< 2 Kraljevima 3 >

1 Joram, sin Ahabov, zakralji se nad Izraelom u Samariji osamnaeste godine Jošafatova kraljevanja u Judeji. I vladao je dvanaest godina.
Yəhuda padşahı Yehoşafatın padşahlığının on səkkizinci ilində Axav oğlu Yehoram Samariyada İsrail üzərində padşah oldu və on iki il padşahlıq etdi.
2 Činio je što je zlo u očima Jahvinim, ali ne kao njegov otac i mati, jer je uklonio Baalov stup što ga bijaše podigao njegov otac.
O, Rəbbin gözündə pis olan işlər etdi, ancaq atası və anası kimi deyildi, çünki atasının düzəltdiyi Baal sütununu yox etdi.
3 Ali je prianjao uz grijeh kojim je Jeroboam, sin Nebatov, zavodio Izraela; i nije odstupao od njega.
Ancaq Nevat oğlu Yarovamın İsrailə etdirdiyi günahlardan yapışdı, onlardan əl çəkmədi.
4 Meša, kralj moapski, bio je stočar i slao je izraelskom kralju u danak stotinu tisuća janjaca i vunu od stotine tisuća ovnova.
Moav padşahı Meşanın sürüsü var idi. O, İsrail padşahına yüz min quzu və yüz min qoçun yununu göndərərdi.
5 Ali kad je umro Ahab, pobuni se kralj moapski protiv izraelskog kralja.
Axavın ölümündən sonra Moav padşahı İsrail padşahına qarşı üsyan qaldırdı.
6 U to je baš vrijeme kralj Joram izišao iz Samarije i izvršio smotru svih Izraelaca.
O vaxt padşah Yehoram Samariyadan çıxdı və bütün İsrailliləri topladı.
7 Zatim je poručio judejskom kralju Jošafatu: “Moapski se kralj pobunio protiv mene. Hoćeš li sa mnom u rat protiv Moabaca?” Judejski kralj odgovori: “Hoću! Ja kao ti, moj narod kao tvoj narod, moji konji kao i tvoji konji.”
O gedəndə Yəhuda padşahı Yehoşafata xəbər göndərib dedi: «Moav padşahı mənə qarşı üsyan qaldırdı. Moavlılara qarşı vuruşmaq üçün mənimlə birgə gedərsənmi?» Yehoşafat dedi: «Gedərəm, məni özün kimi, xalqımı xalqın kimi, atlarımı atların kimi hesab elə».
8 I doda: “Kojim ćemo putem?” A drugi mu odgovori: “Kroz Edomsku pustinju.”
Yehoram dedi: «Hansı yolla çıxaq?» O dedi: «Edom çölünün yolu ilə».
9 I tako krenu izraelski kralj s judejskim kraljem i s kraljem edomskim. Sedam su dana lutali, a nije bilo vode četama ni stoci koja je išla za njima.
İsrail padşahı, Yəhuda padşahı və Edom padşahı gedib o yolu yeddi gün dolaşdılar. Əsgərlər və dallarınca gələn heyvanlar üçün su yox idi.
10 Tada povika kralj izraelski: “Jao, Jahve je pozvao ova tri kralja da ih preda u ruke Moapcima!”
İsrail padşahı dedi: «Ay aman! Rəbb bu üç padşahı Moavlılara təslim etmək üçün bir yerə çağırıb».
11 Ali Jošafat reče: “Nema li tu proroka Jahvina da se preko njega posavjetujemo s Jahvom?” Tada odgovori jedan između slugu izraelskoga kralja: “Ovdje je Elizej, sin Šafatov, koji je lijevao vodu na Ilijine ruke.”
Yehoşafat dedi: «Burada Rəbbin bir peyğəmbəri yoxdur ki, onun vasitəsilə Rəbdən soruşaq?» İsrail padşahının əyanlarından biri cavab verib dedi: «Şafat oğlu Elişa buradadır. O, İlyasın əlinə su tökərdi».
12 Jošafat reče: “U njega je riječ Božja.” I kralj izraelski, kralj judejski i kralj edomski odoše Elizeju.
Padşah Yehoşafat dedi: «Onda Rəbbin sözü var». Sonra İsrail padşahı, Edom padşahı və Yehoşafat Elişanın yanına enib getdilər.
13 A Elizej reče kralju izraelskom: “Što ja imam s tobom? Potraži proroke svoga oca i proroke svoje majke!” Izraelski kralj odgovori mu: “Ne! Jer Jahve je pozvao ova tri kralja da ih preda u ruke Moapcima.”
Elişa İsrail padşahına dedi: «Məndən sənə nə? Öz ata-ananın peyğəmbərlərinin yanına get». İsrail padşahı ona dedi: «Yox! Bu üç padşahı Moavlılara təslim etmək üçün Rəbb bir yerə çağırıb».
14 Elizej uzvrati: “Tako mi živoga Jahve Sebaota, komu služim, kad ne bih gledao na judejskog kralja Jošafata, ne bih ti obraćao pažnje niti bih te pogledao.
Elişa dedi: «Önündə durduğum var olan Ordular Rəbbinə and olsun ki, Yəhuda padşahı Yehoşafata hörmət etməsəydim, sənin üzünə baxmazdım.
15 Sada mi dovedite svirača.” I dok je glazbenik svirao, siđe ruka Jahvina nada nj.
İndi mənim yanıma çəng çalan bir adam gətirin». Gətirilən adam çəng çalarkən Rəbbin əli Elişanın üzərinə gəldi.
16 I on reče: “Ovako veli Jahve: 'Iskopajte u ovoj dolini mnogo jama.
O dedi: «Rəbb belə deyir: “Bu vadinin hər tərəfində xəndəklər qazın”.
17 Jer ovako veli Jahve: nećete osjetiti vjetra niti ćete vidjeti dažda, a ova će se dolina napuniti vodom. I pit ćete vi, vaš marva i vaša stoka.'
Çünki Rəbb belə deyir: “Siz külək və yağış görməyəcəksiniz, amma bu vadi su ilə dolacaq. Siz, mal-qaranız və heyvanlarınız doyunca su içəcəksiniz”.
18 Ali to još nije ništa u očima Jahve: on će predati Moab u vaše ruke.
Bu, Rəbbin gözündə çox asan bir şeydir. O, Moavlıları da sizə təslim edəcək.
19 Vi ćete zauzeti sve utvrđene gradove, posjeći sve plodno drveće, zatrpati sve izvore i opustošiti najbolja polja: kamenjem ćete ih zasijati.”
Bütün qalalı şəhərləri və seçmə şəhərləri dağıdacaqsınız, hər yaxşı ağacı kəsəcəksiniz, bütün bulaqların gözünü tutacaqsınız və hər yaxşı tarlanı daşlarla dolduracaqsınız».
20 I doista, ujutro, u vrijeme kad se prinosi žrtva, dođe voda od Edoma i preplavi svu okolinu.
Ertəsi gün səhər təqdim gətirilən zaman birdən Edom yolundan su gəldi və torpaq su ilə doldu.
21 Kad su Moapci čuli da su kraljevi došli s njima ratovati, pozvaše sve koji bijahu sposobni za oružje i postaviše ih na granicu.
Bütün Moavlılar eşitdilər ki, padşahlar onlarla vuruşmağa gəlir. Silah qurşana bilən hər kəsi və daha yaşlı adamları çağırdılar. Onlar sərhəddə dayandılar.
22 Kad su ujutro ustali i kad je sunce granulo nad onom vodom, Moapcima se sa strane voda učini crvenom kao krv.
Moavlılar ertəsi gün səhər tezdən duran zaman günəş çıxıb suların üzərinə şəfəq salmışdı. Onlar qarşılarındakı suları qan kimi qırmızı gördülər.
23 I rekoše: “To je krv! Zacijelo su se kraljevi međusobno pobili i jedan drugoga pogubili. A sada: na plijen, Moapci!”
O zaman dedilər: «Bu qandır, yəqin padşahlar vuruşub bir-birlərini qırıblar. İndi, ey Moavlılar, qarət etməyə gedək!»
24 Ali kad su stigli do izraelskog tabora, digoše se Izraelci i potukoše Moapce, tako te ovi pobjegoše pred njima. A Izraelci pojuriše da dotuku Moapce.
Onlar İsrail ordugahına gəldilər. İsraillilər qalxıb Moavlıları qırdılar və Moavlılar onların qabağından qaçmağa başladılar. İsraillilər qalxıb Moav torpağını viran etmək üçün hücum etdilər.
25 Razorili su im gradove, bacali svaki po kamen na najbolje njive da ih zaspu, zatrpali izvore i posjekli sve plodno drveće. Konačno, ostao je samo grad Kir Harešet; praćari su ga opkolili i tukli ga.
Onlar şəhərləri dağıtdılar, hər yaxşı tarlanı daşlarla doldurdular, bütün bulaqların gözünü tutdular və hər yaxşı ağacı kəsdilər. Yalnız Qir-Xaresetin daşları yerində qaldı, ancaq sapandçılar onu da mühasirəyə alıb vurdular.
26 Kada je moapski kralj vidio da neće izdržati bitku, uze sa sobom sedam stotina ljudi naoružanih mačevima, pokuša se probiti i doći do kralja edomskog, ali ne uspje.
Moav padşahı döyüşdə məğlub olduğunu görəndə özü ilə yeddi yüz nəfər əli qılınclı adam götürdü. Onlar Edom padşahının qoşununu yarmaq istədilər, ancaq bunu edə bilmədilər.
27 Tada uze svoga sina prvenca, koji ga imaše naslijediti, i prinese ga kao paljenicu na zidu. To se tako silno zgadilo Izraelcima te odoše od njih i vratiše se u svoju zemlju.
Sonra o, vəliəhd olan ilk oğlunu götürüb divarın üzərində yandırma qurbanı gətirdi. Onda İsraillilərə qarşı böyük bir qəzəb oyandı, onlar da oranı tərk edib öz ölkələrinə qayıtdılar.

< 2 Kraljevima 3 >