< Zachariáš 2 >
1 Opět pozdvihl jsem očí svých, a uzřel jsem, a aj muž, v jehož ruce byla šnůra míry.
Mən başımı qaldırıb baxdım və əlində ölçü ipi olan bir adam gördüm.
2 I řekl jsem: Kam jdeš? I řekl mi: Měřiti Jeruzaléma, abych viděl, jak veliká širokost jeho, a jak veliká dlouhost jeho.
«Hara gedirsən?» deyib soruşdum. O mənə dedi: «Yerusəlimi ölçməyə, en və uzunluğunun nə qədər olduğunu öyrənməyə gedirəm».
3 A aj, když anděl ten, kterýž mluvil se mnou, vycházel, jiný anděl vycházel jemu vstříc.
Mənimlə danışan mələk yanımdan çıxanda başqa bir mələk onu qarşılamağa gəldi
4 A řekl jemu: Běž, mluv k mládenci tomu, řka: Po vsech bydliti budou Jeruzalémští, pro množství lidu a dobytka u prostřed něho.
və ona dedi: «Qaç, o cavana söylə ki, içində adamlar Və heyvanlar çox olduğu üçün Yerusəlim divarsız bir şəhər olacaq.
5 A já budu, praví Hospodin, jeho zdí ohnivou vůkol, a slávou budu u prostřed něho.
“Mən Özüm onun ətrafında odlu divara çevriləcəyəm, Onun içində izzət olacağam” bəyan edir Rəbb».
6 Nuže, nuže, utectež již z země půlnoční, praví Hospodin, poněvadž se čtyř stran světa volný průchod učinil jsem vám, praví Hospodin.
«Haydı, haydı! Şimal ölkəsindən qaçın» deyir Rəbb, «Çünki sizi göydə dörd tərəfə əsən Külək kimi dağıtmışdım» deyir Rəbb.
7 Nuže, Sione, kterýž přebýváš u dcery Babylonské, vydobuď se.
«Haydı! Ey Sion, sən ki Babil şəhərində yaşayırsan, qaçıb qurtar!»
8 Nebo takto praví Hospodin zástupů: Po slávě poslal mne proti národům těm, kteříž zloupili vás; nebo kdož se dotýká vás, dotýká se zřítelnice oka mého.
Çünki Ordular Rəbbi deyir ki, İzzəti üçün sizi qarət etmiş millətlərin yanına Məni göndərdi. Sizə toxunan Onun göz bəbəyinə toxunmuş olur.
9 Nebo aj, já zdvihnu ruku svou proti nim, a budou loupež služebníkům svým, i zvíte, že Hospodin zástupů poslal mne.
Mən o millətlərə qarşı əlimi qaldıracağam, Əsarətlərində olanlar onları qarət edəcək. Onda biləcəksiniz ki, Məni Ordular Rəbbi göndərmişdir.
10 Prozpěvuj a vesel se, dcero Sionská; nebo aj, já přijdu a budu bydliti u prostřed tebe, praví Hospodin.
«Şadlıq edib sevin, ey Sion qızı! Çünki aranızda yaşamağa gəlirəm» bəyan edir Rəbb.
11 I připojí se národové mnozí k Hospodinu v ten den, a budou mým lidem, a budu bydliti u prostřed tebe, i zvíš, že Hospodin zástupů poslal mne k tobě.
«O gün çoxlu millətlər Rəbbə bağlanacaq, Mənim xalqım olacaq. O zaman aranızda yaşayacağam. Siz biləcəksiniz ki, Məni yanınıza Ordular Rəbbi göndərib.
12 Tehdy dědičně ujme Hospodin Judu, díl svůj, v zemi svaté, a vyvolí zase Jeruzalém.
Rəbb müqəddəs torpaqda Yəhudanı Öz payı olaraq mülk alacaq, Yenə Yerusəlimi seçəcək.
13 Umlkniž všeliké tělo před oblíčejem Hospodinovým, neboť procítí z příbytku svatosti své.
Ey bütün bəşər, Rəbbin önündə susun! Çünki O Öz müqəddəs məskənindən qalxıb gəlir!»