bu siyahıyaalmadan ötrü Rəbbin qəzəbi İsrail üzərinə gəldi və siyahıyaalma padşah Davudun salnamələr kitabına daxil olmadı.
25 Over Kongens Skatte havde Azmavet, Adiels Søn, Opsynet, og over Forraadene ude paa Landet, i Byerne, Landsbyerne og Fæstningerne Jonatan, Uzzijas Søn;
Padşahın anbarlarına nəzarət edən Adiel oğlu Azmavet; tarlalarda, şəhərlərdə, kəndlərdə və qalalarda olan anbarlara nəzarət edən Uzziya oğlu Yonatan;
26 over Markarbejderne ved Jordens Dyrkning Ezri, Kelubs Søn;
tarlada çalışan əkinçilərin üzərində nəzarətçi Keluv oğlu Ezri;
27 over Vingaardene Sjim'i fra Rama; over Vinforraadene i Vingaardene Sjifmiten Zabdi;
üzüm bağlarına nəzarət edən Ramalı Şimey; üzüm bağlarındakı şərab anbarlarına yığılan üzüm məhsuluna nəzarət edən Şifemli Zavdi;
28 over Oliventræerne og Morbærfigentræerne i Lavlandet Ba'al-Hanan fra Geder; over Olieforraadene Joasj;
yamaclı-düzənlikli bölgədə olan zeytunluqlar və firon ənciri ağaclarına nəzarət edən Gederli Baal-Xanan; yağ anbarlarına nəzarət edən Yoaş;
29 over Hornkvæget, der græssede paa Saron, Saroniten Sjitraj; over Hornkvæget i Dalene Sjafat, Adlajs Søn;
Şaron düzənliyində otlayan mal-qaraya baxan Şaronlu Şitray; dərələrdə olan mal-qaraya baxan Adlay oğlu Şafat;
30 over Kamelerne Ismaeliten Obil; over Æslerne Jedeja fra Meronot;
dəvələrə baxan İsmailli Ovil; eşşəklərə baxan Meronotlu Yexdeya;
31 over Smaakvæget Hagriten Jaziz. Alle disse var Overopsynsmænd over Kong Davids Ejendele.
qoyun-keçiyə baxan Həcərli Yaziz. Bunların hamısı padşah Davudun mülklərinə baxan rəislər idi.
32 Davids Farbroder Jonatan, en indsigtsfuld og skriftkyndig Mand, var Raadgiver. Jehiel, Hakmonis Søn, opdrog Kongens Sønner.
Davudun əmisi Yonatan məsləhətçi idi. O çox ağıllı və savadlı idi. Xakmoni oğlu Yexiel padşah oğullarının tərbiyəçisi idi.
33 Akitofel var Kongens Raadgiver og Arkiten Husjaj Kongens Ven.
Axitofel padşahın məsləhətçisi idi. Arklı Xuşay padşahın həmsöhbəti idi.
34 Akitofels Eftermand var Jojada, Benajas Søn, og Ebjatar. Joab var Kongens Hærfører.
Axitofeldən sonra yerinə Benaya oğlu Yehoyada və Evyatar oldu. Padşahın ordu başçısı isə Yoav idi.