< 2 Ljetopisa 3 >

1 Salomon tada poče graditi Dom Jahvi u Jeruzalemu, na Morijskoj gori, ondje gdje je njegov otac David imao viđenje. To je mjesto koje je pripravio David, gumno Jebusejca Ornana.
Süleyman Yerusəlimdə atası Davuda Rəbbin göründüyü Moriya dağında, Yevuslu Ornanın xırmanında Davudun hazırladığı yerdə Rəbbin məbədini tikməyə başladı.
2 Salomon otpoče gradnju drugoga mjeseca četvrte godine svojega vladanja.
Onu padşahlığının dördüncü ilində, ikinci ayın ikinci günündə tikməyə başladı.
3 Ovo su temelji koje je Salomon postavio za gradnju Doma Božjega: šezdeset lakata u duljinu - po staroj mjeri lakta - a u širinu dvadeset lakata.
Allahın məbədinin tikilməsi üçün Süleymanın qoyduğu bünövrələr bunlardır: bünövrələrin uzunluğu köhnə ölçüyə görə altmış qulac və eni iyirmi qulac idi.
4 Trijem, koji je bio pred Domom, imao je, po širini ovoga potonjega, u dužinu dvadeset lakata, a visok je bio sto i dvadeset lakata. Obložio ga je iznutra čistim zlatom.
Məbədin önündəki eyvanın uzunluğu məbədin eninə görə iyirmi qulac və hündürlüyü yüz iyirmi qulac idi. Onu içəridən xalis qızılla örtdü.
5 Veliku je dvoranu obložio čempresovinom, koju je prekrio čistim zlatom i postavio palme i cvjetne vijence.
Böyük otağa şam ağacı ilə örtük vurub onu xalis qızılla örtdü, onun üstünə xurma ağacları və zəncir təsvirləri həkk etdi.
6 Optočio je potom Dvoranu blistavim draguljima; zlato je bilo zlato parvajimsko.
Əzəmətli olsun deyə evi qiymətli daşlarla bəzədi. Qızıl Parvayim qızılı idi.
7 Prekrio je njime Dvoranu: grede, pragove, zidove i vratna krila te izrezao kerubine po zidovima.
Məbədi və onun dirəklərini, astanalarını, divarlarını və qapılarını qızılla örtdü, divarlarda keruvların təsvirini oydu.
8 Potom sazda dvoranu Svetinje nad svetinjama. Bila je, prema hramskoj širini, dvadeset lakata duga i dvadeset lakata široka i obloži je sa šest stotina talenata suhog zlata.
Süleyman Ən Müqəddəs yeri də tikdi. Onun uzunluğu məbədin eninə görə iyirmi qulac və eni iyirmi qulac idi. Onu altı yüz talant xalis qızılla örtdü.
9 Za čavle je dao na mjeru pedeset zlatnih šekela. I gornje je odaje obložio zlatom.
Qızıl mismarların ağırlığı əlli şekel idi. Yuxarı otaqları da qızılla örtdü.
10 U dvorani Svetinje nad svetinjama napravi dva kerubina, liveno djelo. I njih obloži zlatom.
Ən Müqəddəs yerdə heykəltəraş işi olan iki keruv düzəltdi və onları qızılla örtdü.
11 Krila kerubina bila su dvadeset lakata duga: jedno krilo od pet lakata dodirivaše hramski zid, a drugo od pet lakata doticaše krilo drugoga kerubina.
Keruvların qanadları iyirmi qulac uzunluğunda idi. Bir keruvun qanadı beş qulac idi və evin divarına dəyirdi. O biri qanadı da beş qulac idi və o biri keruvun qanadına dəyirdi.
12 Tako je i krilo drugoga kerubina, od pet lakata, dodirivalo hramski zid, a drugo mu se krilo, od pet lakata, spajalo s krilom drugoga kerubina.
O biri keruvun da qanadı beş qulac idi və evin divarına dəyirdi. O biri qanadı da beş qulac idi və o biri keruvun qanadına birləşmişdi.
13 Raširena, krila kerubina imala su dvadeset lakata. Stajali su kerubini uspravno, lic-a okrenutih Dvorani.
Bu keruvların qanadları iyirmi qulac uzanırdı. Keruvlar ayaq üstə durmuşdu və üzləri böyük otağa doğru çevrilmişdi.
14 Napravi zastor od ljubičastog baršuna, od grimiza, karmezina i bÓeza te na njemu izveze kerubine.
O, bənövşəyi, tünd qırmızı, al rəngli parça və incə kətandan pərdə tikdi, üzərində keruvlar işlədi.
15 Pred Dvoranom napravi dva stupa dugačka trideset i pet lakata, a glavice im na vrhu pet lakata.
Süleyman məbədin önündə otuz beş qulac hündürlüyündə iki sütun düzəltdi və hər bir sütunun üstündəki başlıq beş qulac idi.
16 U Debiru on splete vijence te ih postavi navrh stupova i napravi sto mogranja koje postavi među vijence.
İç otaqda zəncirlər düzəltdi və onları sütunların üstünə qoydu, yüz nar düzəltdi və onları zəncirlərin üzərinə qoydu.
17 Postavi stupove pred Hekal, jedan zdesna, drugi slijeva, te nazva Jakin onaj zdesna, a Boaz onaj slijeva.
O, sütunları məbədin önünə – birini sağa və o birini sola qoydu. Sağda olanı Yakin, solda olanı isə Boaz adlandırdı.

< 2 Ljetopisa 3 >