< 2 Korinčanima 10 >

1 Ja, Pavao, osobno vas zaklinjem blagošću i obazrivošću Kristovom - ja koji sam licem u lice među vama “skroman”, a nenazočan prema vama “odvažan” -
Yanınızda ürkək, lakin sizdən uzaq ikən cürətli olan mən Paul Məsihdən gələn həlimlik və mülayimliklə sizdən xahiş edir,
2 molim da, jednom nazočan, ne moram biti odvažan smionošću kojom se kanim osmjeliti protiv nekih što smatraju da mi po tijelu živimo.
yalvarıram: yanınıza gələndə məni vadar etməyin ki, bizi cismani təbiətə görə həyat sürən insanlar zənn edən bəzi adamlara göstərməyi vacib saydığım cürəti sizə də göstərim.
3 Jer iako živimo u tijelu, ne vojujemo po tijelu.
Çünki cismən həyat sürsək də, cismani təbiətə görə döyüş aparmırıq.
4 Ta oružje našega vojevanja nije tjelesno, nego božanski snažno za rušenje utvrda. Obaramo mudrovanja
Ona görə ki döyüş silahlarımız cisimdən düzəldilən silahlar deyil, qalaları dağıdan ilahi qüvvəyə malik silahlardır. Nəzəriyyələri,
5 i svaku oholost koja se podiže protiv spoznanja Boga i zarobljujemo svaki um na pokornost Kristu;
Allah barədə biliyə qarşı çıxan hər bir səddi yıxıb hər bir düşüncəni əsir edərək Məsihə itaət etdiririk.
6 i spremni smo kazniti svaku nepokornost čim bude savršena vaša pokornost.
Siz Məsihə tamamilə itaət edəndə hər cür itaətsizliyi cəzalandırmağa hazır olacağıq.
7 Gledajte što je očito! Ako je tko uvjeren da je “Kristov”, neka sam ponovno promisli ovo: kako je on Kristov, tako smo i mi.
Göz qabağında olanlara baxın. Kim Məsihə aid olduğuna arxalanırsa, yadda saxlasın ki, onun qədər biz də Məsihə aidik.
8 Kad bih se doista i malo više pohvalio našom vlašću - koju nam Gospodin dade za vaše izgrađivanje, a ne rušenje - ne bih se morao stidjeti.
Sizi yıxmaq üçün deyil, inkişaf etdirmək üçün Rəbbin bizə verdiyi səlahiyyətə görə bir az artıq öyünsəm də, utanmaram.
9 Samo da se ne bi činilo kao da vas zastrašujem poslanicama!
Elə görünmək istəmirəm ki, məktublarımla sizi qorxuduram.
10 Jer “poslanice su, kaže, stroge i snažne, ali tjelesna nazočnost nemoćna i riječ bezvrijedna”.
Mənim barəmdə deyirlər ki, «onun məktubları ciddi və təsirlidir, özünü görəndə isə zəhmsiz, nitqi də heçdir».
11 Takav neka promisli ovo: kakvi smo nenazočni riječju u poslanicama, takvi smo i nazočni djelom.
Kim bunu düşünürsə, qoy bilsin ki, uzaqda olanda məktublarımızla dediklərimizə yanınızda olanda da əməl edirik.
12 Ne usuđujemo se, doista, izjednačiti ili usporediti s nekima koji sami sebe preporučuju, ali nisu razumni jer sami sebe sobom mjere i sami sebe sa sobom uspoređuju.
Öz-özü barədə zəmanət verən bəzi adamlarla özümüzü bərabər saymağa və yaxud da müqayisə etməyə sözsüz ki cəsarət etmirik. Özlərini öz arşınları ilə ölçə-ölçə, həmçinin özlərini özləri ilə müqayisə edə-edə onlar dərrakələrini itirdilər.
13 Mi se pak nećemo hvaliti u bezmjerje, nego po mjeri, mjerilu što nam ga odmjeri Bog kao mjeru: doprijeti sve do vas.
Biz isə hədsiz öyünməyəcəyik. Öyünməyimiz Allahın bizə verdiyi, sizin də daxil olduğunuz iş dairəsinin həddini aşmayacaq.
14 Jer mi ne posežemo preko svoga, kao da još nismo stigli do vas. Ta prvi doista doprijesmo do vas s evanđeljem Kristovim.
Sizə yetişməyənlər kimi uzaqlara getmirik. Çünki Məsihin Müjdəsini sizə çatdıran bizik.
15 Ne hvalimo se u bezmjerje, tuđim naporima. A nadamo se da ćemo s uzrastom vaše vjere među vama i mi - po našem mjerilu - prerasti u izobilje:
Başqalarının əməyi ilə öyünüb həddimizi aşmırıq. Ümidvarıq ki, imanınız böyüdükcə aranızda işimizin əhatə dairəsi daha da genişlənəcək.
16 i preko vaših granica navijestiti evanđelje, a ne hvastati se onim što je već učinjeno na tuđem području.
Beləcə başqasının işinin əhatə dairəsində olan nailiyyətlərlə öyünmədən Müjdəni sizin o tayınızdakı diyarlarda da yaya biləcəyik.
17 Tko se hvali, u Gospodinu neka se hvali.
«Öyünən Rəbdə öyünsün».
18 Ta nije prokušan tko sam sebe preporučuje, nego koga preporučuje Gospodin.
Çünki özü barədə zəmanət verən insan yox, barəsində Rəbbin zəmanət verdiyi insan sınaqdan keçmiş olur.

< 2 Korinčanima 10 >