< 彌迦書 2 >
1 禍哉,那些在床上圖謀罪孽、造作奸惡的! 天一發亮,因手有能力就行出來了。
Yatağında şər niyyətdə olanların, Yamanlıq üçün qəsd quranların vay halına! Onların gücü buna çatdığına görə Ona səhər tezdən əməl edirlər!
2 他們貪圖田地就佔據, 貪圖房屋便奪取; 他們欺壓人,霸佔房屋和產業。
Tarlalara tamah salıb mənimsəyirlər, Evlərə göz dikib sahib dururlar. Ev sahibi ilə ailəsinə zülm edirlər, Adamları mirasından məhrum edirlər!
3 所以耶和華如此說: 我籌劃災禍降與這族; 這禍在你們的頸項上不能解脫; 你們也不能昂首而行, 因為這時勢是惡的。
Buna görə də Rəbb belə deyir: «Bu xalqa bəla gətirməyə hazırlaşıram, Ondan boyun qaçıra bilməyəcəksiniz. Siz bir daha dikbaş gəzməyəcəksiniz, Çünki pis zaman gəlir.
4 到那日,必有人向你們提起悲慘的哀歌, 譏刺說:我們全然敗落了! 耶和華將我們的分轉歸別人, 何竟使這分離開我們? 他將我們的田地分給悖逆的人。
O gün sizi lağa qoyub, Belə yanıqlı mərsiyə oxuyacaqlar: “Biz tamam məhv olduq! Rəbb xalqımın payını dəyişdirdi, Onu necə məndən uzaqlaşdırdı, Tarlamızı satqınlara payladı”.
Buna görə ölkə yenə püşklə bölünsə də, Rəbbin camaatı arasında sizə pay verəcək kimsə olmayacaq».
6 他們說:你們不可說預言; 不可向這些人說預言, 不住地羞辱我們。
Adamlar deyir: «Vəz etməyin, Bu işlər barədə vəz etməyin, Rüsvay olmayacağıq!»
7 雅各家啊,豈可說耶和華的心不忍耐嗎? 這些事是他所行的嗎? 我-耶和華的言語豈不是與行動正直的人有益嗎?
Ey Yaqub nəsli, belə deyilirmi: «Məgər Rəbbin səbri tükəndi? O belə şeylər edərmi?» Mənim sözlərim düzgün yolla gəzənlərin xeyrinə deyilmi?
8 然而,近來我的民興起如仇敵, 從那些安然經過不願打仗之人身上剝去外衣。
Dünən xalqım idiniz, Bu gün isə Mənə düşmən oldunuz. Müharibədən qayıdanların, Yoldan sakit keçənlərin Əynindən paltarlarını alıb Onları soyursunuz.
9 你們將我民中的婦人從安樂家中趕出, 又將我的榮耀從她們的小孩子盡行奪去。
Xalqımın qadınlarını Rahat evlərindən qovursunuz, Uşaqlarını Mənim verdiyim bərəkətdən Əbədilik məhrum edirsiniz.
10 你們起來去吧! 這不是你們安息之所; 因為污穢使人毀滅, 而且大大毀滅。
Qalxın gedin, Çünki bura istirahət yeri deyil. Bu yer murdarlandığına görə Dəhşətli surətdə darmadağın olacaq.
11 若有人心存虛假,用謊言說: 我要向你們預言得清酒和濃酒。 那人就必作這民的先知。
Əgər bir adam hiyləgər ruhla gəlib yalan vəz edib desə: «Sənə vəz edim, şərab və başqa kefləndirici içkiniz bol olacaq», Bu adam xalqın vaizi olar!
12 雅各家啊,我必要聚集你們, 必要招聚以色列剩下的人, 安置在一處,如波斯拉的羊, 又如草場上的羊群; 因為人數眾多就必大大喧嘩。
Ey Yaqub övladları, Mən mütləq hamınızı bir yerə yığacağam, İsrailin sağ qalanlarını toplayacağam. Sizi ağıldakı qoyun-keçi kimi bir yerə yığacağam. Otlaqdakı sürü kimi ölkəniz adamlarla dolacaq.
13 開路的在他們前面上去; 他們直闖過城門,從城門出去。 他們的王在前面行; 耶和華引導他們。
Azad edən qalxacaq, Sağ qalanların yolunu açacaq. Onlar darvazanı qıracaq, Oradan keçib-çıxacaq. Padşahları onların qabağında gedəcək, Rəbb önlərində gedəcək.