< 1 Královská 19 >
1 Tedy oznámil Achab Jezábel všecko to, což učinil Eliáš, a že naprosto všecky proroky její pobil mečem.
Axav İlyasın etdiyi bütün işləri və onun necə bütün peyğəmbərləri qılıncla öldürdüyünü İzevelə danışdı.
2 A protož poslala Jezábel posla k Eliášovi, řkuci: Toto ať mi učiní bohové a toto přidadí, jestliže v tuto hodinu zítra neučiním tobě, jako ty kterému z nich.
İzevel İlyasın yanına qasid göndərib dedi: «Sabah bu vaxt mən səni onların gününə salmasam, qoy allahlar mənə beləsini və bundan betərini etsin».
3 Což když zvěděl, vstana, odšel pro zachování života svého, a přišel do Bersabé, jenž jest v Judstvu, kdež nechal mládence svého.
İlyas bunu görüb canını qurtarmaq üçün Yəhudada olan Beer-Şevaya getdi. Nökərini orada qoyub,
4 Sám pak šel předce po poušti cestou dne jednoho, a přišed, usadil se pod jedním jalovcem, a žádal sobě smrti a řekl: Jižť jest dosti, ó Hospodine, vezmi duši mou, nebť nejsem lepší otců svých.
özü çöldə bir günlük yol getdi. Gəlib bir süpürgə ağacının altında oturdu və canına ölüm diləyib dedi: «Bəsdir, ya Rəbb, indi mənim canımı al, çünki mən atalarımdan yaxşı deyiləm».
5 I lehl a usnul pod tím jalovcem. A aj, v touž chvíli anděl dotekl se ho a řekl jemu: Vstaň, pojez.
O, süpürgə ağacının altında uzanıb yuxuya getdi. Bu zaman bir mələk ona toxunub dedi: «Qalx yemək ye!»
6 A když pohleděl vůkol, a aj, u hlavy jeho chléb na uhlí pečený a číše vody. I pojedl a napil se, a lehl zase.
İlyas baxıb gördü ki, başının kənarında isti daş üzərində bişən bir kökə və bir bardaq su var. O yeyib-içdi və yenə yuxuya getdi.
7 Opět vrátiv se anděl Hospodinův po druhé, dotekl se ho a řekl: Vstaň, pojez, nebo velmi dlouhou máš cestu před sebou.
Rəbbin mələyi ikinci dəfə qayıtdı və ona toxunub dedi: «Qalx yemək ye, çünki çox uzun yol gedəcəksən».
8 A vstav, jedl a pil, a šel v síle pokrmu toho čtyřidceti dní a čtyřidceti nocí, až na horu Boží Oréb.
O qalxdı və yeyib-içdi. Yeməyin gücü ilə qırx gün-qırx gecə Allahın dağı Xorevə qədər getdi.
9 Kdežto všed do jakési jeskyně, nocoval tam. A aj, řeč Hospodinova k němu, a řekl jemu: Co tu děláš, Eliáši?
İlyas oradakı mağaraya girdi və burada gecələdi. Ona «İlyas, burada nə edirsən?» deyə Rəbbin sözü nazil oldu.
10 Kterýž odpověděl: Velice jsem horlil pro Hospodina Boha zástupů; nebo opustili smlouvu tvou synové Izraelští, oltáře tvé zbořili a proroky tvé zmordovali mečem. I zůstal jsem já sám, teď pak hledají života mého, aby mi jej odjali.
O dedi: «Mən Ordular Allahı Rəbb üçün çox fədakarlıq göstərdim. Çünki İsrail övladları Sənin əhdini unutdular, qurbangahlarını dağıtdılar və peyğəmbərlərini qılıncla öldürdülər. Təkcə mən qaldım, onlar canımı almaq üçün məni də axtarırlar».
11 Řekl Bůh: Vyjdi a stůj na hoře před Hospodinem. A aj, Hospodin šel tudy, a vítr veliký a silný, podvracující hory a rozrážející skály před Hospodinem, ale nebyl v tom větru Hospodin. Za tím pak větrem země třesení, ale nebyl v tom třesení Hospodin.
O dedi: «Çıx, dağda Rəbbin önündə dur, çünki Rəbb buradan keçəcək». Dağları yaran və Rəbbin önündə qayaları parçalayan böyük və güclü bir külək əsdi, ancaq Rəbb küləkdə deyildi. Küləkdən sonra zəlzələ oldu, ancaq Rəbb zəlzələdə deyildi.
12 A za třesením oheň, ale nebyl v ohni Hospodin. A za ohněm hlas tichý a temný.
Zəlzələdən sonra od düşdü, ancaq Rəbb odda deyildi. Oddan sonra xəfif bir meh səsi gəldi.
13 Což když uslyšel Eliáš, zavinul tvář svou pláštěm svým, a vyšed, stál u dveří jeskyně, a aj, hlas k němu, řkoucí: Co tu děláš, Eliáši?
İlyas bunu eşidəndə üzünü cübbəsi ilə örtdü və çıxıb mağaranın ağzında dayandı. Bir səs ona dedi: «İlyas, burada nə edirsən?»
14 Kterýž odpověděl: Náramně horlil jsem pro Hospodina Boha zástupů; nebo opustili smlouvu tvou synové Izraelští, oltáře tvé zbořili, a proroky tvé pomordovali mečem. I zůstal jsem já sám, teď pak hledají života mého, aby mi jej odjali.
O dedi: «Mən Ordular Allahı Rəbb üçün çox fədakarlıq göstərdim. Çünki İsrail övladları Sənin əhdini unutdular, qurbangahlarını dağıtdılar və peyğəmbərlərini qılıncla öldürdülər. Təkcə mən qaldım, onlar canımı almaq üçün məni də axtarırlar».
15 Ale Hospodin řekl jemu: Jdi, navrať se cestou svou k Damašské poušti, kdežto přijda, pomažeš Hazaele za krále nad Syrií.
Rəbb ona dedi: «Qalx çöl yolu ilə Dəməşqə get. Oraya çatanda Xazaeli Aram üzərində padşah olmaq üçün məsh et,
16 Jéhu také syna Namsi pomažeš za krále nad Izraelem, a Elizea syna Safatova z Abelmehula pomažeš za proroka místo sebe.
Nimşi oğlu Yehunu İsrail üzərində padşah olmaq üçün məsh et, Avel-Mexoladan olan Şafat oğlu Elişanı öz yerinə peyğəmbər olmaq üçün məsh et.
17 I stane se, že toho, kdož by ušel meče Hazaelova, zamorduje Jéhu, a toho, kdož by ušel meče Jéhu, zamorduje Elizeus.
Xazaelin qılıncından qurtaranı Yehu öldürəcək, Yehunun qılıncından qurtaranı Elişa öldürəcək.
18 Zachovalť jsem pak v Izraeli sedm tisíců, jichžto všech kolena neskláněla se Bálovi, a jichžto všech ústa nelíbala ho.
Ancaq Mən İsraildə Baal qarşısında diz çökməmiş və dodaqları onu öpməmiş hər kəsi – yeddi min adamı saxlamışam».
19 A tak odšed odtud, nalezl Elizea syna Safatova, an oře, a dvanáctero spřežení před ním, sám také byl při dvanáctém. A jda mimo něj Eliáš, uvrhl plášť svůj na něj.
İlyas oranı tərk etdi və Şafat oğlu Elişanı tapdı. O, yer şumlayırdı, önündə on iki cüt öküz var idi və özü on ikinci cüt öküzü sürürdü. İlyas Elişanın yanından keçəndə cübbəsini onun üstünə atdı.
20 Kterýž zanechav volů, běžel za Eliášem a řekl: Prosím, nechť políbím otce svého a matky své, i půjdu za tebou. Jemuž řekl: Jdi, vrať se zase, nebo vidíš, coť jsem učinil.
Elişa öküzləri qoyub İlyasın dalınca qaçdı və dedi: «Qoy gedib ata-anamı öpüm, sonra sənin dalınca gələrəm». İlyas ona dedi: «Geri qayıt, mən sənə nə etdim?»
21 Navrátil se tedy od něho, a vzav pár volů, zabil je a dřívím z pluhu uvařil maso jejich, kteréž dal lidu, i jedli. A vstav, šel za Eliášem a přisluhoval jemu.
Elişa ondan ayrılıb geri qayıtdı. Öz bir cüt öküzünü götürüb onları qurban kəsdi. Öküzləri kotanın taxtaları ilə bişirib ətlərini xalqa verdi və onlar yedilər. Sonra o qalxıb İlyasın dalınca getdi və ona xidmət etdi.