< 以賽亞書 7 >

1 烏西雅的孫子、約坦的兒子、猶大王亞哈斯在位的時候,亞蘭王利汛和利瑪利的兒子、以色列王比加上來攻打耶路撒冷,卻不能攻取。
Uzziya oğlu Yotam oğlu Yəhuda padşahı Axazın hökm sürdüyü dövrdə Aram padşahı Resinlə İsrail padşahı Remalya oğlu Peqah Yerusəlimə hücum etdilər, amma oranı ala bilmədilər.
2 有人告訴大衛家說:「亞蘭與以法蓮已經同盟。」王的心和百姓的心就都跳動,好像林中的樹被風吹動一樣。
Davud nəslinə xəbər verildi ki, Aramlılarla Efrayimlilər birləşib ordu düzəldib. Padşahın və xalqın ürəyi meşə ağacları küləkdən titrəyən kimi titrədi.
3 耶和華對以賽亞說:「你和你的兒子施亞雅述出去,到上池的水溝頭,在漂布地的大路上,去迎接亞哈斯,
Rəbb Yeşayaya dedi: «Axazı qarşılamaq üçün oğlun Şear-Yaşuvla birgə yuxarı hovuzun su yolunun qurtaracağına, Mahudbasan tarlasına gedən yola çıx».
4 對他說:『你要謹慎安靜,不要因亞蘭王利汛和利瑪利的兒子這兩個冒煙的火把頭所發的烈怒害怕,也不要心裏膽怯。
Ona belə de: «Diqqətli və sakit ol, qorxma! Qoy ürəyin bu tüstülənən, yarısı yanmış iki odun parçasından – Resinin, Aramın və Remalya oğlunun qızğın qəzəbindən qorxmasın!
5 因為亞蘭和以法蓮,並利瑪利的兒子,設惡謀害你,
Aram, Efrayim və Remalya oğlu sizə qarşı şər quraraq
6 說:我們可以上去攻擊猶大,擾亂它,攻破它,在其中立他比勒的兒子為王。
belə deyir: “Gəlin Yəhudanın əleyhinə çıxaq, vahiməyə salaraq zəbt edək və Tabel oğlunu oraya padşah qoyaq”».
7 所以主耶和華如此說: 這所謀的必立不住, 也不得成就。
Xudavənd Rəbb belə deyir: «Bu iş olmayacaq, baş tutmayacaq.
8 原來亞蘭的首城是大馬士革; 大馬士革的首領是利汛。 (六十五年之內,以法蓮必然破壞,不再成為國民。)
Çünki Aramın paytaxtı Dəməşqdir, Dəməşqin başçısı da Resindir. Efrayim isə altmış beş ildən sonra Darmadağın edilib xalq kimi qalmayacaq.
9 以法蓮的首城是撒馬利亞; 撒馬利亞的首領是利瑪利的兒子。 你們若是不信, 定然不得立穩。』」
Efrayimin paytaxtı Samariyadır, Samariyanın başçısı isə ancaq Remalyanın oğludur. Əgər imanda möhkəm durmasanız, Heç dayana bilməzsiniz».
10 耶和華又曉諭亞哈斯說:
Rəbb yenə Axaza söylədi: «Allahın Rəbdən bir işarə istə.
11 「你向耶和華-你的上帝求一個兆頭:或求顯在深處,或求顯在高處。」 (Sheol h7585)
Qoy ya ölülər diyarı qədər dərin ya da göylər qədər uca olsun». (Sheol h7585)
12 亞哈斯說:「我不求;我不試探耶和華。」
Lakin Axaz cavab verdi: «Xeyr, Rəbbi sınamaq istəmirəm».
13 以賽亞說:「大衛家啊,你們當聽!你們使人厭煩豈算小事,還要使我的上帝厭煩嗎?
Bunun üstündən Yeşaya belə dedi: «Eşidin, ey Davud nəsli! İnsanları bezdirməyiniz bəs deyilmi ki, mənim Allahımı da bezdirirsiniz?
14 因此,主自己要給你們一個兆頭,必有童女懷孕生子,給他起名叫以馬內利。
Buna görə də Xudavənd Özü sizə işarə verəcək: budur, bakirə qız hamilə olub oğlan doğacaq, adını İmmanuel qoyacaq.
15 到他曉得棄惡擇善的時候,他必吃奶油與蜂蜜。
Bu uşaq pisə pis deyib yaxşını seçə biləndə kəsmik və bal yeyəcək.
16 因為在這孩子還不曉得棄惡擇善之先,你所憎惡的那二王之地必致見棄。
Amma bu uşaq pisə pis deyib yaxşını seçə bilməzdən əvvəl səni dəhşətə salan o iki padşahın torpaqları boş qalacaq.
17 耶和華必使亞述王攻擊你的日子臨到你和你的百姓,並你的父家,自從以法蓮離開猶大以來,未曾有這樣的日子。
Rəbb səni, xalqını və ata nəslini Efrayimin Yəhudadan ayrıldığı bu günə qədər görünməyən fəlakətə uğradacaq, Aşşur padşahını üstünüzə gətirəcək.
18 「那時,耶和華要發嘶聲,使埃及江河源頭的蒼蠅和亞述地的蜂子飛來;
O gün Rəbb fit çalacaq və Misir çaylarının mənsəblərində yaşayanları milçəklər kimi, Aşşur torpaqlarında yaşayanları arılar kimi səsləyəcək.
19 都必飛來,落在荒涼的谷內、磐石的穴裏,和一切荊棘籬笆中,並一切的草場上。
Onlar axın-axın gəlib dərin vadilərdə, Qaya yarıqlarında, bütün tikanlı kolluqlarda, Otlaqlarda məskunlaşacaq.
20 「那時,主必用大河外賃的剃頭刀,就是亞述王,剃去頭髮和腳上的毛,並要剃淨鬍鬚。
O gün Xudavənd Fəratın o tayından muzdla tutduğu ülgüclə – Aşşur padşahı ilə saçlarınızı, Bədəndəki tüklərinizi və saqqallarınızı qırxacaq.
21 「那時,一個人要養活一隻母牛犢,兩隻母綿羊;
O gün bir düyə ilə bir cüt qoyun bəsləyən
22 因為出的奶多,他就得吃奶油,在境內所剩的人都要吃奶油與蜂蜜。
Aldığı bol süd nəticəsində kərə yağı yeyəcək. Ölkədə sağ qalan hər kəs kərə yağı ilə bal yeyəcək.
23 「從前,凡種一千棵葡萄樹、值銀一千舍客勒的地方,到那時必長荊棘和蒺藜。
O gün min gümüş dəyərində min tənək olan Bağ tikanlı, qanqallı çölə dönəcək.
24 人上那裏去,必帶弓箭,因為遍地滿了荊棘和蒺藜。
Adamlar oralardan oxlarla, kamanlarla keçəcək, Çünki ölkənin hər yanı tikan və qanqalla örtüləcək.
25 所有用鋤刨挖的山地,你因怕荊棘和蒺藜,不敢上那裏去;只可成了放牛之處,為羊踐踏之地。」
Bir vaxt şumlanıb əkin əkilən təpələr Kimsənin girə bilməyəcəyi tikanlı, qanqallı çölə dönəcək, Mal-qaranın gəzdiyi, qoyun-keçinin tapdaladığı yerlərə çevriləcək».

< 以賽亞書 7 >