< 1 Kraljevima 6 >
1 Četiri stotine i osamdesete godine poslije izlaska Izraelaca iz zemlje egipatske, četvrte godine kraljevanja svoga nad Izraelom, mjeseca Ziva - to je drugi mjesec - počeo je Salomon graditi Dom Jahvin.
İsrail övladları Misir torpağından çıxdıqdan dörd yüz səksən il sonra – Süleymanın İsrail üzərində padşahlığının dördüncü ilində, ikinci ay olan Ziv ayında o, Rəbbə məbəd tikməyə başladı.
2 Hram što ga je kralj Salomon gradio Jahvi bio je dug šezdeset lakata, širok dvadeset, a visok dvadeset i pet lakata.
Padşah Süleymanın Rəbbə tikdiyi məbədin uzunluğu altmış, eni iyirmi və hündürlüyü otuz qulac idi.
3 Trijem pred Hekalom Hrama bio je dvadeset lakata dug, prema širini Hrama, a deset lakata širok, prema dužini Hrama.
Məbədin böyük otağının önündə olan eyvanın uzunluğu məbədin eninə görə iyirmi qulac və eni məbədin önündə on qulac idi.
4 Na Hramu je napravio prozore zatvorene rešetkama.
O, məbəd üçün qəfəslə bağlı pəncərələr düzəltdi.
5 Uza zid Hrama oko Hekala i Debira sagradio je prigradnju na katove, sve unaokolo.
Məbədin divarına bitişik, bütün məbədin divarını, yəni böyük otağı və iç otağı dövrəyə alan artırma tikdi. Onun içində məbədi əhatə edən yan otaqlar düzəltdi.
6 Donji kat bio je pet lakata širok, srednji šest, a treći sedam lakata, jer je zasjeke rasporedio s vanjske strane naokolo Hrama da ih ne bi morao ugrađivati u hramske zidove.
Artırmanın alt mərtəbəsinin eni beş, ortasındakının eni altı, üçüncüsünün eni isə yeddi qulac idi. Çünki artırmanın dirəkləri məbədin divarına dəyməsin deyə məbədin divarı ətrafında bayır tərəfdən çıxıntılar düzəldilmişdi.
7 Hram je građen od kamena koji je već u kamenolomu bio oklesan, tako da se za gradnje nije čuo ni čekić ni dlijeto, ni ikakvo željezno oruđe.
Məbədin tikilməsi üçün karxanada hazırlanan yonulmuş daşlar işlədilmişdi. Məbəddə tikinti zamanı nə gürzün, nə iskənənin, nə də başqa bir dəmir alətin səsi eşidildi.
8 Ulaz u donji kat bio je s desne strane Hrama, a zavojnim se stubama uspinjalo na srednji kat i sa srednjega na treći.
Orta mərtəbəyə giriş məbədin sağ tərəfində idi. Pilləkənlərlə orta mərtəbəyə, orta mərtəbədən isə üçüncü mərtəbəyə çıxırdılar.
9 Sagradio je tako Hram i dovršio ga; i pokrio ga cedrovim gredama i daskama.
Beləcə Süleyman məbədi tikib qurtardı. Məbədi sidr ağacından olan tirlər və taxtalarla örtdü.
10 I sagradi još prigradnju oko cijeloga Hrama; bila je pet lakata visoka, a vezana s Hramom cedrovim gredama.
Bütün məbədə bitişik olan mərtəbələri beş qulac hündürlüyündə tikdi və bunlar sidr dirəklərlə məbədə bərkidilmişdi.
11 I riječ Jahvina stiže Salomonu:
Süleymana Rəbbin bu sözü nazil oldu:
12 “To je Dom što ga gradiš ... Ako budeš hodio prema naredbama mojim, ako budeš vršio naredbe moje i držao se mojih zapovijedi, tada ću ispuniti tebi obećanje što sam ga dao tvome ocu Davidu:
«Budur, sən məbəd tikirsən. Əgər sən Mənim qaydalarımla getsən, hökmlərimə və əmrlərimə uyğun hərəkət etsən, onda Mən atan Davuda verdiyim sözü sənin vasitənlə yerinə yetirəcəyəm:
13 prebivat ću među sinovima Izraelovim i neću ostaviti naroda svoga Izraela.”
İsrail övladlarının arasında yaşayacağam və xalqım İsraili tərk etməyəcəyəm».
14 I tako Salomon sazida Hram i dovrši ga.
Süleyman məbədi tikib qurtardı.
15 I obloži iznutra zidove Hrama cedrovim daskama - od poda do stropa obloži ih drvetom iznutra - a daskama čempresovim obloži pod Hrama.
Məbədin divarlarına içəridən sidr taxtalarla örtük vurdu və məbədin döşəməsini şam ağacından olan taxtalarla örtdü. Beləcə məbədi döşəməsindən divarlarına və tavanına qədər ağacla örtdü.
16 I načini pregradu od dvadeset lakata, od cedrovih dasaka, s poda pod strop, i odijeli taj dio Hrama za Debir, za Svetinju nad svetinjama.
Məbədin arxa tərəfində döşəmədən tavana qədər sidr taxtalarla örtülmüş uzunluğu iyirmi qulac olan bir bölmə ayırıb orada Ən Müqəddəs yer üçün bir iç otaq hazırladı.
17 A Hekal - Svetište, dio Hrama ispred Debira - imaše četrdeset lakata.
İç otağın bayırında olan böyük otaq qırx qulac uzunluğunda idi.
18 A po cedrovini unutar Hrama bijahu urezani ukrasi - pleteri od pupoljaka i cvijeća; sve je bilo od cedrovine i nigdje se nije vidio kamen.
Məbədin içindəki sidr ağaclarının üstündə balqabaq və açılmış güllərin təsviri oyulmuşdu. Hər şey sidrlə örtülmüşdü, daş heç görünmürdü.
19 Debir je uredio unutra u Hramu da onamo smjesti Kovčeg saveza Jahvina.
Məbədin içərisindəki iç otağı isə o, Rəbbin Əhd sandığını qoymaq üçün hazırladı.
20 Debir bijaše dvadeset lakata dug, dvadeset lakata širok i dvadeset lakata visok, a obložio ga je čistim zlatom. Napravio je i Žrtvenik od cedrovine,
İç otağın uzunluğu iyirmi, eni iyirmi və hündürlüyü iyirmi qulac idi. Oranı və sidr ağacından olan qurbangahın üstünü xalis qızılla örtdü.
21 pred Debirom, i obložio ga čistim zlatom.
Süleyman məbədi içəridən xalis qızılla örtdü, iç otağın önündən qızıl zəncirlər keçirdi və onu qızılla örtdü.
22 I sav je Hram obložio zlatom, sav Hram i sav oltar koji je pred Debirom obložio je zlatom.
O bütün məbədi tikib qurtararaq onu başdan-başa qızılla örtdü. İç otağa aid olan qurbangahı da tamamilə qızılla örtdü.
23 U Debiru načini dva kerubina od maslinova drveta. Bili su visoki deset lakata.
İç otaqda zeytun ağacından hündürlüyü on qulac olan iki keruv düzəltdi.
24 Jedno je krilo u kerubina bilo pet lakata i drugo je krilo u kerubina bilo pet lakata; deset je lakata bilo od jednoga kraja krila do drugoga.
Keruvun bir qanadının uzunluğu beş qulac, o biri qanadının da uzunluğu beş qulac idi; bir qanadının ucundan o biri qanadının ucuna qədər on qulac idi.
25 I drugi je kerubin bio od deset lakata: jednaka mjera i jednak oblik obaju kerubina.
O biri keruvun ölçüsü də on qulac idi. Hər iki keruv eyni ölçüdə və eyni görkəmdə idi.
26 Visina jednog kerubina bila je deset lakata, tako i drugoga.
Hər ikisinin hündürlüyü on qulac idi.
27 Smjestio je kerubine usred nutarnje prostorije; širili su svoja krila, tako da je krilo jednoga ticalo jedan zid, a krilo drugoga ticalo drugi zid; u sredini prostorije krila im se doticahu.
O, keruvları məbədin iç otağının ortasına qoydu. Keruvların qanadları açıq idi. Bir keruvun qanadı bir divara, o birisinin qanadı isə o biri divara toxunurdu. Onların o biri qanadları məbədin ortasında bir-birinə toxunurdu.
28 I kerubine je obložio zlatom.
O, keruvları qızılla örtdü.
29 Po svim zidovima Hrama unaokolo, iznutra i izvana, urezao je likove kerubina, palma i rastvorenih cvjetova,
Məbədin iç və bayır otağındakı bütün divarlarında keruvların, xurma ağaclarının və açılmış güllərin oyma təsvirini düzəltdi.
30 zlatom je pokrio i pod Hramu iznutra i izvana.
Məbəddə iç və bayır otağın döşəməsini qızılla örtdü.
31 A za ulaz u Debir načini dvokrilna vrata od maslinova drveta; dovraci s pragom bijahu na pet uglova.
İç otağın girişi üçün zeytun ağacından qapılar düzəltdi. Onların çərçivəsi beşguşəli idi.
32 Oba krila na vratima od maslinova drveta ukrasi likovima kerubina, palma i rastvorenih cvjetova, i sve ih obloži zlatom; listićima zlata oblijepi kerubine i palme.
O, zeytun ağacından düzəldilmiş iki qapı üzərində keruvların, xurma ağaclarının və açılmış güllərin təsvirini oydu və qapıları qızılla örtdü. Keruvların və xurma ağaclarının üstünə qızıl çəkdi.
33 Tako i za ulaz u Hekal načini vrata od maslinova drveta, sa četverokutnim dovracima.
Eləcə də böyük otağın girişi üçün zeytun ağacından dördguşəli çərçivə,
34 Oba krila na vratima bijahu od čempresova drveta i oba se otvarahu na jednu i na drugu stranu.
həmçinin şam ağacından iki qapı düzəltdi. Bir qapının hər iki tayı qatlanırdı, o biri qapının da hər iki tayı qatlanırdı.
35 Urezao je na njima kerubine, palme i rastvorene cvjetove i obložio zlatom sve što bijaše urezano.
Onların üstündə keruvların, xurma ağaclarının, açılmış güllərin təsvirini oydu və oyma işinin üstünü qızılla örtdü.
36 Potom je sagradio unutrašnje predvorje od tri reda klesanog kamena i jednoga reda tesanih greda cedrovih.
O, üç cərgə yonulmuş daşlardan və bir cərgə sidr dirəklərdən içəri həyət tikdi.
37 Temelji su Hramu Jahvinu bili položeni četvrte godine, mjeseca Ziva;
Dördüncü ildə, Ziv ayında Rəbbin məbədinin bünövrəsi qoyuldu,
38 a jedanaeste godine, mjeseca Bula - to je osmi mjesec - Hram je dovršen sa svim dijelovima i sa svim što mu pripada. Salomon ga sagradi za sedam godina.
on birinci ildə, səkkizinci ay olan Bul ayında məbəd bütün ləvazimatı ilə birgə və bütün şəklinə görə tikilib qurtardı. Beləcə Süleyman onu yeddi ilə tikdi.