< Brojevi 19 >
1 Jahve reče Mojsiju i Aronu:
Rəbb Musaya və Haruna dedi:
2 “Ovo je zakonska odredba što ju je Jahve naredio: Reci Izraelcima neka ti dovedu crvenu junicu, zdravu, na kojoj nema mane i na koju još nije stavljan jaram.
«Bu, Rəbbin əmr etdiyi qanunun qaydasıdır: İsrail övladlarına deyin ki, qüsursuz, eyibsiz, heç vaxt boynuna bir boyunduruq taxılmayan bir qırmızı düyə gətirsinlər.
3 A vi je predajte svećeniku Eleazaru. Neka se zatim izvede izvan tabora i zakolje pred njim.
Onu kahin Eleazara verin. Düyə düşərgənin kənarına çıxarılsın və onun önündə kəsilsin.
4 Svećenik Eleazar neka uzme njezine krvi na svoj prst pa njome poškropi sedam puta prema pročelju Šatora sastanka.
Kahin Eleazar barmağı ilə onun qanından götürərək Hüzur çadırının önünə doğru yeddi dəfə çiləsin.
5 Neka se onda junica spali na njegove oči; neka joj se spale: koža, meso, krv i nečist.
Onun gözləri önündə düyə yandırılsın. Dərisi, əti və qanı, bağırsağı ilə birgə yansın.
6 Potom neka svećenik uzme cedrovine, izopa i crvenoga prediva pa ih baci usred vatre gdje se krava spaljuje.
Kahin sidr ağacının budağını, züfa otunu və al rəngli ipi götürüb yandırılan düyənin üstünə atsın.
7 Neka svećenik opere svoju odjeću, a svoje tijelo u vodi okupa. Poslije toga neka se svećenik vrati u tabor, ali neka je nečist do večeri.
Kahin geyimlərini yusun, bədənini su ilə yusun, sonra düşərgəyə girsin. O, axşama qədər murdar sayılsın.
8 I onaj koji ju je spaljivao neka svoju odjeću opere i okupa svoje tijelo u vodi te bude nečist do večeri.
Qoy düyəni yandıran adam da geyimlərini yusun, bədənini də su ilə yusun və axşama qədər murdar sayılsın.
9 A jedan čist čovjek neka pokupi pepeo od junice pa ga pohrani izvan tabora na čisto mjesto da se čuva izraelskoj zajednici za vodu očišćenja. To je žrtva okajnica.
Düyənin külünü pak adam toplayıb düşərgənin kənarında pak bir yerə qoysun və İsrail övladlarının icması naminə paklama suyu düzəltmək üçün saxlanılsın. Bu, günah qurbanıdır.
10 I onaj koji skupi pepeo od junice neka opere svoju odjeću i bude nečist do večeri. Neka to bude trajan zakon i za Izraelce i za stranca koji među njima boravi.”
Düyənin külünü toplayan adam geyimlərini yusun və axşama qədər murdar sayılsın. Bu, İsrail övladları üçün və aralarında yaşayan yadellilər üçün də əbədi bir qaydadır.
11 “Tko se dotakne mrtva ljudskog tijela neka je nečist sedam dana.
Hər hansı bir insan meyitinə toxunan yeddi gün murdar olacaq.
12 Takav neka se opere tom vodom trećega dana i sedmoga dana pa će biti čist. Ako se ne opere trećega dana i sedmoga dana, neće biti čist.
Üçüncü və yeddinci gün özünü paklama suyu ilə paklasın ki, pak olsun. Əgər üçüncü və yeddinci gün özünü paklamasa, pak olmayacaq.
13 Tko se dotakne mrtvaca, tijela preminula čovjeka, a ne opere se, oskvrnjuje Jahvino prebivalište. Takav neka se iskorijeni iz Izraela. Budući da vodom za očišćenje nije bio poliven, nečist je; njegova je nečistoća još na njemu.”
Bir ölüyə, hər hansı bir insan meyitinə toxunan və özünü pak etməyən adam Rəbbin məskənini murdar edər, o şəxs İsraildən qovulsun. Paklama suyu onun üzərinə səpilmədiyi üçün murdar sayılsın. Onun murdarlığı hələ üzərində qalır.
14 “Ovo je zakon kad koji čovjek umre u šatoru; tko god uđe u šator i tko god bude u šatoru neka je nečist sedam dana.
Çadırda ölən adam üçün təlimat belədir: çadıra girən və çadırda olan hər kəs yeddi gün murdar sayılsın.
15 Svaka otvorena posuda koja ne bude zatvorena poklopcem neka je nečista.
İplə bağlanmış qapağı olmayan hər açıq qab murdar sayılsın.
16 A na otvorenu polju tko se god dotakne poginuloga od mača, ili mrtvaca, ili ljudskih kostiju, ili groba neka je nečist sedam dana.
Çöldə qılıncla öldürülmüş olana, bir ölüyə yaxud bir insan sümüyünə yaxud da qəbirə toxunan şəxs yeddi gün murdar sayılsın.
17 Neka se za onoga koji se onečistio uzme pepela od životinje spaljene za okajnicu i na nj, u kakvu sudu, nalije žive vode.
Murdar adam üçün yanmış günah qurbanı külündən götürüb onun üzərinə axar su tökün.
18 Onda neka čist čovjek uzme izopa, zamoči ga u vodu te poškropi po šatoru, po svemu posuđu, po ljudima koji su tu bili, po onome koji se dotakao kostiju, ili ubijenoga, ili preminuloga, ili groba.
Pak bir adam züfa otunu götürüb, o suya batırsın və çadırın, bütün qabların və orada olanların üzərinə çiləsin. Sümüyə, öldürülən adama, meyitə yaxud da qəbirə toxunan adamın üzərinə də çiləsin.
19 Neka čisti čovjek škropi nečistoga trećega i sedmoga dana. Tako će ga na sedmi dan očistiti. Taj onda neka opere svoju odjeću, okupa se u vodi i neka je navečer čist.
Pak adam murdar adamın üzərinə üçüncü gün və yeddinci gün çiləsin və yeddinci gün bu pak olacaq. O, geyimlərini yusun, su ilə yuyunsun və axşam pak sayılsın.
20 A bude li tko nečist pa se ne očisti, neka se iskorijeni iz zajednice, jer je oskvrnuo Jahvino svetište; vodom za očišćenje nije bio poliven; nečist je!
Ancaq murdar olub özünü pak etməyən adam camaat arasından qovulsun, çünki Rəbbin Müqəddəs məkanını murdarlayıb. Onun üzərinə paklama suyu çilənmədiyi üçün o murdar sayılsın.
21 Neka im i ovo bude trajnim zakonom: i onaj koji je škropio vodom za očišćenje neka opere svoju odjeću; i onaj koji je dirnuo vodu za očišćenje neka je nečist do večeri.
Bu onlara əbədi qayda olsun: paklama suyu çiləyən adam geyimlərini yusun və paklama suyuna toxunan adam axşama qədər murdar sayılsın.
22 Čega se god nečisti dotakne neka je nečisto; a osoba koja se njega dotakne neka je nečista do večeri.”
Murdar adamın toxunduğu hər şey murdar sayılsın. O şeyə toxunan adam axşama qədər murdar sayılsın».