< 1 Timoteovi 3 >

1 Věrnáť jest řeč, žádá-li kdo biskupství, žeť výborné práce žádá.
Bu söz etibarlıdır: kim cəmiyyətdə nəzarətçi olmağa can atırsa, xeyirli iş arzu edir.
2 Ale musíť biskup býti bez úhony, jedné manželky muž, bedlivý, středmý, vážný, k hostem přívětivý, způsobný k učení,
Nəzarətçi nöqsansız, tək arvadlı olaraq ona sadiq, ayıq, ağıllı-kamallı, ədəbli, qonaqpərvər olmalı, öyrətməyi bacarmalıdır.
3 Ne piján vína, ne bitec, ani mrzkého zisku žádostivý, ale mírný, ne svárlivý, ne lakomec,
Şərab düşkünü olmamalı; zorakı deyil, mülayim olmalı; davakar və pulpərəst olmamalıdır.
4 Kterýž by dům svůj dobře spravoval, kterýž by dítky měl v poddanosti se vší poctivostí.
Öz evini yaxşı idarə etməli, tam bir ləyaqətlə uşaqlarını öz tabeliyində saxlamalıdır.
5 (Nebo jestliže kdo domu svého spraviti neumí, kterak o církev Páně pečovati bude?)
Öz şəxsi evini idarə edə bilməyən Allahın cəmiyyətinin qayğısına necə qala bilər?
6 Ne novák, aby nadut jsa, neupadl v potupení ďáblovo.
Nəzarətçi yeni iman etmiş adam olmamalıdır. Yoxsa qürurlanıb iblisin uğradığı eyni mühakiməyə uğraya bilər.
7 Musíť také i svědectví dobré míti od těch, kteříž jsou vně, aby neupadl v pohanění a v osídlo ďáblovo.
Kənar insanlar tərəfindən də yaxşı bir insan kimi tanınmalıdır. Belə ki iblisin qurduğu tora düşüb utandırılmasın.
8 Takž podobně jahnové mají býti poctiví, ne dvojího jazyka, ne mnoho vína pijící, ne žádostiví mrzkého zisku,
Cəmiyyət xidmətçiləri də ləyaqətli olmalıdır. Riyakar, şərab düşkünü yaxud haqsız qazanca həris olmamalıdır.
9 Mající tajemství víry v svědomí čistém.
İman sirrini təmiz vicdanla saxlamalıdırlar.
10 A ti také ať jsou nejprv zkušeni, a tak ať přisluhují, jsouce bez úhony.
Onlar da əvvəlcədən sınaqdan keçsinlər, əgər nöqsanları olmazsa, o zaman xidmət etsinlər.
11 Též i manželky ať mají poctivé, neutrhavé, středmé, ve všem věrné.
Qadınlar da böhtançı deyil, ləyaqətli, ayıq və hər şeydə sadiq olmalıdırlar.
12 Jahnové buďtež jedné manželky muži, kteříž by dítky dobře spravovali i své domy.
Xidmətçilər tək arvadlı olaraq ona sadiq olsun, öz uşaqlarını və evlərini yaxşı idarə etsinlər.
13 Nebo kteříž by dobře přisluhovali, dobrého stupně sobě dobudou, a mnohé doufanlivosti u víře, kteráž jest v Kristu Ježíši.
Çünki yaxşı xidmət edənlər özləri üçün yaxşı bir mövqe və Məsih İsaya olan imanlarında böyük cəsarət qazanırlar.
14 Totoť píši tobě, maje naději, že brzo příjdu k tobě.
Tezliklə yanına gəlmək ümidi ilə bu şeyləri sənə yazıram ki,
15 Pakliť prodlím, abys věděl, kterak máš v domě Božím obcovati, kterýž jest církev Boha živého, sloup a utvrzení pravdy.
əgər geciksəm belə, sən Allahın ev xalqı arasında necə həyat sürmək lazım olduğunu biləsən. Bu xalq var olan Allahın cəmiyyəti, həqiqətin dirəyi və bünövrəsidir.
16 A v pravdě velikéť jest tajemství pobožnosti, že Bůh zjeven jest v těle, ospravedlněn v Duchu, ukázal se andělům, kázán jest pohanům, uvěřeno jemu na světě, zhůru přijat jest v slávu.
Şübhəsiz ki, möminliyin sirri böyükdür: O, cismən zühur etdi, Ruh tərəfindən təsdiq olundu, Mələklərə göründü, Millətlərə vəz olundu, Dünyada Ona iman edildi, İzzətlə göyə çəkildi.

< 1 Timoteovi 3 >