< Jona 2 >
1 Iz utrobe riblje stade Jona moliti Jahvu, Boga svojega.
Yunus balığın qarnından Allahı Rəbbə dua edib dedi:
2 On reče: “Iz nevolje svoje zavapih Jahvi, i on me usliša; iz utrobe Podzemlja zazvah, i ti si mi čuo glas. (Sheol )
«Əzab içində Rəbbi çağırdım, O mənə cavab verdi. Ölülər diyarının bağrından fəryad etdim, Sən mənim səsimi eşitdin. (Sheol )
3 Ti me baci moru u dubine, i voda me opteče. Sve poplave tvoje i valovi oboriše se na me.
Sən məni dərinə, dənizin qoynuna atdın, Məni sellər sarıdı, Sənin bütün ləpələrin və dalğaların Üstümdən keçdi.
4 Pomislih: odbačen sam ispred očiju tvojih. Al' ipak oči upirem svetom Hramu tvojem.
Mən dedim: “Sənin gözlərinin önündən qovuldum”, Lakin yenə Sənin müqəddəs məbədini görəcəyəm.
5 Vode me do grla okružiše, bezdan me opkoli. Trave mi glavu omotaše,
Nəfəsim kəsilənə qədər məni sular bürüdü, Məni dərinliklər aldı, Başıma yosunlar sarıldı.
6 siđoh do korijena planina. Nada mnom se zatvoriše zauvijek zasuni zemljini. Al' ti iz jame izvadi život moj, o Jahve, Bože moj.
Dağların dibinə qədər endim, Arxamca əbədilik dünya bağlandı. Lakin, ya Rəbb Allahım, Sən canımı dərin çuxurdan çıxartdın.
7 Samo što ne izdahnuh kad se spomenuh Jahve, i molitva se moja k tebi vinula, prema svetom Hramu tvojemu.
Daxilimdə canım üzüləndə Rəbbə üz tutdum, Mənim duam Sənə, Sənin müqəddəs məbədinə çatdı.
8 Oni koji štuju isprazna ništavila milost svoju ostavljaju.
Puç olan bütlərə səcdə edənlər Onlara verilən lütfdən imtina edərlər.
9 A ja ću ti s pjesmom zahvalnicom žrtvu prinijeti. Što se zavjetovah, ispunit ću. Spasenje je od Gospoda.”
Amma mən Sənə şükür nəğməsi ilə qurban gətirəcəyəm, Əhdimi yerinə yetirəcəyəm. Xilas Rəbdədir!»
10 Tada Jahve zapovjedi ribi i ona izbljuva Jonu na obalu.
Rəbb balığa əmr etdi və balıq Yunusu ağzından quruya qaytardı.