< 約書亞記 24 >

1 約書亞將以色列的眾支派聚集在示劍,召了以色列的長老、族長、審判官,並官長來,他們就站在上帝面前。
Yeşua İsrailin bütün qəbilələrini Şekemə topladı və İsrailin ağsaqqallarını, başçılarını, hakimlərini və məmurlarını çağırdı. Onlar Allahın hüzurunda durdular.
2 約書亞對眾民說:「耶和華-以色列的上帝如此說:『古時你們的列祖,就是亞伯拉罕和拿鶴的父親他拉,住在大河那邊事奉別神,
Yeşua bütün xalqa dedi: «İsrailin Allahı Rəbb belə deyir: “İbrahimin, Naxorun atası Terah və atalarınız keçmişdə Fərat çayının o biri tayında yaşayırdılar. Onlar başqa allahlara qulluq edirdilər.
3 我將你們的祖宗亞伯拉罕從大河那邊帶來,領他走遍迦南全地,又使他的子孫眾多,把以撒賜給他;
Atanız İbrahimi Fərat çayının o biri tayından gətirib bütün Kənan torpağında gəzdirdim, nəslini çoxaldaraq ona İshaqı verdim.
4 又把雅各和以掃賜給以撒,將西珥山賜給以掃為業;後來雅各和他的子孫下到埃及去了。
İshaqa Yaqubu və Esavı verdim. Esavın mülk sahibi olması üçün Seir dağını ona verdim. Yaqubla övladları isə Misirə getdilər.
5 我差遣摩西、亞倫,並照我在埃及中所行的降災與埃及,然後把你們領出來。
Musa ilə Harunu göndərib Misiri bəlalara düçar etdim və sonra sizi oradan çıxartdım.
6 我領你們列祖出埃及,他們就到了紅海;埃及人帶領車輛馬兵追趕你們列祖到紅海。
Atalarınızı Misirdən çıxartdım, siz Qırmızı dənizə tərəf gəldiniz. Misirlilər Qırmızı dənizə qədər döyüş arabaları və süvarilərlə atalarınızı təqib etdilər.
7 你們列祖哀求耶和華,他就使你們和埃及人中間黑暗了,又使海水淹沒埃及人。我在埃及所行的事,你們親眼見過。你們在曠野也住了許多年日。
Onlar Rəbbə fəryad edəndə O, Misirlilərlə sizin aranızda qaranlıq yaratdı, onların üstünə dənizi gətirdi, onlar suların altında qaldılar. Misirdə etdiyim şeyləri gözünüzlə gördünüz və uzun müddət səhrada yaşadınız.
8 我領你們到約旦河東亞摩利人所住之地。他們與你們爭戰,我將他們交在你們手中,你們便得了他們的地為業;我也在你們面前將他們滅絕。
Sizi İordan çayının şərq tərəfində yaşayan Emorlular torpağına gətirdim, onlar sizinlə vuruşanda onları sizə təslim etdim, torpaqlarını isə mülk olaraq aldınız və hamısını qarşınızdan yox etdim.
9 那時,摩押王西撥的兒子巴勒起來攻擊以色列人,打發人召了比珥的兒子巴蘭來咒詛你們。
Moav padşahı Sippor oğlu Balaq qalxıb İsraillilərlə vuruşdu və xəbər göndərib Beor oğlu Bilamı sizə lənət etmək üçün çağırdı.
10 我不肯聽巴蘭的話,所以他倒為你們連連祝福。這樣,我便救你們脫離巴勒的手。
Lakin Bilamı eşitmək istəmədim. O da ancaq xeyir-dua verdi. Beləcə sizi onun əlindən azad etdim.
11 你們過了約旦河,到了耶利哥;耶利哥人、亞摩利人、比利洗人、迦南人、赫人、革迦撒人、希未人、耶布斯人都與你們爭戰;我把他們交在你們手裏。
İordan çayından keçib Yerixoya gəldiniz. Yerixo adamları, Emorlular, Perizlilər, Kənanlılar, Xetlilər, Qirqaşlılar, Xivlilər, Yevuslular sizə qarşı vuruşdular, lakin onları sizə təslim etdim.
12 我打發黃蜂飛在你們前面,將亞摩利人的二王從你們面前攆出,並不是用你的刀,也不是用你的弓。
Sizin önünüzcə eşşəkarısı çıxarıb onunla Emorluların iki padşahını qarşınızdan qovdum. Bu iş sizin qılıncınızla və ox-kamanınızla olmadı.
13 我賜給你們地土,非你們所修治的;我賜給你們城邑,非你們所建造的。你們就住在其中,又得吃非你們所栽種的葡萄園、橄欖園的果子。』
Üzərində işləmədiyiniz bir torpağı, tikmədiyiniz şəhərləri sizə verdim ki, orada yaşayasınız. Salmadığınız bağlardan və zeytunluqlardan yeyirsiniz”.
14 「現在你們要敬畏耶和華,誠心實意地事奉他,將你們列祖在大河那邊和在埃及所事奉的神除掉,去事奉耶和華。
Ona görə də Rəbdən qorxun, səmimiyyətlə və sədaqətlə Ona qulluq edin. Fərat çayının o biri tərəfində və Misirdə atalarınızın qulluq etdiyi allahları atın, yalnız Rəbbə qulluq edin.
15 若是你們以事奉耶和華為不好,今日就可以選擇所要事奉的:是你們列祖在大河那邊所事奉的神呢?是你們所住這地的亞摩利人的神呢?至於我和我家,我們必定事奉耶和華。」
Əgər Rəbbə qulluq etmək gözünüzdə pisdirsə, bu gün kimə qulluq edəcəyinizi özünüz seçin. Atalarınızın qulluq etdikləri Fərat çayının o tayındakı allahlaramı, yoxsa torpaqlarında yaşadığınız Emorluların allahlarınamı qulluq edəcəksiniz? Amma mən və mənim evimdəkilər Rəbbə qulluq edəcək».
16 百姓回答說:「我們斷不敢離棄耶和華去事奉別神;
Xalq cavab verdi: «Rəbbi tərk edib başqa allahlara qulluq etmək qoy bizdən uzaq olsun!
17 因耶和華-我們的上帝曾將我們和我們列祖從埃及地的為奴之家領出來,在我們眼前行了那些大神蹟,在我們所行的道上,所經過的諸國,都保護了我們。
Çünki bizi və atalarımızı Misir torpağından – köləlik diyarından çıxaran, gözümüzün qarşısında bu böyük əlamətləri göstərən və getdiyimiz bu yolda, arasından keçdiyimiz bütün xalqlar arasında bizi qoruyan yalnız Allahımız Rəbdir.
18 耶和華又把住此地的亞摩利人都從我們面前趕出去。所以,我們必事奉耶和華,因為他是我們的上帝。」
Rəbb bütün xalqları, bu torpaqda yaşayan Emorluları qarşımızdan qovdu. Biz də Rəbbə qulluq edəcəyik, çünki Allahımız Odur».
19 約書亞對百姓說:「你們不能事奉耶和華;因為他是聖潔的上帝,是忌邪的上帝,必不赦免你們的過犯罪惡。
Yeşua xalqa dedi: «Rəbbə qulluq edə bilməzsiniz, çünki O, müqəddəs Allahdır. O, qısqanc Allahdır, qanunsuzluğunuzu və günahlarınızı bağışlamayacaq.
20 你們若離棄耶和華去事奉外邦神,耶和華在降福之後,必轉而降禍與你們,把你們滅絕。」
Əgər Rəbbi tərk edib yad allahlara qulluq etsəniz, sizə yaxşılıq edən Rəbb əleyhinizə dönüb pislik edəcək və sizi məhv edəcək».
21 百姓回答約書亞說:「不然,我們定要事奉耶和華。」
Xalq Yeşuaya dedi: «Xeyr, ancaq Rəbbə qulluq edəcəyik».
22 約書亞對百姓說:「你們選定耶和華,要事奉他,你們自己作見證吧!」他們說:「我們願意作見證。」
Yeşua xalqa dedi: «Qulluq etmək üçün Rəbbi seçdiyinizə siz özünüz şahidsiniz». Onlar «biz şahidik» dedilər.
23 約書亞說:「你們現在要除掉你們中間的外邦神,專心歸向耶和華-以色列的上帝。」
Yeşua dedi: «Elə isə indi aranızda olan yad allahları atın, ürəyinizi İsrailin Allahı Rəbbə meyl etdirin».
24 百姓回答約書亞說:「我們必事奉耶和華-我們的上帝,聽從他的話。」
Xalq Yeşuaya dedi: «Allahımız Rəbbə qulluq edəcəyik və yalnız Onun sözünə qulaq asacağıq».
25 當日,約書亞就與百姓立約,在示劍為他們立定律例典章。
Yeşua o gün xalqla əhd bağladı. Onlar üçün Şekemdə qanun və hökm qoydu.
26 約書亞將這些話都寫在上帝的律法書上,又將一塊大石頭立在橡樹下耶和華的聖所旁邊。
Yeşua bu sözləri Allahın Qanun kitabına yazdı. Sonra böyük bir daş götürüb Rəbbin Müqəddəs məkanının yanında olan palıd ağacı altında yerləşdirdi.
27 約書亞對百姓說:「看哪,這石頭可以向我們作見證;因為是聽見了耶和華所吩咐我們的一切話,倘或你們背棄你們的上帝,這石頭就可以向你們作見證。」
Yeşua bütün xalqa dedi: «Budur, bu daş bizə qarşı şahid olacaq, çünki Rəbbin bizə dediyi bütün sözləri o eşitdi. Qoy bu daş Allahınızı inkar etməmək üçün sizə qarşı şahid olsun».
28 於是約書亞打發百姓各歸自己的地業去了。
Bundan sonra bütün xalqı irs aldığı torpaqlara göndərdi.
29 這些事以後,耶和華的僕人嫩的兒子約書亞,正一百一十歲,就死了。
Bu hadisələrdən sonra Rəbbin qulu Nun oğlu Yeşua yüz on yaşında vəfat etdi.
30 以色列人將他葬在他地業的境內,就是在以法蓮山地的亭拿‧西拉,在迦實山的北邊。
Onu Qaaş dağının şimalında, Efrayimin dağlıq bölgəsindəki Timnat-Serahda irs olan torpağının sahəsində dəfn etdilər.
31 約書亞在世和約書亞死後,那些知道耶和華為以色列人所行諸事的長老還在的時候,以色列人事奉耶和華。
Yeşuanın bütün ömrü boyu və ondan sonra sağ qalan, Rəbbin İsrail üçün etdiyi bütün işləri bilən ağsaqqalların ömrü boyu İsrail xalqı Rəbbə qulluq etdi.
32 以色列人從埃及所帶來約瑟的骸骨,葬埋在示劍,就是在雅各從前用一百塊銀子向示劍的父親、哈抹的子孫所買的那塊地裏;這就作了約瑟子孫的產業。
İsraillilər Misirdən çıxarkən Yusifin sümüklərini özləri ilə götürmüşdülər. Bunları Yaqubun Şekemdəki tarlasında basdırdılar. Yaqub bu tarlanı Şekemin atası Xamorun övladlarından yüz parça gümüşə satın almışdı və bu torpaq Yusif övladlarının irsi oldu.
33 亞倫的兒子以利亞撒也死了,就把他葬在他兒子非尼哈所得以法蓮山地的小山上。
Bundan sonra Harun oğlu Eleazar öldü. Onu Efrayimin dağlıq bölgəsində oğlu Pinxasa verilən təpədə dəfn etdilər.

< 約書亞記 24 >