< Skutky Apoštolů 8 >

1 Saul pak také přivolil k usmrcení jeho. I přišlo v ten čas veliké protivenství na církev, kteráž byla v Jeruzalémě, a všickni se rozprchli po krajinách Judských a Samařských, kromě apoštolů.
Stefanın qətlindən Şaul da razı qalmışdı. O gün Yerusəlimdə olan imanlılar cəmiyyətinə qarşı güclü təqib başladı. Həvarilərdən başqa bütün imanlılar pərən-pərən düşüb Yəhudeya və Samariyanın hər tərəfinə yayıldı.
2 I pochovali Štěpána muži pobožní, a plakali velmi nad ním.
Bəzi mömin kişilər isə Stefanı dəfn etdi və onun üçün dərin hüznlə yas saxladılar.
3 Saul pak hubil církev, do domů vcházeje, a jímaje muže i ženy, dával je do žaláře.
Amma Şaul imanlılar cəmiyyətini dağıtmağa başladı. Belə ki o, evdən-evə gedərək qadın-kişi bilmədən imanlıları sürüyüb zindana salırdı.
4 Ti pak, kteříž se byli rozprchli, chodili, kážíce slovo Boží.
Pərən-pərən düşən imanlılar hər yerdə Allahın kəlamını – Müjdəni yayırdı.
5 A Filip všed do města Samaří, kázal jim Krista.
Filip də Samariya şəhərinə gəlib Məsihi vəz edirdi.
6 I pozorovali zástupové s pilností jednomyslně toho, což se pravilo od Filipa, slyšíce a vidouce divy, kteréž činil.
Filipi eşidib, göstərdiyi əlamətləri görən izdiham onun sözlərinə birlikdə diqqət yetirirdi.
7 Nebo duchové nečistí z mnohých, kteříž je měli, křičíce hlasem velikým, vycházeli, a mnozí šlakem poražení a kulhaví uzdraveni jsou.
Natəmiz ruha tutulan çox adamdan bu ruhlar bərkdən çığıraraq çıxır, çox iflic və ayaqları şikəst olanlar şəfa tapırdı.
8 A stala se radost veliká v tom městě.
Ona görə bu şəhərdə bol sevinc var idi.
9 Muž pak nějaký, jménem Šimon, před tím v tom městě čáry provodil, a lid Samařský mámil, pravě se býti nějakým velikým.
Amma bu şəhərdə bundan əvvəl cadugərlik edən və Samariya millətini mat qoyan Şimon adlı bir kişi var idi. O özünü böyük bir şəxsiyyət kimi təqdim edirdi.
10 Na něhož pozor měli všickni, od nejmenšího až do největšího, říkajíce: Tentoť jest Boží moc veliká.
Böyüklü-kiçikli hər kəs ona diqqətlə qulaq asır və belə deyirdi: «Böyük adlanan Allahın qüdrəti budur».
11 Pozor pak měli na něho, protože je za mnohý čas mámil svými čáry.
Onun cadugərliyi hamını çoxdan mat qoymuşdu. Buna görə də ona diqqətlə qulaq asırdılar.
12 A když, uvěřivše Filipovi zvěstujícímu o království Božím a o jménu Ježíše Krista, křtili se muži i ženy,
Amma Filip Allahın Padşahlığı və İsa Məsihin adı ilə bağlı Müjdəni yayanda sözlərinə iman gətirdilər və kişilər də, qadınlar da vəftiz oldular.
13 Tedy i ten Šimon také uvěřil, a pokřtěn byv, přídržel se Filipa, a vida zázraky a moci veliké činěné, děsil se.
Şimon özü də iman gətirdi. Vəftiz olduqdan sonra Filipin yanından ayrılmadı. Göstərilən əlamət və möcüzələr Şimonu mat qoydu.
14 Uslyšavše pak v Jeruzalémě apoštolé, že by Samaří přijala slovo Boží, poslali k nim Petra a Jana.
Yerusəlimdə qalan həvarilər Samariyalıların Allahın kəlamını qəbul etdiklərini eşidəndə Peterlə Yəhyanı onların yanına göndərdi.
15 Kteříž přišedše k nim, modlili se za ně, aby přijali Ducha svatého.
Peterlə Yəhya oraya çatanda dua etdilər ki, Samariyalı imanlılar Müqəddəs Ruhu alsınlar.
16 (Nebo ještě byl na žádného z nich nesstoupil, ale pokřtěni toliko byli ve jménu Pána Ježíše.)
Çünki Ruh hələ onların heç birinin üzərinə enməmişdi, sadəcə olaraq Rəbb İsanın adı ilə vəftiz olmuşdular.
17 Tedy vzkládali na ně ruce, a oni přijali Ducha svatého.
Sonra Peterlə Yəhya əllərini onların üstünə qoydular və onlar Müqəddəs Ruhu aldılar.
18 I uzřev Šimon, že skrze vzkládání rukou apoštolských dává se Duch svatý, přinesl jim peníze,
Həvarilərin əl qoyması ilə Ruhun verildiyini görən Şimon onlara pul təklif edərək
19 Řka: Dejte i mně tu moc, ať, na kohož bych koli vzložil ruce, přijme Ducha svatého.
dedi: «Mənə də belə bir səlahiyyət verin. Əlimi kimin üstünə qoysam, Müqəddəs Ruhu alsın».
20 I řekl k němu Petr: Peníze tvé buďtež s tebou na zatracení, protože jsi se domníval, že by dar Boží mohl býti zjednán za peníze.
Peter ona dedi: «Pulun da yox olsun, sən də! Ona görə ki sən Allahın ənamını pulla əldə edə bilmək xəyalına düşmüsən.
21 Nemáš dílu ani losu v této věci; nebo srdce tvé není upřímé před Bohem.
Bu işdə sənin nə haqqın var, nə payın. Çünki Allahın qarşısında ürəyin düz deyil.
22 Protož čiň pokání z této své nešlechetnosti, a pros Boha, zda by odpuštěno bylo tobě to myšlení srdce tvého.
Bu pisliyin üçün tövbə et, Rəbbə yalvar. Bəlkə ürəyinin bu niyyəti bağışlanar.
23 Nebo v žluči hořkosti a v svazku nepravosti tebe býti vidím.
Görürəm ki, səndə acı zəhər var və haqsızlığın əsirisən».
24 I odpověděv Šimon, řekl: Modltež vy se za mne Pánu, aby na mne nepřišlo něco z těch věcí, kteréž jste mluvili.
Şimon ona cavab verdi: «Mənim üçün Rəbbə siz yalvarın ki, dediklərinizin heç biri mənim başıma gəlməsin».
25 Oni pak osvědčovavše a mluvivše slovo Páně, navrátili se do Jeruzaléma, a ve mnohých městečkách Samaritánských kázali evangelium.
Peterlə Yəhya şəhadət edib Rəbbin kəlamını söyləyəndən sonra Samariyalıların yaşadığı xeyli kəndlərdə Müjdəni yaya-yaya Yerusəlimə qayıdırdılar.
26 V tom anděl Páně mluvil k Filipovi, řka: Vstaň a jdi ku polední straně na cestu, kteráž vede od Jeruzaléma do města Gázy, kteréž jest pusté.
Bu zaman Rəbbin bir mələyi Filipə belə dedi: «Dur, cənuba tərəf, Yerusəlimdən Qəzzəyə düşən yola – səhra yoluna çıx».
27 A on vstav, i šel. A aj, muž Mouřenín, kleštěnec, komorník královny Mouřenínské Kandáces, kterýž vládl všemi poklady jejími, a byl přijel do Jeruzaléma, aby se modlil,
Filip qalxıb getdi. Yolda Həbəşli bir hərəmağası ilə rastlaşdı. Bu, kandakinin, yəni Həbəşlilərin mələkəsinin vəzirlərindən biri idi. O, mələkənin bütün xəzinəsinə cavabdeh idi. Yerusəlimə ibadət etmək üçün gəlmişdi.
28 Již se navracoval zase, sedě na voze svém, a četl Izaiáše proroka.
Arabasına oturub geri qayıdarkən Yeşaya peyğəmbərin kitabını oxuyurdu.
29 I řekl Duch k Filipovi: Přistup a přiviň se k vozu tomu.
Ruh Filipə dedi: «Get, bu arabaya çatıb yanında qal».
30 A přiběh Filip, slyšel jej, an čte Izaiáše proroka. I řekl: Rozumíš-liž, co čteš?
Filip qaça-qaça arabanın yanına gəldi və eşitdi ki, hərəmağası Yeşaya peyğəmbərin kitabını oxuyur. Ondan soruşdu: «Görəsən oxuduğunu başa düşürsənmi?»
31 A on řekl: Kterakž bych mohl rozuměti, leč by mi kdo vyložil? I prosil Filipa, aby vstoupil na vůz, a seděl s ním.
Hərəmağası ona dedi: «Əgər mənə yol göstərən yoxdursa, bunu necə başa düşmək olar?» Sonra Filipdən xahiş etdi ki, arabaya minib onun yanında otursun.
32 Místo pak toho Písma, kteréž četl, toto bylo: Jako ovce k zabití veden jest, a jako beránek němý před tím, kdož jej střiže, tak neotevřel úst svých.
O, Müqəddəs Yazılardan bu hissəni oxuyurdu: «Kəsilməyə aparılan qoyun kimi, Qırxanların qabağında dilsiz quzu kimi Ağzını açmadı.
33 V ponížení jeho odsouzení jeho vyhlazeno jest, rod pak jeho kdo vypraví, ačkoli zahlazen byl z země život jeho?
Alçaldığı zaman ədalətdən məhrum oldu. Onun nəslini kim təsvir edə bilər? Onun həyatı yer üzündən götürülür».
34 A odpovídaje komorník Filipovi, dí: Prosím tebe, o kom toto mluví prorok? Sám-li o sobě, čili o někom jiném?
Hərəmağası Filipdən soruşdu: «Xahiş edirəm, deyin, burada peyğəmbər kimdən bəhs edir, özündən, yoxsa başqasından?»
35 Tedy otevřev Filip ústa svá, a počav od toho Písma, zvěstoval jemu Ježíše.
Bundan sonra Filip sözə başlayıb danışdı və Müqəddəs Yazıların bu hissəsindən başlayıb İsa barədə olan Müjdəni bəyan etdi.
36 A když jeli cestou, přijeli k jedné vodě. I řekl komorník: Aj, teď voda. Proč nemám býti pokřtěn?
Onlar yol gedə-gedə gəlib su olan yerə çatdılar. Hərəmağası dedi: «Burada su var. Mənim vəftiz olmağıma nə isə mane olurmu?»
37 I řekl Filip: Věříš-li celým srdcem, slušíť. A on odpověděv, řekl: Věřím, že Ježíš Kristus jest Syn Boží.
38 I rozkázal státi vozu, a sstoupili oba do vody, i Filip i komorník. I pokřtil ho.
Sonra əmr etdi ki, araba dayansın. Filip hərəmağası ilə birgə suya girdi. Beləliklə, Filip hərəmağasını vəftiz etdi.
39 A když vystoupili z vody, Duch Páně pochopil Filipa, a neviděl ho více komorník; i jel cestou svou, raduje se.
Sudan çıxanda Rəbbin Ruhu Filipi götürüb oradan uzaqlaşdırdı. Filipi bir daha görməyən hərəmağası sevinə-sevinə yoluna davam etdi.
40 Filip pak nalezen jest v Azotu; a chodě, kázal evangelium všem městům, až přišel do Cesaree.
Filip bir də gördü ki, Aşdod şəhərinə gəlib-çıxıb. O, Qeysəriyyəyə çatanacan bütün şəhərləri gəzib-dolaşaraq Müjdəni yaydı.

< Skutky Apoštolů 8 >