< Micheáš 1 >

1 Slovo Hospodinovo, kteréž se stalo k Micheášovi Moraštickému za dnů Jotama, Achasa a Ezechiáše králů Judských, kteréž u vidění slyšel o Samaří a Jeruzalému.
Yəhuda padşahları Yotam, Axaz və Xizqiyanın dövründə Samariya və Yerusəlim barəsində Moreşetli Mikeyaya görüntü ilə Rəbbin bu sözü nazil oldu.
2 Slyšte všickni lidé napořád, pozoruj země, i což na ní jest, a nechť jest Panovník Hospodin proti vám svědkem, Panovník z chrámu svatosti své.
Eşidin, ey bütün xalqlar, Qulaq asın, yer üzü və orada yaşayanlar! Qoy Xudavənd Rəbb sizə qarşı müqəddəs məbədindən Şəhadət etsin.
3 Nebo aj, Hospodin vyjde z místa svého, a sstoupě, šlapati bude po vysokostech země.
Budur, Rəbb göylərdəki taxtından enir, Yer üzünü dağların zirvəsi ilə gəzir.
4 I budou se rozplývati hory pod ním, a údolé se roztrhovati, tak jako vosk od ohně, a jako vody mající spád dolů,
Od yanında əriyən mum tək önündə dağlar əriyəcək, Təpələrdən gələn sellər tək yarğanlar açacaq.
5 A to všecko pro Jákobovo zpronevěření, a pro hříchy domu Izraelského. Kdo jest příčina zpronevěření Jákobova? Zdali ne Samaří? A kdo výsostí Judských: Zdali ne Jeruzalém?
Bunlar Yaqub övladlarının üsyankarlığına, İsrail xalqının günahlarına görədir. Yaqub övladlarının üsyankarlığına görə Axı kimdir müqəssir? Samariya deyilmi? Yəhudanın bütpərəstliyinə görə Axı kimdir təqsirkar? Yerusəlim deyilmi?
6 Protož obrátím Samaří v hromadu rumu, k štípení vinic, a svalím do údolí kamení její, i základy její odkryji.
«Buna görə Mən Rəbb Samariyanı yerlə yeksan edəcəyəm, Yerində üzümlük salınacaq. Daşlarını dərəyə tökəcəyəm, Təməllərini açıq qoyacağam.
7 A všecky rytiny její ztlučeny budou, i všickni darové její ohněm spáleni, a všecky modly její obrátím v pustinu. Nebo ze mzdy nevěstčí toho nashromáždila, protož se zase ke mzdě nevěstčí to navrátí.
Samariyanın bütün oyma bütləri parça-parça olacaq, Məbədinə verilən hədiyyələr yandırılacaq, Bütün heykəllərini dağıdacağam. Axı bu hədiyyələr fahişəlik haqqı ilə yığılmışdı, Onlar yenə də fahişələr üçün işlədiləcək».
8 Nad čímž kvíliti a naříkati budu, chodě svlečený a nahý, vydám se v naříkání jako drakové, a v kvílení jako mladé sovy,
Buna görə Mən Mikeya, ağlayıb göz yaşı axıdacağam, Ayaqyalın, lüt-üryan dolaşacağam, Çaqqal kimi ulayacağam, Bayquş kimi səs salacağam.
9 Proto že zneduživěla od ran svých, a že přišlo to až k Judovi, dosáhlo až k bráně lidu mého, až do Jeruzaléma.
Samariyanın yaraları sağalmaz, Yəhudayadək yayılıb, Xalqımın darvazalarınadək, Yerusəlimədək çatıb.
10 Neoznamujtež v Gát, aniž hned plačte; v domě Ofra v prachu se válej.
Bunu Qatda bildirməyin, Önlərində ağlamayın. Bet-Leafrada toz-torpaqda yuvarlanın.
11 Ty, kteráž bydlíš v Safir, zajdi, obnaženou majíc hanbu. Nevyjdeť ta, kteráž bydlí v Zaanan pro kvílení v Betezel, od vás maje živnost svou.
Siz ey Şafir sakinləri, Lüt-üryan, xəcalət içində əsarətə gedin! Saananda yaşayanlar oradan çıxa bilməyəcək. Bet-Esel əhli yas tutacaq, Köməyini sizdən çəkəcək.
12 Bude, pravím, bolestiti pro dobré věci obyvatelkyně Marót, proto že sstoupí zlé od Hospodina až do brány Jeruzalémské.
Marot əhalisi xeyir arzulasa da, Rəbb Yerusəlimin darvazasına bəla gətirir.
13 Zapřáhni do vozu rychlé koně, obyvatelkyně Lachis, kteráž jsi původ hřícha dceři Sionské; nebo v tobě nalezena jsou přestoupení Izraelova.
Ey Lakiş sakinləri, atlarınızı Döyüş arabalarına qoşun Sion qızını günaha batırdınız, İsrailin üsyankarlığına bais oldunuz!
14 Protož pošleš dary své s Morešet v Gát; domové Achzib zklamají krále Izraelské.
Buna görə Moreşet-Qata cehiz verəcəksiniz, Akziv şəhəri İsrail padşahlarını aldadacaq.
15 Ó obyvatelkyně Maresa, i toběť tudíž přivedu dědice; až do Adulam přijde, k slávě Izraelské.
Ey Mareşa sakinləri, Rəbb üzərinizə yenə istilaçı gətirəcək, Adullam mağarasına İsrailin adlı-sanlı adamları sığınacaq.
16 Učiniž sobě lysinu, a ohol se pro syny rozkoší svých; rozšiř lysinu svou jako orlice, nebo stěhují se od tebe.
Ey Yəhuda, əziz balalarından ötrü saçını qırx, Qoy başın kərkəs başı kimi keçəl olsun, Çünki övladların sürgünə aparılacaq!

< Micheáš 1 >