< 士師記 5 >

1 那時,底波拉和亞比挪菴的兒子巴拉作歌,說:
Həmin gün Devora və Avinoam oğlu Baraq bu ilahini oxudular:
2 因為以色列中有軍長率領, 百姓也甘心犧牲自己, 你們應當頌讚耶和華!
Başçılar İsraildə rəhbərlik edəndə, Xalq özünü könüllü təqdim edəndə Rəbbə alqış edin!
3 君王啊,要聽! 王子啊,要側耳而聽! 我要向耶和華歌唱; 我要歌頌耶和華-以色列的上帝。
Dinləyin, ey padşahlar! Qulaq asın, əmirlər! Mən Rəbbi tərənnüm edəcəyəm, İsrailin Allahı Rəbbə nəğmə söyləyəcəyəm!
4 耶和華啊,你從西珥出來, 由以東地行走。 那時地震天漏, 雲也落雨。
Ya Rəbb, Sən Seirdən çıxarkən, Edom çölündən keçərkən Yer titrədi, göylər damdı. Bəli, buludlardan sular axdı.
5 山見耶和華的面就震動, 西奈山見耶和華-以色列上帝的面也是如此。
Sina dağına sahib olan Rəbbin qarşısında, İsrailin Allahı Rəbbin qarşısında Dağlar titrədi.
6 在亞拿之子珊迦的時候, 又在雅億的日子, 大道無人行走, 都是繞道而行。
Anat oğlu Şamqar zamanında, Həm də Yael zamanında Karvanlar buraya gəlişini kəsdi, Səyyahlar dolanbac yollarla getdi.
7 以色列中的官長停職, 直到我底波拉興起, 等我興起作以色列的母。
Mən Devora ayağa qalxanadək, İsraildə ana kimi meydana çıxanadək İsraildə kəndlilər artıq yaşamırdı.
8 以色列人選擇新神, 爭戰的事就臨到城門。 那時,以色列四萬人中 豈能見盾牌槍矛呢?
İsraillilər yeni allahlar seçərkən Döyüşlər darvazalardan keçdi. O zaman qırx min İsraillinin əlində Nə nizə, nə də ki qalxan göründü.
9 我心傾向以色列的首領, 他們在民中甘心犧牲自己。 你們應當頌讚耶和華!
Mənim könlüm İsrailə hökm edənlərlədir, Xalq içində özünü könüllü təqdim edənlərlədir. Rəbbə alqış edin!
10 騎白驢的、坐繡花毯子的、行路的, 你們都當傳揚!
Bu nəğməni söyləyin, ey ağappaq eşşəklərə minənlər, Ey əlvan xalılar üstündə əyləşənlər, Ey bütün yoldan keçənlər!
11 在遠離弓箭響聲打水之處, 人必述說耶和華公義的作為, 就是他治理以色列公義的作為。 那時耶和華的民下到城門。
Oxatanların səs-küyündən uzaqda, Su çəkənlər arasında – Orada Rəbbin zəfərlərindən, İsraildəki igidlərin zəfərlərindən nəql ediləcək. O zaman Rəbbin xalqı darvazalara endi.
12 底波拉啊,興起!興起! 你當興起,興起,唱歌。 亞比挪菴的兒子巴拉啊,你當奮興, 擄掠你的敵人。
Oyan, ey Devora, oyan! Oyan, ilahi oxu, oyan! Ayağa qalx, ey Baraq! Sən, ey Avinoam oğlu, gəl əsirlərini apar!
13 那時有餘剩的貴冑和百姓一同下來; 耶和華降臨,為我攻擊勇士。
O zaman sağ qalanlar əyanların yanına endi. Rəbbin xalqı cəngavər tək yanıma endi.
14 有根本在亞瑪力人的地, 從以法蓮下來的; 便雅憫在民中跟隨你。 有掌權的從瑪吉下來; 有持杖檢點民數的從西布倫下來;
Amaleq soyundan olanlar Efrayimdən gəldi, Sənin ardınca gələn xalq arasında Binyamin də var idi. Makirdən əmirlər, Zevulundan sərkərdə əsasını daşıyanlar gəldilər.
15 以薩迦的首領與底波拉同來; 以薩迦怎樣,巴拉也怎樣。 眾人都跟隨巴拉衝下平原; 在呂便的溪水旁有心中定大志的。
İssakardakı ağalar Devora ilə gəldilər. İssakar necədirsə, Baraq da elə idi, Onun ardınca vadiyə hücum çəkirdilər. Ruven qəbiləsinin bölmələri çaşıb qalmışdı.
16 你為何坐在羊圈內 聽群中吹笛的聲音呢? 在呂便的溪水旁有心中設大謀的。
Çobanların sürülərinə çaldığı tütək səsini dinləmək üçün Niyə ağıllar arasında qaldınız? Ruven qəbiləsinin bölmələri çaşıb qalmışdı.
17 基列人安居在約旦河外。 但人為何等在船上? 亞設人在海口靜坐, 在港口安居。
Gilead xalqı İordan çayının o tayında qaldı. Bəs niyə Dan gəmilərin yanında sakin oldu? Aşer dənizlərin sahilində qaldı, Öz limanlarında məskən saldı.
18 西布倫人是拚命敢死的; 拿弗他利人在田野的高處也是如此。
Döyüş meydanının yüksək yerlərində, Zevulunla Naftali Canlarını ölüm təhlükəsinə atan bir xalq oldu.
19 君王都來爭戰。 那時迦南諸王在米吉多水旁的他納爭戰, 卻未得擄掠銀錢。
O zaman padşahlar gəlib vuruşdular. Taanakda, Megiddo suları kənarında Kənan padşahları vuruşdular. Nə gümüş, nə də qənimət alan oldu.
20 星宿從天上爭戰, 從其軌道攻擊西西拉。
Ulduzlar göydən döyüşdü, Sisraya qarşı öz dövrəsində döyüşdülər.
21 基順古河把敵人沖沒; 我的靈啊,應當努力前行。
Düşmənləri Qişon çayı apardı, Qişon çayı coşub-daşandı. Ey canım, sən qüvvətlə irəli get!
22 那時壯馬馳驅, 踢跳,奔騰。
O zaman at dırnaqları vurdu o yerə damğalar, Dördnala, dördnala qaçarkən köhlən atlar.
23 耶和華的使者說: 應當咒詛米羅斯, 大大咒詛其中的居民; 因為他們不來幫助耶和華, 不來幫助耶和華攻擊勇士。
Rəbbin mələyi dedi: «Meroza lənət edin, Onun xalqına ağır lənət söyləyin. Çünki Rəbbin köməyinə, Cəngavərlərə qarşı Rəbbin köməyinə gəlmədilər».
24 願基尼人希百的妻雅億比眾婦人多得福氣, 比住帳棚的婦人更蒙福祉。
Qenli Xeverin arvadı Yael Qadınlar arasında hamıdan artıq xeyir-dua alsın, Çadırda yaşayan qadınlardan daha bəxtiyar olsun!
25 西西拉求水, 雅億給他奶子, 用寶貴的盤子給他奶油。
Su istəyəndə Sisra Yael ona süd verdi. Ağalara layiq bir camda ayran verdi.
26 雅億左手拿着帳棚的橛子, 右手拿着匠人的錘子, 擊打西西拉, 打傷他的頭, 把他的鬢角打破穿通。
Sol əlinə payanı, Sağ əlinə isə işçi toxmağını götürdü, Onlarla Sisranı vurdu, başını əzdi. Sındırıb gicgahlarını, deşib yerə keçirtdi.
27 西西拉在她腳前曲身仆倒, 在她腳前曲身倒臥; 在那裏曲身,就在那裏死亡。
O yıxılıb ayaqlar altına sərildi, Yerə döşəndi, O yıxılıb ayaqlar altına sərildi, Yıxıldığı yerə sərilib öldü.
28 西西拉的母親從窗戶裏往外觀看, 從窗櫺中呼叫說: 他的戰車為何耽延不來呢? 他的車輪為何行得慢呢?
Sisranın anası məhəccər arxasından, Pəncərədən nigaran-nigaran baxıb çığırdı: «Nə üçün onun döyüş arabası bu qədər gecikir? Döyüş arabalarının səsi axı niyə ləngiyir?»
29 聰明的宮女安慰她, 她也自言自語地說:
Müdrik əsilzadə xanımlar ona cavab verirdi, O da öz-özünə təkrar-təkrar deyirdi:
30 他們莫非得財而分? 每人得了一兩個女子? 西西拉得了彩衣為擄物, 得繡花的彩衣為掠物。 這彩衣兩面繡花, 乃是披在被擄之人頸項上的。
«Bəlkə qənimət malını tapıb bölüşdürürlər, Yəqin ki hər igidə bir-iki qız düşür. Sisraya talan malından düşür əlvan geyimlər, Bəli, talan malından naxışlı əlvan geyimlər. Qarət etdiklərinin içindən tapıb bölüşdürdülər, Talançıların boyunları üçün İki tərəfdən əlvan naxışlı geyimlər».
31 耶和華啊, 願你的仇敵都這樣滅亡! 願愛你的人如日頭出現,光輝烈烈! 這樣,國中太平四十年。
Ya Rəbb, bütün düşmənlərin belə yox olur. Amma səni sevənlər qüdrəti ilə doğan günəş kimi olur! Bundan sonra ölkə qırx il rahat yaşadı.

< 士師記 5 >