< 2 Kronická 14 >

1 Když pak usnul Abiáš s otci svými, a pochovali jej v městě Davidově, kraloval Aza syn jeho místo něho. Za jeho dnů v pokoji byla země deset let.
Aviya ataları ilə uyudu və onu Davudun şəhərində basdırdılar. Yerinə oğlu Asa padşah oldu. Onun dövründə ölkə on il rahat yaşadı.
2 I činil Aza to, což se dobře líbilo Hospodinu Bohu jeho.
Asa Allahı Rəbbin gözündə yaxşı və doğru olan işlər etdi.
3 Nebo zbořil oltáře cizí i výsosti, a stroskotal obrazy jejich, a posekal háje jejich.
Özgə allahların qurbangahlarını və səcdəgahları aradan qaldırdı və sütunları qırdı, Aşera bütlərini kəsdi.
4 A přikázal Judovi, aby hledali Hospodina Boha otců svých, a ostříhali zákona a přikázaní jeho.
Asa atalarının Allahı Rəbbi axtarmağı və qanunla əmrlərinə əməl etməyi Yəhudaya söylədi.
5 Zkazil, pravím, po všech městech Judských výsosti a slunečné obrazy, a bylo v pokoji království za času jeho.
Yəhudanın bütün şəhərlərindən səcdəgahları və buxur qurbangahlarını aradan qaldırdı. Onun dövründə ölkə rahat yaşadı.
6 Zatím vzdělal města hrazená v Judstvu, proto že v pokoji byla země, aniž jaká proti němu válka povstala těch let; nebo Hospodin dal jemu odpočinutí.
O, Yəhudada qalalı şəhərlər tikdi, çünki o illərdə ölkədə əmin-amanlıq idi və orada müharibə yox idi. Rəbb ona dinclik vermişdi.
7 I řekl lidu Judskému: Vzdělejme ta města, a ohraďme je zdmi a věžemi, branami i závorami, dokudž země jest v moci naší. Aj, že jsme hledali Hospodina Boha svého, hledali jsme ho, a dal nám odpočinutí odevšad. A tak stavěli a šťastně se jim zvedlo.
Asa Yəhudalılara dedi: «Bu şəhərləri tikək, ətrafında divarlar və qüllələr, qapılar və sürgülər düzəldək. Ölkə hələ bizimdir, çünki biz Allahımız Rəbbi axtardıq, Onu axtardığımıza görə Allah bizə hər tərəfdən dinclik verdi». Onlar beləcə uğurla tikdilər.
8 Měl pak Aza vojsko těch, kteříž nosili štíty a kopí, z pokolení Judova třikrát sto tisíců, a z Beniaminova pavézníků a střelců dvě stě a osmdesáte tisíců. Všickni ti byli muži udatní.
Asanın ordusu Yəhudadan sipər və nizə daşıyan üç yüz min nəfər, Binyamin nəslindən qalxan daşıyan və kaman çəkən iki yüz səksən min nəfərdən ibarət idi. Onların hamısı igid döyüşçülər idi.
9 I vytáhl proti nim Zerach Mouřenín, maje v vojště desetkrát sto tisíců, a vozů tři sta, a přitáhl až k Maresa.
Bunlara qarşı Kuşlu Zerah milyon əsgərlə və üç yüz döyüş arabası ilə Mareşaya hücum etdi.
10 Vytáhl též i Aza proti němu. I sšikovali vojska v údolí Sefata u Maresa.
Asa onun üzərinə getdi və Mareşada Sefata dərəsində döyüş üçün düzüldü.
11 Tedy volal Aza k Hospodinu Bohu svému, a řekl: Hospodine, neníť potřebí tobě velikého množství, když ty chceš pomoci mdlejším. Pomoziž nám, Hospodine Bože náš, neboť v tebe doufáme, a ve jménu tvém jdeme proti množství tomuto. Hospodine, ty jsi Bůh náš; nechť nemá moci proti tobě bídný člověk.
Asa Allahı Rəbbi çağırıb dedi: «Ya Rəbb, güclülər arasında gücsüzəm, yardım edəcək Səndən başqası yoxdur. Ya Rəbb Allahımız, bizə yardım et, çünki Sən bizim dayağımızsan və Sənin isminlə bu qoşunun üstünə gəlmişik. Ya Rəbb, Allahımız Sənsən, qoy insan Sənə üstün gəlməsin».
12 I ranil Hospodin Mouřeníny před Azou a před lidem Judským, tak že utíkali Mouřenínové.
Asanın və Yəhudalıların önündə Rəbb Kuşluları qırdı və Kuşlular qaçdı.
13 A honil je Aza i lid, kterýž byl s ním, až do Gerar. I padli Mouřenínové, že se nijakž otaviti nemohli; nebo potříni jsou před Hospodinem a před vojskem jeho. I odnesli onino kořistí velmi mnoho.
Asa və onunla birgə olan xalq onları Gerara qədər təqib etdi. Kuşlulardan o qədər ölən oldu ki, heç kəs salamat qalmadı, çünki Rəbbin və onun ordusunun önündə məhv olmuşdular. Yəhudalılar çoxlu qənimət ələ keçirdilər.
14 Pohubili také všecka města vůkol Gerar; strach zajisté Hospodinův připadl na ně. I vzebrali všecka města; nebo mnoho kořistí v nich bylo.
Gerar ətrafındakı bütün şəhərləri dağıtdılar, çünki onların canına Rəbbin qorxusu düşmüşdü. Bütün şəhərləri qarət etdilər, orada çoxlu qənimət vardı.
15 Též i obyvatele v staních při dobytcích zbili, a zajavše ovec velmi mnoho a velbloudů, navrátili se do Jeruzaléma.
Çoban çadırlarını da dağıtdılar, çoxlu qoyun-keçi və dəvə apardılar. Sonra Yerusəlimə qayıtdılar.

< 2 Kronická 14 >