< Otkrivenje 13 >

1 I stade na morski žal. I vidjeh: iz mora Zvijer izlazi sa deset rogova i sedam glava; na rogovima joj deset kruna, na glavama bogohulna imena.
Dənizdən çıxan on buynuzlu və yeddi başlı bir vəhşi heyvan gördüm. Onun buynuzlarının üstündə on kiçik tac var idi, başlarının üzərində isə küfr olan adlar yazılmışdı.
2 Ta Zvijer što je vidjeh bijaše nalik na leoparda, noge joj kao medvjeđe, usta kao usta lavlja. Zmaj joj dade svoju silu i prijestolje i vlast veliku.
Gördüyüm vəhşi heyvan bəbirə oxşayırdı. Onun ayaqları ayı ayaqları kimi, ağzı da aslan ağzı kimi idi. Əjdaha ona öz gücünü, taxtını və böyük səlahiyyət verdi.
3 Jedna joj glava bijaše kao na smrt zaklana, ali joj se smrtna rana zaliječila. Sva se zemlja, začuđena, zanijela za Zvijeri
Vəhşi heyvanın başlarından biri sanki ölümcül yaralanmışdı, ancaq o, ölümcül yarasından sağaldı. Bütün yer üzü heyrət içində vəhşi heyvanın ardınca getdi.
4 i svi se pokloniše Zmaju koji dade takvu vlast Zvijeri. Pokloniše se i Zvijeri govoreći: “Tko je kao Zvijer! Tko bi smio ratovati s njom?”
Əjdahaya səcdə etdilər, çünki vəhşi heyvana səlahiyyət verən o idi. Həmçinin vəhşi heyvana səcdə edib dedilər: «Kim bu vəhşi heyvana tay olar və onunla döyüşə bilər?»
5 I dana su joj usta da govori drskosti i hule i dana joj je vlast da to čini četrdeset i dva mjeseca.
Vəhşi heyvana lovğa və küfr danışan bir ağız da verildi. Həm də ona səlahiyyətini qırx iki ay icra etmək izni verildi.
6 I ona otvori usta da huli Boga, da huli ime njegovo, njegov Šator i nebesnike.
O, ağzını açdı ki, Allaha küfr etsin, Onun adına, həmçinin məskəninə, yəni göydə məskən salanlara küfr söyləsin.
7 I dano joj je da se zarati sa svecima i da ih pobijedi. Dana joj je vlast nad svakim plemenom i pukom i jezikom i narodom:
Ona izin verildi ki, müqəddəslərlə döyüşüb onlara qalib gəlsin. Həmçinin ona bütün tayfalar, xalqlar, dillər və millətlər üzərində səlahiyyət verildi.
8 da joj se poklone svi pozemljari, oni kojima ime nije zapisano u knjizi života zaklanog Jaganjca, od postanka svijeta.
Kəsilmiş Quzunun həyat kitabına dünya yaranandan bəri adı yazılanlardan savayı, yer üzündə yaşayanların hamısı ona səcdə edəcək.
9 Tko ima uho, nek posluša!
Kimin qulağı var, qoy eşitsin.
10 Je li tko za progonstvo, u progonstvo će ići! Je li tko za mač, da bude pogubljen, mačem će biti pogubljen! U tom je postojanost i vjera svetih.
Kim əsir olmalıdırsa, Əsirliyə gedir, Kim qılıncla öldürülməlidirsə, Qılıncla öldürülür. Gərək müqəddəslərin dözümü və imanı olsun.
11 I vidjeh: druga jedna Zvijer uzlazi iz zemlje, ima dva roga poput jaganjca, a govori kao Zmaj.
Mən yerdən çıxan başqa bir vəhşi heyvan da gördüm. Onun quzu buynuzuna oxşayan iki buynuzu var idi, amma əjdaha kimi danışırdı.
12 Vrši svu vlast one prve Zvijeri, u njenoj nazočnosti. Prisiljava zemlju i sve pozemljare da se poklone prvoj Zvijeri kojoj ono zacijeli smrtna rana.
O, birinci vəhşi heyvanın bütün səlahiyyətini onun önündə icra edir, yer üzünü və orada yaşayanları ölümcül yarasından sağalan həmin vəhşi heyvana səcdə etməyə məcbur edir.
13 Čini znamenja velika: i oganj spušta s neba na zemlju naočigled ljudi.
İkinci vəhşi heyvan böyük əlamətlər göstərir, hətta insanların önündə göydən yerə od yağdırır.
14 Tako zavodi pozemljare znamenjima koja joj je dano činiti u nazočnosti Zvijeri: svjetuje pozemljarima da načine kip Zvijeri koja bijaše udarena mačem, ali preživje.
Birinci vəhşi heyvanın önündə göstərilməsinə izin verilmiş əlamətlərlə yer üzündə yaşayanları aldadaraq onlara deyir ki, qılıncla yaralanan, amma sağ qalan həmin vəhşi heyvanın surətini yaratsınlar.
15 I dano joj je udahnuti život kipu Zvijeri te kip Zvijeri progovori i poubija sve koji se god ne klanjaju kipu Zvijeri.
Ona həmin vəhşi heyvanın surətinə nəfəs vermək qüdrəti verildi ki, bu surət də danışsın və ona səcdə etməyən hər kəsin öldürülməsini əmr etsin.
16 Ona postiže da se svima - malima i velikima, bogatima i ubogima, slobodnjacima i robovima - udari žig na desnicu ili na čelo,
İkinci vəhşi heyvan hamını – böyükləri və kiçikləri, varlıları və yoxsulları, azadları və qulları məcbur edir ki, sağ əlləri yaxud alınları damğalansın.
17 i da nitko ne mogne kupovati ili prodavati osim onog koji nosi žig s imenom Zvijeri ili s brojem imena njezina.
Beləcə bu damğanı, yəni həmin vəhşi heyvanın adını ya da adını təmsil edən sayı daşımayan bir kəsə alıb-satmağa icazə verilmir.
18 U ovome je mudrost: u koga je uma, nek odgoneta broj Zvijeri. Broj je to jednog čovjeka, a broj mu je šest stotina šezdeset i šest.
Bu işdə müdrik olmaq lazımdır. Kimin ağlı var, qoy bu vəhşi heyvana məxsus sayı hesablasın, çünki bu bir insanın sayıdır. Onun sayı altı yüz altmış altıdır.

< Otkrivenje 13 >