< Mihej 5 >
1 Utvrdi se sada, Tvrđavo! Opkoljeni smo i opsjednuti, palicom po licu udaraju Suca Izraelova.
Ey qoşunlar qızı, indi qoşunlarını topla! Bizi dövrəyə alıblar, İsrail hökmdarının üzünə dəyənəklə vuracaqlar.
2 A ti, Betleheme Efrato, najmanji među kneževstvima Judinim, iz tebe će mi izaći onaj koji će vladati Izraelom; njegov je iskon od davnina, od vječnih vremena.
Rəbb deyir: «Ey Bet-Lexem Efrata, sən Yəhuda nəsillərinin kiçiyi olsan da, Mənim üçün İsrail üzərində Hökmdar səndən çıxacaq. Onun nəsli çox qədimlərə, Zamanın başlanğıcına gedir».
3 Zato će ih Jahve ostaviti dok ne rodi ona koja ima roditi. Tada će se Ostatak njegove braće vratiti djeci Izraelovoj.
Hamilə qadın doğana qədər Rəbb Öz xalqını təslim edəcək. İsrail övladlarının yanına Qalan qohumları qayıdacaq.
4 On će se uspraviti, na pašu izvodit' svoje stado silom Jahvinom, veličanstvom imena Boga svojega. Oni će u miru živjeti, jer će on rasprostrijeti svoju vlast sve do krajeva zemaljskih.
Bu hökmdar Allahı Rəbbin əzəmətli adı ilə qalxacaq, Rəbbin gücü ilə sürüsünü otaracaq. Çünki yer üzünün qurtaracağınadək hər yerdə o böyük olacaq,
5 On - on je mir! Ako Asirci provale u našu zemlju, ako stupe u naše dvore, podići ćemo na njih sedam pastira, osam narodnih knezova.
Xalq onun bəxş etdiyi sülhlə yaşayacaq. Əgər Aşşurlular ölkəmizə gələrsə, Qalalarımıza ayaq açarlarsa, Onlara qarşı başçılarımız – Xalqımızdan olan çoxlu rəhbərlərimiz çıxar.
6 Zemlju asirsku oni će mačem opasti, zemlju Nimrodovu sabljama. I on će nas osloboditi od Asiraca ako provale u našu zemlju, ako stupe na naše tlo.
Qılıncla Aşşur torpaqlarını, Nəmrud ölkəsini viran edəcəklər. Aşşurlular torpağımıza gələndə, Sərhədimizi keçəndə Bizi rəhbərlərimiz qurtaracaq.
7 Tada će Ostatak Jakovljev, među brojnim narodima, biti kao rosa koja od Jahve dolazi, kao kapljice kiše na travi koja ne čeka na čovjeka niti iščekuje sina čovječjeg.
Yaqub nəslinin sağ qalanları Çoxlu xalqlar arasında Heç kimi gözləmədən, Bəşər övladlarından asılı olmadan Rəbbin göndərdiyi şeh tək, Ot üzərinə tökülən leysan kimi olacaq.
8 Tada će Ostatak Jakovljev, među brojnim narodima, biti kao lav među šumskim zvijerima, kao lavić među ovčjim stadima: svaki put kad prolazi, on gazi nogama, razdire, i nitko da od njega izbavi.
Yaqub nəslinin sağ qalanları Çoxlu xalqların, millətlərin arasında Sanki meşə heyvanları arasındakı şir, Qoyun sürüsü arasındakı gənc aslandır. Sürünün içinə girsə, didib dağıdar, Heç kəs ondan qurtula bilməz.
9 Tvoja ruka neka se podigne na protivnike, svi tvoji neprijatelji bit će zatrti!
Əlin düşmənlərin üzərinə qalxacaq, Ey İsrail, yağıların məhv olacaq!
10 “U onaj dan - riječ je Jahvina - potamanit ću sve tvoje konje, uništiti tvoja bojna kola;
«Gün gələcək» Rəbb bəyan edir, «Atlarınızı qıracağam, Döyüş arabalarınızı yox edəcəyəm.
11 razorit ću po tvojoj zemlji svako naselje, porušiti sve tvoje tvrde gradove.
Ölkənizdəki şəhərləri darmadağın edəcəyəm, Bütün qalalarınızı yerlə yeksan edəcəyəm.
12 Zatrt ću iz tvoje ruke bajanje, vračara više nećeš imati;
Əlinizdəki cadugərliyi məhv edəcəyəm, Sizdə gələcəyideyənlər bir daha olmayacaq.
13 i zatrt ću u tebi sve kipove i stupove kamene. I ti se više nećeš klanjati pred djelom ruku svojih.
Sizin bütlərinizi qıracağam, Daş sütunlarınızı söküb-dağıdacağam. Əllərinizlə düzəltdiyiniz əşyaya Artıq səcdə etməyəcəksiniz.
14 Iskorijenit ću ašere iz tebe i razorit ću tvoje gradove.
Sizin Aşera bütlərinizi qırıb-dağıdacağam. Şəhərlərinizi viran qoyacağam.
15 U gnjevu, u bijesu, izvršit ću osvetu na narodima koji nisu slušali.”
İtaətsiz millətlərdən qəzəblə, hiddətlə qisas alacağam».