< Ponovljeni zakon 17 >

1 Ne žrtvuj Jahvi, Bogu svome, ni vola ni ovna koji bi na sebi imao manu ili kakvo zlo, jer bi to bilo ružno pred Jahvom, Bogom tvojim.
Hər hansı bir qüsuru və çatışmazlığı olan öküzü ya da qoyunu Allahınız Rəbbə qurban etməyin. Belə etmək Allahınız Rəbb üçün iyrəncdir.
2 Ako se u tvojoj sredini - u bilo kojem tvojem gradu što ti ga dade Jahve, Bog tvoj - nađe čovjek ili žena da učini što je zlo u očima Jahve, Boga tvoga, i krši njegov Savez:
Allahınız Rəbbin sizə verəcəyi şəhərlərin birində aranızdan Onun əhdini pozub gözündə pis olanı edən hər hansı bir kişi və ya qadın çıxarsa,
3 otišavši da iskazuje štovanje drugim bogovima te se pokloni njima, suncu, mjesecu ili bilo čemu od nebeske vojske, a što sam ja zabranio,
əmrlərimin ziddinə gedib başqa allahlara sitayiş edərsə, bütlərə yaxud günəşə, aya yaxud səma cisimlərindən hər hansı birinə sitayiş və səcdə edərsə,
4 i tebi se to javi i ti to čuješ, onda pomno istraži; i bude li istina i doista se ta grozota učinila u Izraelu,
bu hadisədən xəbərdar olsanız, eşitdiklərinizi yaxşı-yaxşı araşdırın. Əgər bu xəbər doğrudursa və belə iyrənc halın İsraildə baş verdiyi sübuta yetərsə,
5 onda toga čovjeka ili tu ženu koji učiniše takvu opačinu izvedi na gradska vrata te ih kamenuj da poginu.
belə pis hərəkət edən kişini və ya qadını şəhərin darvazasına gətirib daşqalaq edərək öldürün.
6 Na smrt osuđeni neka se pogubi na iskaz dvojice ili trojice svjedoka. Na riječ jednoga svjedoka ne smije se pogubiti.
Ölümə məhkum olan adam iki yaxud üç nəfərin şahidliyi ilə öldürülməlidir. Tək bir nəfərin şahidliyi ilə öldürülməsin.
7 Neka najprije svjedoci dignu ruku na nj da ga smaknu, a poslije toga neka je digne sav narod. Tako ćeš iskorijeniti zlo iz svoje sredine.
O adamı əvvəlcə şahidlər, sonra isə bütün xalq daşqalaq etsin. Beləliklə, aranızdan pisliyi atın.
8 Bude li ti preteško štogod rasuditi: ubojstvo, sukob o pravima, kakvu ozljedu ili svađu u tvome gradu, tada ustani i pođi u mjesto što ga odabere Jahve, Bog tvoj.
Əgər şəhərlərinizdə qatillik, dava və ya təcavüz barəsində qərar çıxarmaqda həll edə bilmədiyiniz çətinliklərə rast gəlsəniz, Allahınız Rəbbin seçəcəyi yerə gedin.
9 Obrati se svećenicima, levitima i sucu koji bude za ono vrijeme. Njih pitaj, oni će ti rasuditi.
O dövrdə xidmət edən Levili kahinlərin və hakimlərin yanına gedib onlara müraciət edin. Qoy onlar araşdırıb məhkəmə qərarını sizə versinlər.
10 I učini onako kako ti budu kazali u mjestu koje Jahve odabere. Pazi: sve učini kako te upute.
Rəbbin seçəcəyi yerdən sizə deyilən qərara əməl edin. Sizə nə öyrətsələr, ona diqqətlə əməl edin.
11 Uradi prema uputi koju ti dadnu i prema presudi koju donesu. Od presude koju ti kažu ne odstupaj ni desno ni lijevo.
Öyrədilən təlimata və söylənilən hökmə görə rəftar edin. Əmr edilənlərdən nə sağa, nə də sola dönün.
12 Ako bi se tko drsko odupro i ne bi poslušao ni svećenika koji ondje stoji da služi Jahvi, Bogu tvome, ni suca, neka se taj čovjek pogubi. Tako ćeš iskorijeniti zlo iz Izraela,
Orada Allahınız Rəbbin hüzurunda vəzifəsini icra edən kahinə yaxud hakimə qulaq asmamaq iddiasında olan şəxs öldürülsün. Beləliklə, aranızdan pisliyi atın.
13 a sav će se narod, kad sazna, bojati i više se neće drsko odupirati.
Bütün xalq bu xəbəri eşidib qorxacaq və bir daha bu iddiaya düşməyəcək.
14 Kad stigneš u zemlju koju ti Jahve, Bog tvoj, daje; kad je zaposjedneš i u njoj se nastaniš, pa onda kažeš: 'Želim da nad sobom postavim kralja, kako ga imaju svi drugi narodi oko mene' -
Allahınız Rəbbin sizə verəcəyi torpağa girib, oranı irs olaraq alanda və orada məskunlaşanda əgər “bütün ətraf ölkələrdəki kimi bizə hökm edəcək bir padşah təyin edək” desəniz,
15 tada ćeš onoga koga Jahve, Bog tvoj, odabere, sebi postaviti za kralja. Nekoga od svoje braće postavi sebi za kralja, a ne smiješ postavljati nad sobom tuđina koji ti nije brat.
mütləq Allahınız Rəbbin seçəcəyi adamı padşah qoyun. Padşah təyin etdiyiniz adam öz soydaşlarınızdan olmalıdır. İsrailli soydaşlarınızdan olmayan yadelli bir adamı padşah edə bilməzsiniz.
16 Samo neka ne drži mnogo konja i ne šalje naroda u Egipat da poveća broj konja. Jer vam je Jahve rekao: 'Ovim se putem nikada više ne vraćajte!'
Qoy padşah özü üçün at çoxaltmasın. İlxısını artırmaq üçün xalqı Misirə – geriyə qaytarmasın, çünki Rəbb sizə belə demişdi: “Bir də bu yoldan geri qayıtmayın”.
17 I neka nema mnogo žena da mu srce ne pođe stranputicom; i neka sebi ne gomila srebra ni zlata!
Padşah çox arvad almasın, yoxsa ürəyi haqq yolundan dönər. O özü üçün çoxlu qızıl-gümüş yığıb onu çoxaltmasın.
18 A kad sjedne na kraljevsko prijestolje, neka sebi na svitak prepiše ovaj Zakon od svećenika Levijevaca.
Padşah taxta çıxandan sonra Levili kahinlərin nəzarəti altında bu Qanundan bir surətini özü üçün kitaba köçürsün.
19 Neka ga drži uza se; neka ga čita sve vrijeme svoga života da nauči bojati se Jahve, Boga svoga, držati sve riječi ovoga Zakona i vršiti ove odredbe;
Qoy o, Qanunun bu surətini yanında saxlayaraq ömrü boyu hər gün oxusun. Bununla da padşah Allahınız Rəbdən qorxmağı, bu Qanunun bütün sözlərinə və bu qaydalara diqqətlə əməl etməyi öyrənsin.
20 da se svojim srcem ne uzdigne iznad svoje braće i da ne skrene od ove zapovijedi ni desno ni lijevo, kako bi dugo kraljevao, on i sinovi njegovi, u Izraelu.
Özünü soydaşlarından üstün tutmasın, əmrdən nə sağa, nə də sola dönsün. Onda İsraildə özünün və nəslinin padşahlıq dövrü uzun olar.

< Ponovljeni zakon 17 >