< Mudre Izreke 14 >

1 Ženska mudrost sagradi kuću, a ludost je rukama razgrađuje.
Hikmətli qadın evini qurar, Səfeh qadın onu öz əli ilə uçurar.
2 Tko živi s poštenjem, boji se Jahve, a tko ide stranputicom, prezire ga.
Düz yol tutan Rəbdən qorxar, Yolunu azan Ona xor baxar.
3 U luđakovim je ustima šiba za oholost njegovu, a mudre štite vlastite usne.
Səfeh lovğa sözlərinə görə kötək qazanar, Hikmətlinin dili onu qoruyar.
4 Gdje nema volova, prazne su jasle, a obilna je žetva od snage bikove.
Öküz olmayan yerdə axur təmiz olar, Amma bol məhsul öküzün gücü ilə yaranar.
5 Istinit svjedok ne laže, a krivi svjedok širi laž.
Doğru şahid yalan deməz, Yalançı şahid yalandan üzə durar.
6 Podsmjevač traži mudrost i ne nalazi je, a razumni lako dolazi do znanja.
Rişxəndçi hikmət axtaranda onu tapmaz, Dərrakəli adama bilik tapmaq asan olar.
7 Idi od čovjeka bezumna jer nećeš upoznati usne što zbore znanje.
Axmağın qarşısından çəkil, Onun dilində ağıllı söz tapmazsan.
8 Mudrost je pametna čovjeka u tom što pazi na svoj put, a bezumnička ludost prijevara je.
Uzaqgörən hikməti ilə öz yolunu anlar, Axmaq səfehliyi ilə öz-özünü aldadar.
9 Luđacima je grijeh šala, a milost je Božja s poštenima.
Səfehlər günaha rişxənd edər, Əməlisalehlər bir-birini məmnun edər.
10 Srce poznaje svoj jad, i veselje njegovo ne može dijeliti nitko drugi.
Ürək öz dərdini bilər, Özgələr onun sevincinə şərik olmaz.
11 Dom opakih propast će, a šator će pravednika procvasti.
Şərin evi tar-mar olar, Əməlisalehlərin yurdu çiçək açar.
12 Neki se put učini čovjeku prav, a na koncu vodi k smrti.
Yol var ki, insanın qarşısında düz görünür, Amma sonu ölümdür.
13 I u smijehu srce osjeća bol, a poslije veselja dolazi tuga.
Ürək güləndə də qəmli olar, Sevincin sonunda da kədər var.
14 Otpadnik se siti svojim prestupcima, a dobar čovjek svojim radom.
Azğın ürəklilər öz yollarının bəhrəsini doyunca yeyir, Yaxşı adam isə əməlinin əvəzini alır.
15 Glupan vjeruje svakoj riječi, a pametan pazi na korak svoj.
Cahil hər sözə inanar, Uzaqgörən hər addımına nəzər salar.
16 Mudar se boji i oda zla se uklanja, a bezuman se raspaljuje i bez straha je.
Hikmətli qorxub pislikdən dönər, Axmaq ehtiyatsızdır, özünə güvənər.
17 Nagao čovjek čini ludosti, a razborit ih podnosi.
Hövsələsiz səfeh-səfeh iş görər, Pisniyyət adama nifrət edilər.
18 Glupaci baštine ludost, a mudre ovjenčava znanje.
Cahil səfehliyi irs alar, Uzaqgörənin başına bilik tacı qoyular.
19 Zli padaju ničice pred dobrima i opaki pred vratima pravednikovim.
Pislər yaxşıların qarşısında, Şər adam isə salehin qapısında əyilər.
20 I svom prijatelju mrzak je siromah, a bogataš ima mnogo ljubitelja.
Yoxsula qonşusu da nifrət edər, Zəngini isə çox adam sevər.
21 Griješi tko prezire bližnjega svoga, a blago onomu tko je milostiv ubogima.
Qonşusuna xor baxan günaha batar, Məzluma səxavət göstərən nə bəxtiyardır!
22 Koji snuju zlo, ne hode li stranputicom, a zar nisu dobrota i vjernost s onima koji snuju dobro?
Şər quranlar yolundan azmırlarmı? Məqsədi xeyirxahlıq olan xeyirxahlığa, sədaqətə çatar.
23 U svakom trudu ima probitka, a pusto brbljanje samo je na siromaštvo.
Hər zəhmətdə bir fayda var, Boş sözlər insanı ehtiyac içində qoyar.
24 Mudrima je vijenac bogatstvo njihovo, a bezumnima kruna - njihova ludost.
Hikmətlinin başına sərvət tacı qoyular, Axmaqlar səfehliyi ilə tanınar.
25 Istinit svjedok izbavlja duše, a tko laži širi, taj je varalica.
Doğru şahid canları qurtarar, Yalançı şahid hiylə qurar.
26 U strahu je Gospodnjem veliko pouzdanje i njegovim je sinovima utočište.
Rəbdən qorxan tam arxayındır, Çünki Rəbb onun övladlarının pənahıdır.
27 Strah Gospodnji izvor je života: on izbavlja od zamke smrti.
Rəbb qorxusu həyat qaynağıdır, İnsanı ölüm tələsinə düşməkdən geri qaytarır.
28 Mnoštvo je naroda ponos kralju, a bez puka knez propada.
Padşahın əzəməti xalqın çoxluğu ilə bilinər, Əgər təbəələri olmasa, hökmdar süqut edər.
29 Tko se teško srdi, velike je razboritosti, a nabusit duhom pokazuje ludost.
Gec qəzəblənənin böyük dərrakəsi var, Hövsələsizlərdən səfehlik çıxar.
30 Mirno je srce život tijelu, a ljubomor je gnjilež u kostima.
Ürəyin rahatlığı cana həyat verər, Paxıllıqsa sümükləri çürüdər.
31 Tko tlači siromaha huli na stvoritelja, a časti ga tko je milostiv ubogomu.
Kasıba zülm edən Yaradanına xor baxar, Yoxsula lütf göstərən Ona hörmət edər.
32 Opaki propada zbog vlastite pakosti, a pravednik i u samoj smrti nalazi utočište.
Şər adam pisliyi üzündən qovular, Salehin ölümündə belə, pənahı var.
33 U razumnu srcu mudrost počiva, a što je u bezumnome, to se i pokaže.
Hikmət dərrakəlinin qəlbində özünə rahat yuva qurar, Hətta axmaqların arasında da bəlli olar.
34 Pravednost uzvisuje narod, a grijeh je sramota pucima.
Salehlik bir milləti ucaldar, Günah ümmətləri utandırar.
35 Kralju je mio razborit sluga, a na sramotna se srdi.
Padşah ağıllı qulundan razı qalar, Adbatıransa onun qəzəbinə düçar olar.

< Mudre Izreke 14 >