< Hošea 10 >
1 Bujna je loza bio Izrael, rod bogat ona je nosila. I što mu je više rodilo plodova, to je više umnažao žrtvenike; što mu je bogatija zemlja bila, to je kićenije dizao stupove.
İsrail bir qollu-budaqlı meynədir ki, Bol-bol bar gətirir. Ancaq barı artdıqca Qurbangahları da artırdı. Torpağı bərəkətli olduqca Daha gözəl olan müqəddəs daşları da düzəltdi.
2 Srce je njihovo prijevarno, okajat će to oni! Porušit će im On žrtvenike, polomiti stupove njihove.
Onların ürəkləri yalanla doldu, Günahlarına görə də cəzalanacaqlar. Rəbb onların qurbangahlarını dağıdacaq, Müqəddəs daşlarını sındıracaq.
3 Kazat će tada: “Mi kralja nemamo jer se Jahve bojali nismo. TÓa čemu bi nam bio kralj?”
Onda onlar deyəcək: «Bizim padşahımız yoxdur, Çünki biz Rəbdən qorxmadıq. Padşahımız olsa da, Bizə nə edəcəkdi?»
4 Riječi prosiplju, lažno se kunu, sklapaju saveze; a pravo cvate k'o otrovno bilje u brazdama polja.
Əhd bağlayanda boş vədlər verir, Yalandan and içirlər. Buna görə də məhkəmə işləri Şumlanmış tarladakı zəhərli ot kimi böyüyür.
5 Za tele betavensko strepe stanovnici Samarije; da, zbog njega tuguje narod njegov, svećenici njegovi kukaju nad njim, nad slavom njegovom jer je od njega prognana.
Samariya sakinləri Bet-Avendəki dana bütlərinə görə Qorxuya düşəcək. Onun üçün xalqı yas tutacaq. Onun calalı ilə coşan kahinləri Sürgünə aparıldığı üçün ağlayacaq.
6 A njega samog odvući će u Asiriju na dar velikome kralju. Efrajima stid će spopasti, crvenjet će se Izrael zbog svoje odluke.
Büt özü Aşşura – böyük padşaha Hədiyyə aparılacaq. Efrayim biabır olacaq, İsrail aldığı məsləhətdən utanacaq.
7 Uništena je Samarija. Njen kralj tek trunak je vodi na površju.
Samariya və onun padşahı Su üstündəki çubuq kimi Axıb-gedəcək.
8 Bit će razorene sramne uzvišice, grijeh Izraelov; trnje će i čičak rasti po žrtvenicima njihovim. Tad će govoriti brdima: “Pokrijte nas!” i bregovima: “Padnite na nas!”
İsrailin günahı olan Avendəki səcdəgahlar yox olacaq, Onun qurbangahlarında Tikan və qanqal bitəcək. O zaman dağlara «Bizi örtün!», Təpələrə «Üstümüzə yıxılın!» deyəcəklər.
9 Većma no u dane gibejske griješio si, Izraele! A da se i ondje zaustaviše, ne bi li ih zatekao rat kao bezakonike gibejske?
«İsrail Giveada keçirdiyi Günlərdən bəri günah etdi. Orada öz işlərini davam etdirdilər. Şər adamlara qarşı müharibə Onları Giveada yaxalamazmı?
10 Kako mi se svidi, kaznit ću ih: sabrat će se protiv njih narodi da ih za dvostruko kazne bezakonje.
Mən istədiyim zaman Onları cəzalandıracağam. Xalqlar onlara qarşı birləşib, İkiqat cinayətlərindən ötrü Onları əsir edəcək.
11 Efrajim je junica dobro naučena koja rado vrše; šiju ću joj lijepu ujarmiti, upregnut ću Efrajima. Juda će orati, Jakov branat'.
Efrayim əhliləşmiş, Taxıl döyməyi sevən düyəyə bənzər. Mən onun incə boynunu əsirgədim. İndi isə Efrayimi sürdürəcəyəm. Yəhuda yer şumlasın, Yaqub isə dırmıq çəksin.
12 Sijte pravednost, požet ćete ljubav; krčite zemlje nove: vrijeme je da Jahvu tražite dok ne dođe i podaždi vam pravdom.
Özünüz üçün salehlik əkin, Məhəbbət bəhərini biçərsiniz. Dincə qoyulmuş torpağınızı şumlayın, Çünki Rəbbi axtarmaq vaxtıdır. Nəhayət, O gəlib üstünüzə Salehliyin nemətlərini yağdıracaq.
13 Orali ste bezbožnost, želi bezakonje, jeli plod prijevare. Pouzdao si se u kola svoja i u mnoštvo svojih ratnika,
Amma siz pislik əkib, Qəbahət biçdiniz. Yalanın bəhərini yediniz. Çünki öz üsulunuza, Çoxlu cəngavərlərinizə güvəndiniz.
14 zato će se vika bojna razlijegati tvojim gradovima i sve će ti tvrđe biti razorene k'o što Šalman razori Bet Arbel u dan ratni, kada mater smrskaše na sinovima.
Xalqınızın içində müharibə gurultusu qopacaq, Bütün qalalarınız dağılacaq, Necə ki Şalman müharibə günündə Bet-Arbeli dağıtdı, Ana uşaqları ilə birgə yerə çırpılıb parçalandı.
15 Evo što vam Betel učini jer ste u zlu ogrezli: u zoru će zavijek nestati kralja Izraelova!
Ey Bet-El, pisliyinin çoxluğu üzündən Səninlə də belə rəftar ediləcək. Dan ağaranda İsrail padşahı həlak olacaq.