< Pjesma nad Pjesmama 2 >

1 - Ja sam cvijet šaronski, ljiljan u dolu.
Mən Şaron nərgiziyəm, Dərələrdə bitən zanbağam.
2 - Što je ljiljan među trnjem, to je prijateljica moja među djevojkama.
Mənim yarım qızlar arasındadır, Elə bil bir zanbaq tikanlar arasındadır.
3 - Što je jabuka među šumskim stablima, to je dragi moj među mladićima; bila sam željna hlada njezina i sjedoh, plodovi njeni slatki su grlu mome.
Mənim sevgilim oğlanlar arasındadır, Meşədəki ağaclar arasında alma ağacına oxşayır. Kölgəsində oturmaqdan zövq alıram, Meyvəsinin dadı damağımdan getmir.
4 Uveo me u odaje vina i pokrio me zastavom ljubavi.
O məni ziyafət evinə apardı, Sevgisi bayraq kimi üzərimdə dalğalanır.
5 Okrijepite me kolačima, osvježite jabukama, jer sam bolna od ljubavi.
Mən eşq xəstəsiyəm, Kişmiş verin, qüvvətlənim, Alma verin, cana gəlim.
6 Njegova mi je lijeva ruka pod glavom, a desnom me grli.
Sevgilim sol əlini başımın altına salır, Sağ əli ilə məni qucağına alır.
7 - Kćeri jeruzalemske, zaklinjem vas srnama i košutama poljskim, ne budite, ne budite ljubav moju dok sama ne bude htjela!
Ey Yerusəlimdəki qızlar, sizi and verirəm Dişi ceyranlara, çöldəki marallara! Bizi bu sevgidən oyatmayın, ayıltmayın, Qoy könül istəyənəcən qalsın.
8 Glas dragoga moga! Evo ga, dolazi, prelijeće brda, preskakuje brežuljke.
Bu, sevgilimin hənirtisidir! O, dağlardan aşaraq, təpələrdən sıçrayaraq gəlir.
9 Dragi je moj kao srna, on je kao jelenče. Evo ga za našim zidom, gleda kroz prozore, zaviruje kroz rešetke.
Sevgilim ahuya, maral balasına oxşayır, Budur, hasarımızın o tayında dayanır, Pəncərələrdən boylanır, barmaqlıqlardan baxır.
10 Dragi moj podiže glas i govori mi: “Ustani, dragano moja, ljepoto moja, i dođi,
Mənə belə dedi sevgilim: «Dur gəl, yarım, gözəlim.
11 jer evo, zima je već minula, kiša je prošla i nestala.
Budur, artıq qış keçib, Yağıntılar kəsilib.
12 Cvijeće se po zemlji ukazuje, vrijeme pjevanja dođe i glas se grličin čuje u našem kraju.
Hər yanda güllər bitib, Nəğmə oxumağın zamanı yetib, Qumrunun səsi torpağı bürüyüb.
13 Smokva je izbacila prve plodove, vinograd, u cvatu, miriše. Ustani, dragano moja, ljepoto moja i dođi.
Əncir yaşıl bar gətirib, Üzüm çiçəklənib ətrini saçır. Dur gəl, yarım, gözəlim!»
14 Golubice moja, u spiljama kamenim, u skrovištima vrletnim, daj da ti vidim lice i da ti čujem glas, jer glas je tvoj ugodan i lice je tvoje krasno.”
Ey gözəl göyərçinim, Sanki sal qayalarda, sıldırımlarda gizlənmisən. Qoy üzünü görüm, səsini eşidim, Çünki şirin səsli, gözəl surətlisən.
15 Pohvatajte lisice, male lisice što oštećuju vinograde, naše vinograde u cvatu.
Tülküləri, kiçik tülküləri tutun, Üzümlükləri korlamağa qoymayın, Çünki bağlarımız çiçəklənib.
16 Dragi moj pripada meni, a ja njemu, on pase među ljiljanima.
Sevgilim mənimdir, mən də onunam, O, sürüsünü zanbaqlıq içərisində otarır.
17 Prije nego dan izdahne i sjene se spuste, vrati se, dragi moj: budi lagan kao srna, kao lane na gori Beteru.
Gün sərinləşənəcən, kölgələr düşənəcən, Ey sevgilim, geri qayıt, Şişuclu dağların qoynunda olan Ahuya, maral balasına bənzərsən.

< Pjesma nad Pjesmama 2 >