< Første Krønikebog 14 >

1 Kong Hiram af Tyrus sendte Sendebud til David med Cedertræer og tillige Murere og Tømmermænd for at bygge ham et Hus.
Sur padşahı Xiram Davudun yanına qasidlər və ona saray tikmək üçün sidr ağacları, bənnalar və dülgərlər göndərdi.
2 Da skønnede David, at HERREN havde sikret hans Kongemagt over Israel og højnet hans Kongedømme for sit Folk Israels Skyld.
Onda Davud başa düşdü ki, Rəbb onu İsrail üzərində padşah kimi möhkəmləndirmiş və xalqı İsrailin xatirinə onun padşahlığını yüksəltmişdi.
3 David tog i Jerusalem endnu flere Hustruer og avlede flere Sønner og Døtre.
Davud Yerusəlimdə başqa arvadlar aldı, yenə oğullar və qızlar atası oldu.
4 Navnene paa de Børn, han fik i Jerusalem, er følgende: Sjammua, Sjobab, Natan, Salomo,
Onun Yerusəlimdə doğulan oğullarının adları belədir: Şammua, Şovav, Natan, Süleyman,
5 Jibhar, Elisjua, Elpelet,
İvxar, Elişua, Elpelet,
6 Noga, Nefeg, Jafia,
Noqah, Nefeq, Yafia,
7 Elisjama, Be'eljada og Elifelet.
Elişama, Beelyada və Elifelet.
8 Men da Filisterne hørte, at David var salvet til Konge over hele Israel, rykkede de alle ud for at søge efter ham. Ved Efterretningen herom drog David ud for at møde dem,
Filiştlilər eşitdilər ki, Davud bütün İsrail üzərində padşah olmaq üçün məsh edilmişdir. Onda hamısı Davudu axtarmağa çıxdı. Davud bunu eşidib onlarla qarşılaşmağa çıxdı.
9 medens Filisterne kom og bredte sig i Refaimdalen.
Filiştlilər gəlib Refaim vadisini talayırdılar.
10 David raadspurgte da Gud: »Skal jeg drage op mod Filisterne? Vil du give dem i min Haand?« Og HERREN svarede ham: »Drag op, thi jeg vil give dem i din Haand!«
Davud Allahdan soruşdu: «Filiştlilərin qarşısına çıxımmı? Onları mənə təslim edəcəksənmi?» Rəbb ona cavab verdi: «Çıx, onları sənə təslim edəcəyəm».
11 Saa drog de op til Ba'al-Perazim, og der slog han dem. Da sagde David: »Gud har brudt igennem mine Fjender ved min Haand, som Vand bryder igennem!« Derfor kalder man Stedet Ba'al-Perazim.
Davud Baal-Perasimə çıxıb Filiştliləri qırdı. Davud dedi: «Sellər bəndləri dağıtdığı kimi Allah da mənim əlimlə düşmənlərimi dağıtdı». Buna görə də o yerin adını Baal-Perasim qoydular.
12 Og de lod deres Guder i Stikken der, og David bød, at de skulde opbrændes.
Filiştlilər qaçanda öz allahlarının bütlərini orada qoydular. Davudun əmri ilə bunlar odda yandırıldı.
13 Men Filisterne bredte sig paa ny i Dalen.
Filiştlilər yenə o vadini taladılar.
14 Da David atter raadspurgte Gud, svarede han: »Drag ikke efter dem, men omgaa dem og fald dem i Ryggen ud for Bakabuskene.
Davud yenə Allahdan soruşdu və Allah ona dedi: «Onların arxasınca çıxma, onların ətrafına dolanıb balzam ağaclarının qabağında bu düşmənlərin üstünə gəl.
15 Naar du da hører Lyden af Skridt i Bakabuskenes Toppe, skal du drage i Kamp, thi saa er Gud draget ud foran dig for at slaa Filisternes Hær.«
Balzam ağaclarının başından addım səsləri eşidəndə döyüşə çıx, çünki o zaman Allah sənin qarşınca Filiştlilərin ordusunu məğlub etmək üçün çıxacaq».
16 David gjorde, som Gud bød, og de slog Filisternes Hær fra Gibeon til hen imod Gezer.
Davud Allahın ona buyurduğu kimi etdi və onlar Giveondan Gezerə qədər Filiştlilərin ordusunu qırdılar.
17 Og Davids Ry bredte sig i alle Lande, idet HERREN lod Frygt for ham komme over alle Hedningefolkene.
Davudun şöhrəti bütün ölkələrə yayıldı və Rəbb onun qorxusunu bütün millətlərin ürəyinə saldı.

< Første Krønikebog 14 >